Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-99/2023 16.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X6 Cavabdeh nümayəndəsi X3 və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 48000 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş editmişdir. İddiaçı nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər uzun müddət bildikdə Yevlax rayon İcra Hakimiyyətində işləmişlər. Münasibətləri çox yaxşı olmuşdur. Cavabdeh iddiaçıdan 48000 ABŞ dolları məbləğində borc pul almışdır. Cavabdeh iddiaçıdan 48000 ABŞ dolları pul alması cinayət işinin istintaqı zamanı üzləşmə protokolunda da öz əksini tapmışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. Hazırda iddiaçı pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina edir. İddiaçı cavabdehlə üzü-üzə gəlmək üçün məhkəmə iclasında iştirak etmək istəyirdi. Lakin cavabdeh iddiaçıya xəbər göndərərək, onunla üz-üzə gəlməyə utandığını və məhkəməyə gəlməyəcəyini bildirmişdir. Bu səbəbdən də iddiaçı bu gün məhkəmə iclasında iştirak etmir. Borcun olmasını cinayət işinin materiallarında olan cavabdehin izahatı da təsdiq edir. İddiaçı nümayəndəsi və vəkili X14 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, Elnur həmin qəbzləri könüllü olaraq yazmamışdır. İstintaq zamanı onu qorxuzmuşlar. Qəbzi ona görə yazılmışdır. Vidadi ilə Elnurun görüşməsini o da təklif etmişdir. Lakin onların görüşməsi üçün Vidadi hazırki iddiasından ilk növbədə imtina etməlidir. Qəbzlər saxtadır. Elnura həmin qəbzləri məcburi yazdırmışlar. Pul heç Vidadinin olmayıb. Belə ki, prokurorluğa ərizə verən Rəna Tağıyeva və Fikrət Tağıyev pulun onlara məxsus olmasını bildirmişlər. Vidadinin hazırki iddianı qaldırmaq belə hüququ yoxdur. Cavabdeh vəkili X5 məhkəmə iclasında çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh izah etmişdir ki, uzun müddət Vidadi ilə Yevlax rayon İcra Hakimiyyətində işləmişlər. Onun Vidadiyə borcu olmuşdur. Həmin borcu qaytarmışdır. Hazırda tələb olunan pul sələmdir. Qəbzlərdə imza ona məxsusdur. Qəbz və tarixdən başqa qəbzi o yazmışdır. 23 fevral 2020-ci il tarixli qəbzdə sıfır rəqəminə sonradan düzəliş edilmişdir. Oğurluq işin ilə barəsində istintaq aparılarkən Vidadi pulla bağlı ərizə vermişdir. Müstəntiq ona qəbzləri yazmasa və üzləşmə protokolunda izahatı həmin qaydada verməsə ona əlavə olaraq dələduzluqla da bağlı cinayət işi açılacağını bildirmişdir. Ona həmin qəbzləri və izahatı hədə-qorxu altında Yevlax rayon polis şöbəsində istintaq zamanı yazdırmışlar. Onun Vidadiyə borcu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Yevlax şəhər Mənzil-Kommunal İstismar sahəsinin 07 oktyabr 2022-ci il tarixli, 98 saylı arayışından məlum olur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Hazırda Yevlax şəhəri, 32-ci məhəllə köçkünlər qəsəbə 10/74-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 fevral 2020-ci il tarixli qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 48000 ABŞ dolları pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 noyabr 2020-ci il tarixli qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 48000 ABŞ dolları pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 fevral 2021-ci il tarixli üzləşdirmə haqqında protokolun surətindən məlum olur ki, Cavabdeh İddiaçı 48000 ABŞ dolları pul aldığını etiraf etmiş və qaytaracağı üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 dekabr 2020-ci il tarixli ərizənin surətindən məlum olur ki, X13 və X2 Murtuzayev vasitəsi ilə Cavabdeh 48000 ABŞ dolları pul verməsi barədə Yevlax rayon prokurorluğuna şikayət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 dekabr 2020-ci il tarixli ərizənin surətindən məlum olur ki, İddiaçı X4 və X8 48000 ABŞ dolları pul alaraq Cavabdeh verməsi barədə Yevlax rayon prokurorluğuna şikayət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh hissə-hissə 48000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Borcun olması barədə cavabdeh iddiaçıya borcun etiraf edilməsi barədə yazılı qəbz vermişdir. Həmçinin Cavabdeh barəsində olan cinayət işinin istintaqı zamanı üzləşdirmə haqqında protokolda Cavabdeh İddiaçı 48000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. İddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, qəbzləri və izahatı ona hədə-qorxu altında Yevlax rayon polis şöbəsində istintaq zamanı yazdırdıqlarını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 48000 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 334.80 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etsə də, hazırki işin materialları ilə müəyyən olunur ki, Cavabdeh 48000 ABŞ dolları pulu İddiaçı vermişdir. Həmin pulu İddiaçı X4 və X8 almışdır. Yəni pulu Cavabdeh bilavasitə verən şəxs İddiaçı olmuşdur. Həmçinin cavabdeh tərəf qəbzin birinin tarixində düzəliş olunması bildirsə də, iş materiallarında cavabdeh tərəfindən yazılmış iki qəbz mövcuddur. Həmin qəbzin cavabdeh tərəfindən imzalanmasını Cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Cavabdeh tərəfindən həmin qəbzlərin təzyiq və hədə qorxu altında yazılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, cavabdehə həmin qəbzlər təzyiq və ya hədə qorxu altında verilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Habelə pulun faizə verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə,Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə görə, Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.4-cü maddəsinə görə, Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.5-ci maddəsinə görə, Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 48000 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 334.80 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-99/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-99/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver