Məhkəmə qərarları › İş №2(039)-973/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-973/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-973/2023 11.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh Mövsüm oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Mövsüm oğluna qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2,700 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 47 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 01 fevral 2021-ci il tarixdə 2,700 manat məbləğində borc pul almış və həmin borcunu 01 fevral 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında olan borca dair kredit müqaviləsi Mingəçevir regional ”ASAN xidmət” mərkəzinin notariat ofisində 01 fevral 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək olan borcunu bu günədək qaytarmamışdır. Dələlərlə Cavabdeh borcunu qaytarmağı tələb etsə də heç bir nəticəsi olmamışdır. Pula ehtiyacı vardır. Tərəflərin izahatları: İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, dəfələrlə cavabdehlərə müraciət edərək borc olaraq verdiyi pulu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınırlar. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, əslində İddiaçı az miqdarda faiz ödəmək şərti ilə borc pul almışdır. Bir müddət keçdikdən sonra Nicad bildirmişdir ki, borc faizi ilə birlikdə artıq 2,700 manat təşkil etmişdir. Nicadın ona etdiyi təzyiqlər nəticəsində həmin məbləğə dair borc müqaviləsini bağlamağa razı olmuşdur. Həmin məbləği yalnız ayda 50 manat ödəmək şərti ilə tam olaraq ödməyə etirazı yoxdur. İddianın qismən, məbləğin hissə-hissə ödənilməsi şərti ilə təmin edilməsinə etiraz etmədiyi bildirmişdir. Sübutlar: İddiaçı və Cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh 2,700 manat borc vermiş, sonuncu isə həmin borcu 01 fevral 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, 01 fevral 2021-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 2.700 manat borc vermiş, sonuncu isə borcu 01 fevral 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürsə də bunu icra etməmişdir. Cavabdeh, az miqdarda faiz ödəmək şərti ilə borc pul aldığını, iddiaçının ona etdiyi təzyiqlər nəticəsində həmin məbləğə dair borc müqaviləsini bağlamağa razı olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 2,700 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Mövsüm oğlundan 2,700 manat borc, habelə 47 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2747 (iki min yeddi yüz qırx yeddi) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar