Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-911/2025 26.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı Cavabdeh qarşı “borc pul və vurulmuş ziyanın ödənilməsi tələbi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borc pul və vurulmuş ziyanın ödənilməsi tələbi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən ərizə İddiaçı qaytarılmalıdır. Ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “borc pul və vurulmuş ziyanın ödənilməsi tələbi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-911/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-911/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver