Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-931/2025 16.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qaynıdır. Cavabdeh işə düzəltmək adı ilə ondan 12000 (on iki min) ABŞ dolları pul almışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin pulu ona qaytarmamışdır. Bundan sonra cavabdeh onu Rusiya Federasiyasına dəvət etmiş, guya pulu ona (iddiaçıya) orada verəcək, lakin pulunu verməmişdir. Əlavə olaraq, cavabdeh onu (iddiaçını) işlədərk, ona verməli olduğu 5000 (beş min) ABŞ dolları məbləğində pulu da ona verməmişdir. Beləliklə, cavabdehin ona ümumilikdə 17 000 (on yeddi min) ABŞ dolları borcu yaranmışdır. Cavabdehin bu hərəkətlərindən 2024-cü ilin iyul ayında Yevlax rayon Polis Şöbəsinə şikayət ərizəsi vermiş, lakin 27 iyul 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilərək məsələnin mülki xarakterli olduğu bildirilmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahat (qərarda öz əksini tapmışdır) tamailə yalan və əsassızdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 17000 (on yeddi min) ABŞ dolları məbləğində pulun və 177 (bir yüz yetmiş yeddi) manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun (şahidin) qardaşıdır. Qardaşı İddiaçı maşını onlarda olmuş və həmin maşın satıldıqdan sonra pulu, yəni 8000 (səkkiz min) ABŞ dolları onda (şahid) olmuşdur. Bir gün qardaşı İddiaçı ona zəng edərək, pulu götürüb onlara gəlməsini demişdir. O da həyat yoldaşı ilə birlikdə Yevlax şəhərinə, qardaşının evinə gəlmişdir. Qardaşının evində 8000 (səkkiz min) ABŞ dollarını sayıb qardaşı Natiqə vermişdir. Həmin vaxt orada qardaşı Natiqin qaynı Sakit, Habil, anası Quba xanım və iki uşağı olmuşdur. Qardaşı Natiq həmin pulun üzərinə 4000 (dörd min) ABŞ dolları əlavə edərək, həmin pulu Sakitə vermişdir. Natiq ümumilikdə Sakitə 12000 (on iki min) ABŞ dolları vermişdir. Sakit həmin pulu Natiqdən borc olaraq almış, lakin həmin pulu nə vaxt qaytaracağından məlumatı olmamışdır. Həmin pulun Sakit tərəfindən qardaşı Natiqə qaytarılıb-qaytarılmamasından məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, qonşu və ailəvi dostdurlar. İddiaçı Rusiya Federasiyasına gedən zaman evinə o (şahid) nəzarət etmişdir. İddiaçı özünə məxsus Sprinter markalı maşını olmuşdur. Sonra Natiqin həmin maşını satdığını öyrənmişdir. Bu barədə soruşduqda Natiq ona maşını satdığını, pulunu iş görmək üçün qaynına verdiyini demişdir. Sonra Natiqlə görüşən zaman Natiq 12000 ABŞ dollarının qaynı tərəfindən ona qaytarılmadığını bildirmişdir. Natiq həmin pulu onun (şahidin) yanında verməmişdir. İşdə olan Yevlax rayon X4 Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh ondan 12000 ABŞ dolları alması və işlədərək 5000 ABŞ dolları əmək haqqını verməməsi ilə bağlı şikayəti əsasında araşdırma aparılmış, araşdrma nəticəsində Cavabdeh İddiaçı 12000 ABŞ dolları alması faktı təhqiqat materialları ilə təsdiqini tapmadığından, eyni zamanda 5000 ABŞ dolları əmək haqqı ilə bağlı mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh mülkiyyətində Yevlax rayonunun Balçılı kəndində 4,95 ha, 0,70 ha, 0,12 ha və 0,1997 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxılarkən yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdə olan Yevlax rayon X4 Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, İddiaçı şikayəti əsasında araşdırma aparılan zaman Cavabdeh İddiaçı 12000 ABŞ dolları alması faktı təhqiqat materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə iclasında da iddiaçı tərəfindən həmin halı, həmçinin cavabdehin onu işlətməsi və bunun müqabilində 5000 (beş min) ABŞ dolları əmək haqqı verməli olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar (şahid ifadələri) isə həmin halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahidlərdən X3 ifadəsində iddiaçı tərəfindən cavabdehə pulun verilməsini görmədiyini, bu barədə iddiaçının bildirməsindən sonra məlumatının olduğunu göstərmişdir. Digər şahid isə iddiaçının bacısı olmaqla onun yaxın qohumudur və məhkəmə onun ifadəsini iddiaçının maraqlarının ödənilməsinə yönəlmiş ifadə kimi qəbul edir. Bundan başqa, iddiaçı həmin məbləğdə pulu cavabdehə onu işə düzəltmək üçün verdiyini, şahid Saidə Ələkbərova isə həmin pulun iddiaçı tərəfindən cavabdehə borc olaraq verildiyini göstərmişdir. Belə halda, həmin sübutlar, yəni şahid ifadələri iddianın təsdiq edilməsi üçün mötəbər sübutlar hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443.0-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 177 (bir yüz yetmiş yeddi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-931/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-931/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver