Məhkəmə qərarları › İş №2(040)-1004/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1004/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1004/2023 12.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-997/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağagörə cəmi 440 (dörd yüz qırx) manat miqdarında müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 18 dekabr 2004-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, 03 mart 2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 28 oktyabr 2006-cı ildə X3 və 01 may 2009-cu ildə X6 adlı iki övladları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah 24 yanvar 2013-cü ildə Abşeron Rayon Məhkəməsinin 2(012)-258/2013 saylı qətnaməsinə əsasən pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-681/2013 saylı qətnaməsi ilə birgə nikahdan 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X2 üçün hər bir uşaq üçün 93 manat, ümumilikdə 186 manat miqdarında alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Daha sonra məskunlaşdığı Abşeron rayonu üzrə məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(012)-1496/2018 saylı qətnaməsinə əsasən hər uşaq üçün ayrılıqda 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(021)-997/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə 175 manat, iki uşağa görə ümumilikdə 350 (üç yüz əlli) manat müəyyən edilmişdir. Hazırkı şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməsi mümkün deyildir, uşaqlar artıq böyümüşlər, bununla bağlı olaraq da təbii ki, onların xərcləri əvvəlki miqdarda deyildir. Hətta 2023-cü il üçün bir uşağın saxlanması üçün yaşayış minimumu olan 220 manat belə hazırkı aliment məbləğindən xeyli çoxdur. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar.Bundan başqa, cavabdeh işləyir, aylıq qazancı kifayət qədərdir. Mülki iş üzrə hazırlıq iclası 20 sentyabr 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 12 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, 04 oktyabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 18 dekabr 2004-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, 03 mart 2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 28 oktyabr 2006cı ildə X3 və 01 may 2009-cu ildə X6 adlı iki övladları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah 24 yanvar 2013-cü ildə Abşeron Rayon Məhkəməsinin 2(012)-258/2013 saylı qətnaməsinə əsasən pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(012)-1496/2018 saylı qətnaməsinə əsasən hər uşağa görə ayrılıqda 154 manat, iki uşağa görə ümumilikdə 308 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(021)-997/2021 saylı qətnaməsinə əsasən mövcud alimentin məbləği dəyişdirilərək 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X2 üçün hər ay bir uşaq üçün 175 manat, ümumilikdə 350 manat müəyyən edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, ərzaq, geyim, məktəb ləvazimatlarının qiymətləri dəfələrlə qalxdığından və uşaqların ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh işləyir, maddi vəziyyəti yüksəkdir, kifayət qədər pul qazanır. Cavabdeh alimenti vaxtında ödəsə də, həmin məbləğ hazırki şəraitdə uşaqların ən zəruri xərclərini ödəmir. Bu səbəbdən alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyada alimentin artırılmasına razı olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 20 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. İkinci dəfə ailə qurmuşdur, azyaşlı övladı vardır, xərcləri çox olduğundan maddi cəhətdən çatdıra bilmir. Bununla belə, hər uşağa görə ayda 200 (iki yüz) manat olmaqla, iki uşağa görə aylıq cəmi cəmi 400 (dörd yüz) manat aliment ödəyə bilər. İddianın qismən təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 oktyabr 2019-cu il tarixdə təkrar verilmiş AZ-T № 111536 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 28 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh,anası-İddiaçıdır. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 oktyabr 2019-cu il tarixdə təkrar verilmiş AZ-T № 111535 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 01 may 2009-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş,atası-Cavabdeh,anası-İddiaçıdır. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 mart 2021-ci il tarixli 2(021)-997/2021 saylı qətnaməsinin surətindən görünür ki, 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Abşeron Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(021)-1496/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək hər ay bir uşağa görə 175 manat, cəmi 350 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən götürülmüş məlumatdan görünür ki, Cavabdeh müəllim işləməklə aylıq əmək haqqı 1110,67 manat (min yüz on manat 67 qəpik) təşkil edir. İş materiallarında olan: Bakı 16 saylı Mediasiya təşkilatının Mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00309) X4 tərəfindən verilmiş 03 iyun 2023-cü il tarixli MB/16-00951 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeləri nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilkdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(021)-997/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 210 (iki yüz on) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər uşağa görə 210 (iki yüz on) manatdan artıq olan 10 (on) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bərdə Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(021)-997/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 175 (yüz yetmiş beş) manat məbləğdə tutulan alimentin miqdarı artırılsın, 28 oktyabr 2006-cı ildə doğulmuş X3 və 01 may 2009-cu ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə aylıq 210 (iki yüz on) manat olmaqla, iki uşağa görə cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar