Məhkəmə qərarları › İş №2(039)-937/2021

Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-937/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-937/2021 08.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Kreditor X1 Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor X2 Borclu xx.xx.2019-cu il tarixli M0569/19 nömrəli nisyə satış müqaviləsi üzrə 111 manat məbləğində əsas borcun, 20 manat cərimə olmaqla, cəmi 131 manat məbləğin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, satıcı X2 ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli M0569/19 nömrəli nisiyə satış müqaviləsinə əsasən satıcı alıcıya qiyməti 336 manat olan 1 ədəd Xiaomi markalı Redmi 7 A 2/32GB red modelli mobil telefonu 12 ay müddətinə satmışdır. Nisyə satış müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək hər ay satıcının xeyrinə 28,00 manat ödəniş etməli olduğu halda öhdəliyini vaxtında və tam icra etməmişdir. Həmin Müqaviləyə 2.4.4-cü bəndi əsasən. "Alıcı" razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürür. Borcun ödənilməsi ilə bağlı borclu müvafiq bildirişlə xəbərdar edilmişdir. Borclu xx.xx.2019-cu il tarixli M0569 19 nömrəli Nisyə satış müqaviləsi üzrə borcu 111 manat əsas və 20 manat cərimə olmaqla, cəmi 131 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərizində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: xx.xx.1994-cü ildə Yevlax şəhərində doğulmuş və Yevlax şəhəri X4 küçəsi ev 4, mənzil 11 ünvanında qeydiyyatda olan Borclu kreditor X1 hesabına 111 manat məbləğində əsas borc, 20 manat cərimə və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 151 (bir yüz əlli bir) manat 40 (qırx) qəpik pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar