Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1007/2025 29.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8640 (səkkiz min altı yüz qırx) manat maddi ziyanın, 5000 (beş min) manat mənəvi zərərin və 131 (yüz otuz bir) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 fevral 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********91 reyestr nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində Bərdə rayonu Qaradağlı kəndində 0,9999 hektar kənd tesərrüfatı təyinatlı torpaq sahəsi var. İş üzrə Cavabdeh uzun illərdir ki, torpağını zəbt edərək istifade edir. 2021-ci ildə X7, Cavabdeh, X2 ve X5 0.9999 hektar və 0.5282 hektar torpaq sahəsindən çıxarılmalarına ve onlara məxsus torpaqda mişar daşından tikdirdikləri tikililərin və hasarların şəxsi hesablarına sökülərək götürülməsi tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(021)-124/2022 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilib, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.9999 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh 0.30 hektar hissəsindən, X4 0.08 hektar hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilib. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2024-cü il tarixli 2(104)-75/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(021 )-124/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni 0.9999 hektar torpaq sahəsindən çıxarılma tələbinə dair hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X11, X9 və X12 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.9999 hektar torpaq sahəsindən çıxarılması, tələbin digər cavabdehlərə münasibətde mübahislendirilən hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2(102)-3153/2024 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-75/2024 nömrəli 31 may 2024-cü il qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qətnamələrinin icrası ilə əlaqədar olaraq Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları 0,9999 hektar kənd təsərrüfatı təyinatlı torpaqlarını 2025-ci ilin aprel ayında özlərinə qaytarıb və hazırda torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Cavabdeh 2021-ci ildən, yəni məhkəmədə iddia qaldırdığı vaxtdan 2025-ci ilin aprel ayına kimi torpağından istifadə edərək onu əldə ede biləcəyi gəlirdən məhrum edib. Göstərilən müddət ərzində torpaqdan istifadə hüquqlarını həyata keçirə bilməmişlər. Məhkəmə çəkişməsi uzun çəkdiyi üçün, yəni 2021-ci ildən 2025-ci ilin aprel ayına kimi 0,9999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehin zəbtində (istifadəsində) olub, bunun nəticəsində ailə büdcələrinə xeyli ziyan dəyib. Qeyd olunan illər ərzində 0,9999 hektar torpaq sahəsində yonca bitkisi ekib qazanc götürə bilərdi. Bir mövsümdə 0,9999 hektar torpaq sahəsindən 540 bağ yonca kipi əldə etmək mümkündür ki, xərclər çıxıldıqdan sonra 2160 (iki min yüz altmış) manat gəlir əldə edə bilərdi. 2021, 2022, 2023 və 2024-cü il mövsümlərində cəmi 8640 (səkkiz min altı yüz qırx) manat xalis gəlir əldə edə bilərdi. Göründüyü kimi cavabdehin hüquqazidd hərəkəti nəticəsində ona 8640 (səkkiz min altı yüz qırx) manat maddi ziyan dəymişdir. Bundan başqa cavabdehin onun və ailə üzvlərinin torpağını zəbt etməsi və onu yaşlı vaxtında məhkəmələrə süründürməsi nəticəsində mənəvi cəhətdən sarsılmış, təzyiq və sinir xəstəliyinə tutulmuşdur. Ona görə də cavabdehdən əlavə olaraq 5000 (beş min) manat mənəvi zərər tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş; İddiaçı 27 oktyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxıb, məhkəmə baxışına təyin edib, iddianın təmin edilməsini xahiş etmişdir; Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə və nümayəndəsi (vəkil) Vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 2160 (iki min bir yüz altmış) manat maddi ziyan tələbini qəbul edir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı cavabdeh kimi Qənaətə qarşı iddia qaldırsa da, əslində torpağı beş nəfər zəbt etmişdir və bununla bağlı məhkəmə qətnamələrində də beş nəfər cavabdeh qeyd edilib. Qənaət 2025-ci ilin may ayında torpağı əkib iyun ayında biçin olub. İcraçılar biçindən sonra torpağı təhvil verməsini tələb etmişlər. Həmin ərazidə torpaq sürüşməsi olduğu üçün sahələr bir-birinə qarışmışdır. Bir illik dəymiş zərəri qəbul edirlər. Mənəvi zərəri ümumiyyətlə qəbul etmirlər. İddiaçı iştirak etdiyi 25 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: “X13” MMC tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 hektar torpaq sahəsindən 1 il müddətində 540 bağ yonca kipi əldə edilə bilər. 2021-ci il tarixdə 1 hektar torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2160 manat, 2022-ci il tarixdə 1 hektar torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2160 manat, 2023-cü il tarixdə 1 hektar torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2160 manat, 2024-cü il tarixdə 1 hektar torpaq sahəsində becərilən yonca kipindən əldə edilən gəlir 2160 manat olmaqla, cəmi 8640 manatdır. İş materiallarında olan: “Liman Hospital” tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı dəfələrlə “Liman Hospital”da həkim nevroloqun qəbulunda olmuşdur. Hal-hazırda “poliradikuloneyropatiya, ensefalopatiya, serebral ateroskleroz” diaqnozu ilə ambulator müalicədədir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu Qaradağlı kəndində yerləşən daşınmaz əmlakın reyestr nömrəsi “**********91” olan 0,9999 hektar ölçüdə, kənd təsərrüfatı təyinatlı, xüsusi mülkiyyət növündə torpaq sahəsinə hüququ rəsmiləşdirilən şəxs İddiaçıdır. 09 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.9999 hektar torpaq sahəsi İddiaçı, X11, X9 və X12 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(021)- 124/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X10, Cavabdeh, X3 və X6 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.9999 hektar torpaq sahəsinin cavabdehlər Cavabdeh 0.30 hektar hissəsindən, X4 0.08 hektar hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2024-cü il tarixli 2(104)-75/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X10, Cavabdeh, X3 və X6 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(021)-124/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(021)-124/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə, yəni 0,9999 hektar torpaq sahəsindən çıxarılma tələbinə dair hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X11, X9 və X12 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.9999 hektar torpaq sahəsindən çıxarılması, tələbin digər cavabdehlərə münasibətde mübahislendirilən hissədə təmin edilməməsi qət edilmişdir İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2(102)-3153/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdehlər X10, Cavabdeh, X3 və X6 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2024-cü il tarixli 2(104)-75/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2024-cü il tarixli 2(104)- 75/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərar alınmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 7 saylı Bərdə ərazi dairəsi tərəfindən 09 fevral 2021-ci il tarixdə tərtib edilmiş AA №551531 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Bərdə rayonu Qaradağlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin faktiki sahəsi 0,9999 hektardır. İş materiallarında olan: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X19 inkişaf mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 19 may 2025-ci il tarixli 3-22-3-9/2-N-5-39- 3/2025 saylı məktubdan görünür ki, Bərdə rayonu Qaradağlı kəndi ərazisində əkinə yararlı 1 hektar torpaq sahəsindən aqrotexniki qaydada qulluq olunarsa 4 üz yonca biçib götürmək mümkündür. Hər üz biçində saylar müxtəlif olmaqla ortalama 135 ədəd yonca kipi əldə etmək mümkündür ki, bu da 1 (bir) il ərzində 540 ədəd yonca kipi təşkil edir. Ot kipinin qiyməti tərkibindən, keyfiyyətindən, mövsümündən asılı olaraq dəyişir. X19 İnkişaf Mərkəzində ot kipinin qiyməti ilə bağlı statistika aparılmadığı üçün hər hansı məlumat verə bilmirlər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilməsi xahiş edilir. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh və digərlərinə ünvanlanmış 19 iyun 2025-ci il tarixli 3-21-3-60/2-1760/2025 saylı məktubdan görünür ki, Bərdə rayonu Qaradağlı kəndi ərazisində pay torpaq sahələrində uyğunsuzluq olan mülkiyyətçilrin torpaq sahələrində çöl-ölçmə işləri aparılaraq, ərazidə akt tətib edilmişdir. Məhkəmə qətnaməsi təqdim ediləcəyi təqdirdə müraciətdə qaldırılan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan: 17 iyun 2025-ci il tarixli aktdan görünür ki, Bərdə rayonu Qaradağlı kənd sakini Cavabdeh və digər qonşu pay torpaq sahiblərinin kollektiv müraciəti əsasında Bərdə rayonu Qaradağlı kəndində yerləşən həmin vətəndaşlara məxsus pay torpaq sahələrində dürüstləşmə işlərinin aparılması məqsədi ilə faktiki istifadələrində olan sahəyə baxış keşirilmişdir. Həmin sahədə sahədə GPS aləti vasitəsilə ölçü işi aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, həmin sahədə faktiki istifadə ilə elektron uçot məlumat bazasında uyğunsuzluq var. Lakin ərazidə bəzi vətəndaşların narazı olması və məhkəmə predmetlərinin olması səbəbindən uyğunsuzluqların aradan qaldırılması və elektron uçot məlumat bazasında müvafiq düzəlişlərin edilməsi mümkün olmamışdır. “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə mülki iş üzrə proses iştirakçılarının izahatlarını mülki iş materiallarında olan sübutlarla birlikdə araşdırmaqla hesab edir ki, iddia qismən- 2160 (iki min bir yüz altmış) manat maddi ziyan tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları tam təsdiq edən mötəbər sübut təqdim etməsə də, Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə iddia tələbini 2160 (iki min bir yüz altmış) manat maddi ziyan hissəsində qəbul etmişdir. İddia qalan hissədə - 6480 (altı min dörd yüz səksən) manat maddi ziyan, 5000 (beş min) manat mənəvi zərər tələbinə dair hissələrdə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından və həmin hissədə cavabdeh tərəfindən etiraf olunmadığından, həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41,60 (qırx bir manat-60 qəpik) hissəsinin pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyini təsdiq edən mötəbər sübut- qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olsa da, cavabdeh tərəfindən iddiaçıya vurulan ziyanın miqdarı sübut olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2160 (iki min bir yüz altmış) manat maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41,60 (qırx bir manat-60 qəpik) hissəsinin pul əvəzi, cəmi 2201,60 (iki min iki yüz bir manat- 60 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1007/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1007/2025
29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver