Məhkəmə qərarları › İş №2(039)-968/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-968/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-968/2020 29.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Bərdə X7 Mərkəzinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Bərdə X7 Mərkəzinin cavabdeh X2 qarşı pul tələbinə dair iddiasıüzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə X7 Mərkəzi cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 135 manat pulun alınaraq Bərdə X7 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon Şöbəsinin Az 88 CTE 000 000 *** **** ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 xx xxxxxx 2020-ci il tarixdəözünün mal-qarasını qanunsuz meşə sahəsinə gətirərək meşəəkinlərini və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirilərək qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı təbiətə 135 manat ziyan vurulması aşkar edilmişdir. Vurduğu ziyanınödənilməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X9iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişX5 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan meşə gözətçisi X4 xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, X6 özünün xırdabuynuzlu heyvanlarını meşəyə buraxır və onun göstərişlərinə tabe olmur. İş materiallarında olan Bərdə X7 Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 54724 nömrəli aktından görünür ki, Yevlax rayonu, Yuxarı Qarxun kənd sakini X6 özünün xırdabuynuzlu heyvanlarını gətirib qanunsuz olaraq meşə sahəsində otarır, meşə gözətçisinə tabe olmur, mal-qaranı meşə sahəsindən çıxartmır. Aktda Azərbaycan Respublikasıının Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən meşəyə küllü miqdarda-135 manat ziyan vurduğu müəyyən olunur. Azərbaycan RespublikasıMülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, iş materialları iləöz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 135 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh X1 135 (bir yüz otuz beş) manat məbləğində pul alınaraq iddiaçıBərdə X7 Mərkəzinin “Kapital Bank” Bərdə rayon Şöbəsinin Az 88 CTE 000 000 *** **** ******* saylı hesabına ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar