Məhkəmə qərarları › İş №2(039)-920/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-920/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-920/2020 19.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxx” ASC-nin xeyrinə 03 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 923,25 manat əsas borc, 114,85 manat faiz borcu və 35,51 manat cərimə borcu olmaqla, cəmi 1073,61 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “xxxxxxxx” Bank olmayan kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1057 manat kredit götürmüşdür. “xxxxxxxx” Bank olmayan kredit təşkilatı ilə İddiaçı İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 619 №-li, 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 11 iyun 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə“xxxxxxxx” Bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüquq İddiaçıİKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 25 fevral 2020-ci il tarixədək Cavabdeh banka 03 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 923,25 manat əsas borc, 114,85 manat faiz borcu və 35,51 manat cərimə borcu olmaqla, cəmi 1073,61 manat borcu vardır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan 03.06.2019-cu il tarixli 104-0***-******* №li kredit müqaviləsindən görünür ki, “xxxxxxxx” Bank olmayan kredit təşkilatı tərəfindən Cavabdeh illik 35 faiz ödəmək şərti ilə 24 ay müddətinə 1057 manat məbləğində kredit verilir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan hüquq sahibi “xxxxxxxx” BOKT MMC ilə hüquq əldə edən İddiaçı İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 saylı, 10.05.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, razılaşdırılmış müqavilələrə əsasən borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt edir, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir. İş materiallarında olan “tələbetmə hüququnun güzəşt olunmasına dair 004 saylı, 10 may 2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə” 11 iyun 2019-cu il tarixli, 619 saylı sazişdən görünür ki, “xxxxxxxx” BOKT MMC 03.06.2019-cu il tarixli 104-0***- ******* №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu İddiaçı İKB ASC-yə ötürmüşdür. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı x1 x2 adı dəyişdirilərək “Yelo Bank” x3muşdur. İş materiallarında olan “xxxxxxxx” ASC tərəfindən verilmiş 25.02.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 03.06.2019-cu il tarixli müqaviləyə əsasən 923,25 manat əsas borc, 114,85 manat faiz borcu və 35,51 manat cərimə borcu olmaqla, cəmi 1073,61 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin banka 923,25 manat əsas borc, 114,85 manat faiz borcu və 35,51 manat cərimə borcu olmaqla, cəmi 1073,61 manat borcu yaranmışdır. Odur ki, iddiaçı cavabdehə verdiyi kredit məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 923,25 manat əsas borc, 114,85 manat faiz borcu və 35,51 manat cərimə borcu olmaqla, cəmi 1073,61 manat borc Cavabdeh alınaraq iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 1985-ci ildə Yevlax rayonu Aran qəsəbəsində doğulmuş və Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh kredit müqaviləsi üzrə 923,25 manat əsas borc, 114,85 manat faiz borcu və 35,51 manat cərimə borcu olmaqla, cəmi 1073,61 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxxxxxx” x2 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar