Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-975/2023 17.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra mətndə BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 1032,40 manat, faiz borcu üzrə 244,17 manat, cərimə borcu üzrə 108,60 manat olmaqla, cəmi 1385,17 manat məbləğində borcun və 33.86 manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə borcalan Cavabdeh1 arasında 31 may 2021-ci il tarixində bağlanmış YevFQK-2415 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik faiz dərəcəsi 28.1% olmaqla, 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 82,41 manat olmaqla, cəmi 1977,83 manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 776,57 manat (əsas və faiz borcu üzrə) məbləğində ödəniş etmişdir. Borclu bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, borclu kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, borclu kreditorun xeyrinə gecikdirmiş əsas məbləğin 0,1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə borcludur. Belə ki, 08 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borclulnun bu günə əsas borc üzrə 1032,40 manat, faiz borcu üzrə 244,17 manat, cərimə borcu üzrə 108,60 manat olmaqla, cəmi 1385,17 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində ZMYevFQK-2415 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, qismən iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, YevFQK-2415 №li kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC-nin tərəfindən Cavabdeh1 28.1 faiz ödəmək şərti ilə 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Borcalan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, YevFQK-2415 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "xxxx" MMC-nin ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində ZMYevFQK-2415 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan BOKT "xxxx" MMC-nin tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 1032,40 manat, faiz borcu üzrə 244,17 manat, cərimə borcu üzrə 108,60 manat olmaqla, cəmi 1385,17 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya 1032,40 manat, faiz borcu üzrə 244,17 manat, cərimə borcu üzrə 108,60 manat cərimə borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən 1032.40 manat məbləğində əsas borc, 244.17 manat faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 108.60 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 38,60 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Rüstəmli Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə 1032,40 manat, faiz borcu üzrə 244,17 manat, cərimə borcu üzrə 38,60 manat olmaqla, cəmi 1315,17 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33.17 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1032,40 manat, faiz borcu üzrə 244,17 manat, cərimə borcu üzrə 38,60 manat olmaqla, cəmi 1315 (bir min üç yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat 17 (on yeddi) qəpik iddiaçı Bank Olmayan Kredit İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-975/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-975/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver