Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1008/2023 02.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı- İddiaçı nümayəndəsi X1, Cavabdeh- Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə yaranmış 12771,95 manat əsas borc və 2158,45 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,80 manat, cəmi 15065,20 manat pulun ödənilməsi tələbinə dair” iddiasi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı (bundan sonra: İddiaçı MMC) Cavabdeh (bundan sonra-Cavabdeh) qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə yaranmış 12771,95 manat (on iki min yeddi yüz yetmiş bir manat-95 qəpik) əsas borc və 2158,45 manat (iki min bir yüz əlli səkkiz manat-45 qəpik) cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,80 manat (yüz otuz dörd manat-80 qəpik), cəmi 15065,20 manat (on beş min altmış beş manat-20 qəpik) pulun İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Goranboy” filialı və cavabdeh arasında bağlanmış 22263013 saylı “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən, cavabdeh 19 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür; bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 29817,96 manat (iyirmi doqquz min səkkiz yüz on yeddi manat-96 qəpik) dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdehin təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 18929,94 kq- 15046,0 (on beş min qırx altı) manat dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçının təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 2000,0 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 12771,95 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT-Goranboy” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 2158,45 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir (pretenziya əlbəəl təqdim edilmişdir). Bununla da cavabdeh Mülki Məcəllənin 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar alətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Eyni zamanda Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki iş üzrə məhkəminin hazırlıq iclası 29 sentyabr 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 02 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi (MKT-Bərdə filialının regional hüquqşünası) X2 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı MMCnin “MKT-Goranboy” filialı (“Alıcı”) və cavabdeh (“satıcı”) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 22263013 saylı “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nin 2.1.2-ci bəndinə əsasən, cavabdeh 19 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür; bu məqsədlə İddiaçı trəfindən cavabdehə avans olaraq cəmi 29817,96 manat (iyirmi doqquz min səkkiz yüz on yeddi manat-96 qəpik) dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdehin təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 18929,94 kq- 15046,0 (on beş min qırx altı) manat dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçının təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 2000,0 manat vəsaiti İddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 12771,95 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT-Goranboy” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 2158,45 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir (pretenziya əlbəəl təqdim edilmişdir). Bununla da cavabdeh Mülki Məcəllənin 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar alətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Eyni zamanda Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh- Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı MMC-nin “MKT-Goranboy” filialı ilə onun arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 22263013 saylı “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqı müqavilsi”nə əsasən, o, 19 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür; bu məqsədlə iddiaçı tərəfindən ona avans olaraq cəmi 29817,96 manat (iyirmi doqquz min səkkiz yüz on yeddi manat-96 qəpik) dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Nəticədə onun tərəfindən iddiaçıya 18929,94 kq- 15046,0 (on beş min qırx altı) manat dəyərində xam pambıq təhvil verilmiş, əlavə olaraq 2000 (iki min) manat pul geri qaytarılmışdır. Hal-hazırda onun iddiaçıya 12771,95 manat (on iki min yeddi yüz yetmiş bir manat-95 qəpik) əsas borcu qalmışdır və imkanı olduqda həmin borcu hissəhissə ödəyəcəkdir, qalan hissədə, o cümlədən cərimə borcu hissəsində isə iddianı qəbul etmir (12771,95 manat əsas borcunu məhkəməyə verdiyi yazılı izahatında da etiraf etmişdir). Məhkəmə mülki iş üzrə tərəflərin izahatları əsasında müəyyən edir ki: -mülki işin mübahisə edilməyən halları: MKT İstehsalat Kommersiya” MMC-nin “MKT- Goranboy” filialı ilə cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 22263013 saylı “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən cavabdehin 19 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürməsi; bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 29817,96 manat (iyirmi doqquz min səkkiz yüz on yeddi manat-96 qəpik) dəyərində zəruri vəsaitlər verilməsi, müxtəlif xidmətlər göstərilməsi, nəticədə cavabdeh tərəfindən iddiaçıya 18929,94 kq- 15046,0 (on beş min qırx altı) manat dəyərində xam pambıq təhvil verilməsi, əlavə olaraq 2000 (iki min) manat pul geri qaytarılması, hal-hazırda cavabdehin iddiaçıya 12771,95 manat (on iki min yeddi yüz yetmiş bir manat-95 qəpik) məbləğdə əsas borcunun qalması, -mülki işin mübahisə edilən halları: iddianın 2158,45 manat (iki min bir yüz əlli səkkiz manat-45 qəpik) cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,80 manat (yüz otuz dörd manat-80 qəpik) tələb hissəsi iddiaçı tərəfindən qəbul edilməməsidir. İş materiallarında olan: İddiaçı MMC-nin “MKT-Goranboy” filialı (“Alıcı”) və Cavabdeh (“Satıcı”) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 22263013 saylı “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nin 2.1.2-ci bəndinə əsasən, cavabdeh19 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür; müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Satıcının aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır, Satıcının təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürür; müqavilənin 4.2-ci bəndinin şərtlərinə əsasən, Satıcı müqavilədə göstərilən xam pambığı təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1 faiz miqdarında Alıcıya cərimə ödəyir, əsas borc dedikdə bu müqavilə ilə bağlıSatıcı tərəfindən Alıcı qarşısında bu müqailə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur (müqavilənin mahiyyətindən görünür ki, həmin müqavilə alğı-satqı və podrat müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilədir-hakimin qeydi). İş materiallarında olan: 22263013 saylı müqavilə üzrə fermer Cavabdeh ilə bağlı İddiaçı MMC tərəfindən “A4” formatlı vərəqlərdə (4 vərəq) aparılmış mühasibatlıq hesabatından (İddiaçı MMC-nin Hüquq şöbəsinin möhürü ilə təsdiq edilmişdir) görünür ki, İddiaçı tərəfindən Cavabdehə ilkin olaraq 21 sentyabr 2021-ci il tarixdə 5700 (beş min yeddi yüz) manat, sonradan ayrı-ayrı vaxtlarda bir neçə dəfə köçürməklə cəmi 15848,21 manat nağd vəsait köçürülmüş, bundan başqa, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda cavabdehin istifadəsində olan əkin sahəsinə texniki xidmətlər göstərilmiş, iddiaçı tərəfindən cavabdehə cəmi 29817,96 manat (iyirmi doqquz min səkkiz yüz on yeddi manat-96 qəpik) vəsait xərclənmiş, cavabdeh 08 oktyabr 2021-ci il tarixdən hazır məhsulun təhvilinə başlamış və 15 noyabr 2021-ci il tarixədək məhsul təhvili davam etmiş, 19 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya nağd olaraq 2000 (iki min) manat pul qaytarılmış, beləliklə, cavabdehin iddaçıya olan cəmi 29817,96 manat (iyirmi doqquz min səkkiz yüz on yeddi manat-96 qəpik) kreditor borcundan 17046,01 manat (on yeddi min qırx altı manat-01 qəpik) hissəsi qaytarılmış, 12771,95 manat (on iki min yeddi yüz yetmiş bir manat-95 qəpik) əsas borc qalmışdır. İş materiallarında olan: MKT İstehsalat Kommersiya” MMC-nin Maliyyə şöbəsinin baş mühasibi S.Mayılova tərəfindən 06 iyun 2023-cü il tarixdə tərtib olunmuş Maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 22263013 saylı müqavilə üzrə cavabdehin həmin tarixə 12771,95 manat əsas borcu və 2158,45 manat cərimə borcu vardır. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalından verilmiş 09 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 134,80 manat (yüz otuz dörd manat-80 qəpik) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən,borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir, əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur, sübut kifayət qədər güclüaydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (paraqraf: 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhələrdən kənar standartlar tətbiq edilir (paraqraf: 93). Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən-12771,95 manat (on iki min yeddi yüz yetmiş bir manat-95 qəpik) əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 128,31 manat (yüz iyirmi səkkiz manat-31 qəpik), cəmi 12900,26 manat (on iki min doqquz yüz manat-26 qəpik) hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. İddianın həmin hissədə əsaslı olması iş materillarında olan sübutlar və cavabdehin etirafı ilə təsdiq edilir. İddia qalan hissədə-2158,45 manat (iki min bir yüz əlli səkkiz manat-45 qəpik) cərimə borcu və tələb edilən 134,80 manat (yüz otuz dörd manat-80 qəpik) dövlət rüsumunun 06,49 manat (altı manat-49 qəpik) hissəsində əsassız olduğundan, yəni həmin hissədə iddianın təmin edilməsi üçün faktiki əsaslar olmadığından, o cümlədən hesablanmış cərimə borcunun cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranması sübutlarla təsdiqini tapmadığından, həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 12771,95 manat (on iki min yeddi yüz yetmiş bir manat-95 qəpik) əsas borc və 128,31 manat (yüz iyirmi səkkiz manat-31 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 12900,26 manat (on iki min doqquz yüz manat-26 qəpik) pul Cavabdeh alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1008/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1008/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver