Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-93/2021 21.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Yunus oğlunun, onun və digər cavabdeh Cavabdeh2 nümayəndəsivəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Yunus oğlundan və Cavabdeh2 25000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onun və həyat yoldaşı Cavabdeh1 birgə nikahı dövründə, yəni 2014-cü ildə X8 mülkiyyətində olmuş, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0,10 ha torpaq sahəsinin pulunu ödəyərək almışlar. Həmin torpaq sahəsinin rəsmi çıxarışı olmadığı üçün torpaq sahəsini öz adlarına rəsmiləşdirə bilməmişlər. Bu torpağı alandan sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmişlər. Həmin fərdi yaşayış evi onun və həyat yoldaşının əziyyəti və zəhməti hesabına tikilmişdir. Həyat yoldaşı başında olan ciddi problemlərlə əlaqədar özünü fiziki cəhətdən idarə edə bilmirdi. Bu səbəbdən də o, çox ağır və çətinliklərlə yaşayırdı. Həmin evi tikdirməkdə heç kəs onlara kömək etməmişdir. Bu günə kimi cehiz əşyaları həmin evdədir. Torpaq sahəsinin sənədləri qaydasına düşdükdən sonra 2017-ci ildə torpaq sahəsinin alqı-satqısı qaynanası Cavabdeh2 adına rəsmiləşdirilmiş və nəticədə torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi qaynansı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Beləliklə onun birgə nikah dövründə əldə etdiyi torpaq sahəsi və yaşayış evi qanunsuz olaraq Cavabdeh2 mülkiyyətinə keçmişdir. O, Cavabdeh1 ilə birgə nikah dövründə tikdirmiş olduğu fərdi yaşayış evinə xeyli miqdarda pul xərcləmişdir. Valideynləri hər daşın daş üstünə qoyulmasında həm maddi cəhətdən, həm də mənəvi cəhətdən əziyyət çəkmişdir. Bu evin torpaq sahəsini onun ata və anası, kəndliləri Osman adlı şəxsdən alıblar. Əvvəl torpağı almış sonra isə evi tikmişlər. Uşaqları bu evdə doğulub, məktəbə gedib. Əmlakı bu günə qədər həmin evdədir. Evin ümumi dəyəri satılarsa 50000 manatdan artıqdır. Valideynləri bütün qazanclarını bu evə sərf etmişlər. Evin tikilməsində atası Musax Kərimov və Solmaz Kərimova mütamadi olaraq iştirak etmişlər. Tikintinin sementi, daşı qapıları, şiferi, pəncərə və lambirini, dikləri, taxtasının alınması üçün böyük bir kamaz gətirilən yükə 9000 manat pul xərclənmiş, həmin pul anasının satmış olduğu 15 baş malqaranın hesabına ödənmişdir. Anası torpağı aldıqdan sonra 15 baş mal-qaranı sataraq, 13000 manat pulun 9000 manatını həmin evin tikilməsi üçün Ağdaşdan alınmış bir kamaz materialların alınmasına sərf etmişdir. Onlar bundan sonra torpaq üzərində tikdirdiyi daş bina üzərində tikili işini başlamışlar. Evin tikintisi üçün 6000 min ədəd daş alınmış və 3000 manat ödəniş edilmişdir. Qeyd olunan 3000 manatı da onun valideyinləri vermişdir. Bundan sonra onun valideyinləri binanı hissə-hissə tikdirmiş, ayrı-ayrılıqda evin tikilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etmişdir. Evin sementi və qum qatı Qoşqar tərəfindən alınmışdır. Torpağın alınması üçün 3000 manat evin tikilməsi üçün 8000 ədəd kubik daşına 4500 manat, evin suvanması üçün qum və sement materiallına 1200 manat, hörgü üçün ustaya 2000 manat, evin tavanı, döşəməsi üçün 2900 manat, binanın suvaq hissəsi və binanın həyətinin hasarlanması üçün 750 manat, Ağdaş şəhərindən iki kamaz maşını ilə döşəmə, tavan, şifer, şifer altı taxtaların və reykaların, mismarın, sifer üstünün materiallarının, qapı və pəncərələrin, evin alt döşəməsinin və sütunlarının, taxta altı dirəklərin, dik və lambirinin alınması üçün 9000 manat, evin fundametinin tökülməsi üçün cınqıl və qum, sement materialı, həmçinin ustaya cəmi 1000 manat, damın şiferinin vurulması üçün ustaya 650 manat, cəmi 25000 manat pul mən və ailəm tərəfindən xərclənmişdir. Qeyd olunan pul məbləğinin 14000 manatı ana və atasının satmış olduğu 15 baş yanı balalı iri buynuzlu heyvanlardan əldə edilən vəsait hesabına, 11000 manatı isə ayrı-ayrılıqda zaman çərçivəsində valideyinlərinin hissə-hissə ustalara və materiallara ödədiyi pul məbləğləridir. O, cavabdehlərdən həmin pul məbləğlərini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2002-ci ildə Cavabdeh1 ilə qeyri-rəsmi nikah münasibətlərinə girmiş, təxminə 4-5 il onunla birlikdə Rusiya Federasiyasında yaşamışlar, Azərbaycana qayıtdıqdan sonra Samux rayonunda yerləşən evdə yaşamışlar. Samux rayonundakı evi 2010-cu ildə sataraq Malbinəsi kəndində Osman adlı şəxsdən 0,10 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində ev tikdirməyə başalmışlar. Həmin evi onun və Qoşqarın vəsaiti və valideynlərinin köməkliyi ilə tikmişlər. Lakin torpağın sənədləri düzgün olmadığı üçün həmin vaxt alqısatqı etmək mümkün olmamış və 2017-ci ildə qaynanası Qərənfil torpaq sahəsini, 2020-ci ildə isə evi öz adına rəsmiləşdirmişdir. Həmin evin tikilməsində xərclədiyi pul vəsaitinin ona qaytarılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi-vəkili X12 izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 2002-2016-cı illərdə fatiki nikah münasibətlərində olmuşlar. Ailə qurduqdan sonra Yeganə və Qoşqar bir müddət Rusiya Federasiyasında yaşamışlar. Qoşqar avtomobil qəzası keçirib xəsarət aldıqdan sonra iddiaçı onu tərk etmişdir. Onlar birgə yaşadıqları dövrdə həqiqətən də Yevlax rayonu Malbinəsi kəndində yerləşən və cavabdeh Qərənfil Mamedzadənin mülkiyyətində olan fərdi yaşayış evində yaşamışlar. Lakin həmin ev və evin yerləşdiyi torpaq sahəsi Yeganənin və Qoşqarın birgə gəlirləri, eyni zamanda Yeganənin valideynlərinin gəlirləri hesabına deyil, Cavabdeh2 öz vəsaiti hesabına əldə olunmuşdur. Belə ki, Cavabdeh2 Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra ilk öncə Yevlax rayon Malbinəsi kəndində məskunlaşmışdır. Bir müddət sonra qohumlarının Gəncə şəhərində məskunlaşdığını nəzərə alaraq onlara yaxın olması üçün Samux rayonunda ev almış və orada yaşamağa başlamışdır. Malbinəsi kəndində torpaq sahəsinin satıldığını bilmiş və oradakı evini satıb Malbinəsi kəndinə köçməyi qərarlaşdırmışdır. Bu səbəbdən 2010-cu ildə Samux rayonunda yerləşən evini sataraq Malbinəsi kəndində torpaq sahəsi almış və ev tikdirməyə başlamışdır. Həmin evin tikilməsində çəkilən bütün xərcləri Cavabdeh2 qarşılamışdır. O, şəhid ailəsi olduğu üçün dövlət tərəfindən də maddi cəhətdən təminatlı olmuşdur. Nə Qoşqar, nə Yeganə, nə də onun valideynləri həmin evin tikintisinə pul xərcləməmişdir. İddiaçı iddia ərizəsində fərqli fikir bildirsə də, məhkəmə iclasında verdiyi izahatında Samux şəhərindəki evi satıb Malbinəsi kəndində ev tikdirdiklərini etiraf etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində torpaq sahəsini 2014-cü ildə aldığını qeyd etsə də, polis şöbəsinə etdiyi şikayət əsasında alınmış izahatında və məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini 2010-cu ildə aldıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Yunus oğlunun nümayəndəsi və vəkili Sevda Bəkirovanın izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Rusiya Federasiyasında işlədiyi dövrdə qazancı çox olmamış və qazancı ilə ancaq ailəsinin dolanışıq xərclərini qarşılaya bilmişdir. Sonradan o, avtomobil qəzası keçirmiş və əmək qabiliyyətini tamamilə itirmişdir. O, Rusiya Federasiyasında işlədiyi dövrdə nəinki anasına pul göndərə bilməmiş, hətta anası və bacısı məcburi köçkün olaraq onlara verilmiş “çörək pulunu” ona göndərmişlər. Bu səbəbdən onun nə torpaq sahəsi almağa, nə də ev tikdirməyə imkanı olmamışdır. Mübahisəli evi anasına məxsus olan evi sataraq, eyni zamanda anasına məxsus puldan istifadə edərək tikmişdir. Evin tikildiyi müddətdə iddiaçı onun arvadı olduğu üçün onun yanında olmuşdur, lakin evin tikilməsinə nə iddiaçı, nə də onun valideynləri pul xərcləməmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Malbinəsi kəndində iddiaçı və Qoşqarla qonşu olub. Onların evi tikilən zaman Qoşqar və Yeganə orda olub və ustalara nəzarət ediblər. Eyni zamanda Yeganənin valideynləri də həmin evə gedib gəliblər. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Qoşqar və onun anası Qərənfili həmyerlisi kimi tanıyır. O da Kəlbəcər rayonundan məcburi köçkündür. Cavabdeh2 məcburi köçkün kimi Malbinəsi kəndində məskunlaşmış sonra qohumlarının çox hissəsi Samux rayonunda olduğu üçün ora köçmüş və orada ev almışdır. Lakin Malbinəsi kəndinin camaatı ilə isti münasibətləri olduğu üçün Samux rayonundakı evini satıb Malbinəsi kəndində torpaq sahəsi almış və ev tikdirmişdir. Hələ Kəlbəcər rayonunda olduqları vaxt Cavabdeh2 maddi imkanı yaxşı olmuş, mərhum əri uzun müddət məktəb direktoru işləmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Qoşqar onun qardaşı, Qərənfil isə anasıdır. Qoşqar Rusiyada yaşadığı müddətdə onun qazancı yaxşı olmamış və onlara maddi cəhətdən köməklik etməmişdir, əksinə qardaşının maddi vəziyyəti yaxşı olmadığı üçün onlar öz çörək pullarını qardaşına göndərmişlər. Anası şəhid ailəsi olduğu üçün dövlət tərəfindən maddi cəhətdən təmin olunmuş, eyni zamanda hələ Kəlbəcər rayonunda olanda anasının qızıl-zinət əşyaları olmuşdur ki, anası həmin əşyalarını da sataraq həmin evin tikilməsinə xərcləmişdir. Anasına məxsus ev anasının vəsaiti hesabına tikilmişdir. X13 ilə (satıcı) Cavabdeh2 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 15 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Yevlax rayonu Malbinəsi kəndində 0,10 olan həyətyanı torpaq sahəsinin alıcıya satmışdır. X14 ilə (satıcı) Cavabdeh2 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 14 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Yevlax rayonu Malbinəsi kəndində 0,12 olan həyatyanı torpaq sahəsinin alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 08.05.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış ev və evin yerləşdiyi 0,22 ha torpaq sahəsinin üzərində Cavabdeh2 Həsən qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 16 mart 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Samux rayonu İnstitut qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləçən fərdi yaşayış evi 24.09.2010-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 2002-ci ildən 2016-cı ilədək faktiki nikah münasibətlərində olmuşlar. 2010-cu ildə Yevlax rayonu Malbinəsi kəndində Cavabdeh2 Osman Osmanlıdan 0,10 ha torpaq sahəsi almış və həmin torpaq sahəsinin üzərində ev tikdirmişdir. İddiaçı həmin evin onun və Cavabdeh1 gəlirləri və valideynlərinin vəsaiti hesabına tikildiyini iddia edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, Cavabdeh2 məxsus evin tikilməsinə vəsait xərcləməsini sübut etməlidir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. İddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin mənasına görə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bildirir ki, şahidlərin ifadələri detallı deyil, onların ifadələri iddianın əsaslılığını sübut etmək üçün mötəbər sübut deyil. Çünki şahidlər evin tikilməsinə xərclənən vəsaitin məhz iddiaçı və ya onun valideynləri tərəfindən ödənildiyini təsdiq edə bilməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Dövlət rüsumunun kəsiri olan 20(iyirmi) manat iddiaçıdan dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-93/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-93/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver