Məhkəmə qərarları › İş №2(039)-992/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-992/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-992/2024 26.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 (yeddi min iki yüz) manat pulun və 90 (doxsan) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə əvvəllər də xırda pul haqq-hesabları olmuşdur. 2021-ci ildə cavabdeh ondan 7200 (yeddi min iki yüz) manat borc pul istəmiş və həmin məbləğdə pulu qısa müddətdə qaytarmaq şərti ilə hissə-hissə cavabdehə vermişdir. Hazırkı vaxtadək cavabdehə verdiyi borc pulu ala bilməmişdir. Cavabdehə borcun yerinə məişət əşyaları verməsini və ya borcunu hissə-hissə ödəməsini təklif etmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçını 2020-ci ildən tanımışdır. İddiaçıdan ilk dəfə 300 (üç yüz) manat almış və həmin pulu qaytarmışdır. İddiaçı 2021-cil ildən 2500 (iki min beş yüz) manat faizə pul almış, həmin puldan 500 (beş yüz) manatını yeddi ay sonra qaytarmış və 2000 (iki min) manat borcu qalmışdır. Həmin 2500 (iki min beş yüz) manat puldan başqa iddiaçıdan pul almamışdır. Aldığı 2500 (iki min beş yüz) manata dair qəbz yazaraq iddiaçıya vermişdir. Həmin qəbzdən başqa qəbz yazmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan qəbzdən göürünür ki, həmin qəbzdə «Müseyibov X2 2200 iki min iki yüz manat pul aldım borc olaraq.» sözləri yazılmış və imzalanmışdır. İşdə olan qəbzdən görünür ki, həmin qəbzdə «Solmaz müəllimədən 2500 manat aldım, noyabr ayında qaytaracam.» sözləri yazılmış və imzalanmışdır. İşdə olan qəbzdən göürünür ki, həmin qəbzdə «Müseyibov X2 2500 manat pul almışam.» sözləri yazılmış və imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/549 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 4-6-cı vərəqələrində Cavabdeh adından olan «2200, 2500 və 2500» manat pula dair borc qəbzlərində olan yazılar, «Cavabdeh» yazılarının qarşılarında olan imzalar və «İmza:» yazısının önündəki imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2021-ci ildə İddiaçı hissə-hissə olaraq cəmi 7200 (yeddi min iki yüz) manat borc pul almış, borcunu qısa müddətdə qaytarmağı öhdəsinə götürmüş, lakin lakin öhdəliyini yerinə yetirməmiş və müəyyən edilmiş vaxtadək borcunu qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıya olan borcunu qaytarmalı olduğu halda, götürdüyü öhdəliyə əməl etməyərək borcunu qaytarmamışdır. Buna görə də yaranmış borc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında cavabdeh iddiaçıdan aldığı pulu faizlə aldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıdan borc aldığı, yəni tərəflər arasında borca dair münasibətlərin yarandığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iclasında cavabdeh iddiaçıdan aldığı 2500 (iki min beş yüz) manat puldan 500 (beş yüz) manatını qaytardığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı həmin xüsusatla bağlı verdiyi izahatında cavabdehin əvvəllər də ondan borc pul aldığını və əvvəllər yaranmış borc öhdəliyi üzrə cavabdehin ona borcunu qaytardığını, qaytarılmış 500 (beş yüz) manat pulun da məhz əvvəlki öhdəlik üzrə olduğunu göstərmişdir. Məhkəmə iclasında həmin pulun hazırkı iş üzrə tələb edilən 7200 (yeddi min iki yüz) manat borcdan qaytarıldığı müəyyən edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki,mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7200 (yeddi min iki yüz) manat borc pul və 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh 125 (bir yüz iyirmi beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar