Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-95/2020 27.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X3 Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsi həmin müqaviləyə edilmiş əlavə razılaşmalar üzrə 244198.52 manat əsas, 35739.15 manat faiz, 279.90 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 280217.57 manat borcun və 30 manat ödəmilmiş dövlət rüsumunun tutulması; Tutmanın xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına (14 saylı YDM); xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına (YDM); xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda sataraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş pul vasitəsi borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması; ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində qeyri-yaşayış binalarının boşaldılması, mülkiyyətçilərin həmin əmlaklara istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 292474.02 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 244198.52 manat əsas, 106312.37 manat faiz və 14471.42 manat cərimə, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, ümumilikdə isə 368645.29 manat məbləğində pulun tutulması; Tutmanın xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyriyaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda sataraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş pul vasitəsi borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması; ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində qeyri-yaşayış binalarının boşaldılması, mülkiyyətçilərin həmin əmlaklara istifadə hüququnun itirilməsi; tərəflərindən 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması və iddianın qalan hissəsinin dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 244198.52 manat əsas, 115958.20 manat faiz və 18314.59 manat cərimə, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, ümumilikdə isə 382134.29 manat məbləğində pulun tutulması; Tutmanın xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyriyaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda sataraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş pul vasitəsi borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması; ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində qeyri-yaşayış binalarının boşaldılması, mülkiyyətçilərin həmin əmlaklara istifadə hüququnun itirilməsi; tərəflərindən 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması və iddianın qalan hissəsinin dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx xxxx 2014-cü il tarixli 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 %-lə 36 ay müddətinə 364000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən, kredit restrukturizasiya edilmiş, gecikmədə olan 39424,10 manat əsas və 25310,66 manat faiz borcu kreditin ümumi qalıq məbləğinə əlavə olunaraq, kreditin məbləği 246721 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti xx xxxxx 2021-ci il tarixədək artırılmışdır. Kredit müqaviləsinin təminatı olaraq xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 qızna məxsus, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi. 2/45A ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0,00252 ha torpaq sahəsində yerləşən, 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binası (14 saylı YDM); xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 qızma məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 93,74 kv.m., tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binası (YDM); xx xxxx 2014cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi, 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 ilə xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/f saylı zaminlik müqaviləsi bağlanımışdır. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən, Cavabdeh1 xx xxxx 2017-ci il tarixə “İddiaçı" ASC-yə cəmi borcu 382134.29 manat təşkil etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tatmanm yönəldilməsinə dair ipoteka qoyanlara bildirişlər göndərilmiş və reyestr orqanında ərizə ilə qeydə alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X2 izah etdi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 kredit verilmişdir. Kreditin təminatı kimi bir neçə əmlak ipoteka qoyulmuşdur. Hazırda cavabdehin maddi vəziyyəti pisdir. Lakin buna baxmayaraq borcunun ödənilməsindən boyun qaçırmır. Borcun ödənilməsi üçün ona vaxt verilməsini iddiaçıdan istəsə də, iddiaçı bundan imtina etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsi və vəkili X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı əsas kredit müqaviləsindən məlum olur ki, Cavabdeh1 36 ay müddətinə 364000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 40000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 110000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi, 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 100000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/f saylı zaminlik müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 170000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 100000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2016-cı il tarixli 2 saylı razılaşmadan məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2015-ci il tarixli 1 saylı razılaşmadan məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2017-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 cəmi 280217.57 manat borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xəbərdarlıq məktublarından məlum olur ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh4 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası Cavabdeh4 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM) Cavabdeh2 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh4 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2016-cı il tarixli, 115.CL.270614.00001/f saylı zaminlik müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 cəmi 292474.02 manat borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh1 xx xxxx 1987-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh4 xx xxx 1940-cı il tarixdə Samux rayonu, Yusifli kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh2 xx xxx 1968-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh3 xx xxxx 1962-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının hazırki bazar qiyməti 150000 (bir yüz əlli min) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasının hazırki bazar qiyməti 160000 (bir yüz altmış min) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının hazırki bazar qiyməti 250000 (iki yüz əlli min) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) hazırki bazar qiyməti 90000 (doxsan min) manat təşkil edir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-789/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 17933 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixə İddiaçı ASC-n olan borcu əsas borc üzrə 245395.09 manat, faiz borcu üzrə 114419.10 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 125000 (bir yüz iyirmi beş min) manat, real bazar dəyəri 135000 (bir yüz otuz beş min) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasının likvid dəyəri 136000 (bir yüz otuz altı min) manat, real bazar dəyəri 140000 (bir yüz qırx min) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının likvid dəyəri 220000 (iki yüz iyirmi min) manat, real bazar dəyəri 230000 (iki yüz otuz min) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) likvid dəyəri 80000 (səksən min) manat, real bazar dəyəri 85000 (səksən beş min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 18314.59 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-274 saylı təlimatına qeyd edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə qüvvədə olan prosesual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş isitnad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas 244198 manat, faiz 106312.37 manat, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, cərimə 2000 manat olmaqla, cəmi 356173.35 manat məbləğində borc tutulmalı; Tutma Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına; Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına; Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönləndirilməli; ipoteka predmetləri açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; ipoteka predmetinin satışından əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması icra haqqında qanunla tənzimləndiyindən təmin edilməməli, ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay ərzində qeyri-yaşayış binalarının boşaldılması, mülkiyyətçilərin əhəmin əmlaklara istifadə hüququnun itirilməsi ipoteka qoyulmuş əmlaklara tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulmalı, ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125000 (bir yüz iyirmi beş min) manat, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 136000 (bir yüz otuz altı min) manat, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 220000 (iki yüz iyirmi min) manat və Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80000 (səksən min) məbləğində müəyyən edilməlidir. Cavabdeh1 200 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas 244198 manat, faiz 106312.37 manat, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, cərimə 2000 manat olmaqla, cəmi 356173.35 manat manat məbləğində borc tutulsun. Tutma Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyriyaşayış binasına; Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına; Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına; Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönləndirilsin. İpoteka predmetləri açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərc tutularaq İddiaçı ASC-nə ödənilsin. İpoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125000 (bir yüz iyirmi beş min) manat, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 136000 (bir yüz otuz altı min) manat, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 220000 (iki yüz iyirmi min) manat və Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80000 (səksən min) məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 200 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədənrəsmiqaydadaverildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-95/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-95/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver