Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1055/2023 25.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3200 (üç min iki yüz) manat pulun, vəkil üçün ödədiyi 50 (əlli) manat xidmət haqqının və vəkilə dair etibarnamə üçün ödədiyi 18 (on səkkiz) manat notarius rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2021-ci il tarixində ondan 3200 (üç min iki yüz) manat məbləğində borc almış, söz vermişdir ki, qaytaracaqdır. Lakin bugünə kimi vədinə əməl etməmiş, pulu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınır. Cavabdehin ona borclu olması barədə Göygöl Rayon Polis Şöbəsində aparılmış araşdırma ilə bağlı etirafı vardır. Cavabdeh həmin qərarda öz izahatı ilə göstərir ki, ondan (iddiaçıdan) 3200 (üç min iki yüz) manat guya borc pul almışdır, əslində isə həmin pulu pensiya düzəltmək adı ilə almışdır. Cavabdeh hətta bu barədə yazılı qəbz də vermişdir. Cavabdeh ona olan borcundan bir manat da olsun qaytarmamışdır. Belə olan halda, pulun məcburi qaydada cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh 2021-ci il tarixində ondan 3200 (üç min iki yüz) manat məbləğində borc almış, söz vermişdir ki, qaytaracaqdır. Cavabdeh ondan 3200 (üç min iki yüz) manat pul almasına dair yazılı qəbz də vermişdir. Lakin bugünə kimi vədinə əməl etməmiş, pulu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınır. Cavabdeh ona borclu olmasını Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılarkən də etiraf etmiş, onun etirafı qərarda öz əksini tapmışdır. Cavabdeh həmin qərarda öz izahatı ilə göstərir ki, ondan (iddiaçıdan) 3200 (üç min iki yüz) manat borc pul almışdır, əslində isə həmin pulu pensiya düzəltmək adı ilə almışdır. Cavabdeh ona olan borcundan bir manat da olsun qaytarmamışdır. Ona görə də Cavabdeh 3200 (üç min iki yüz) manat pulun, vəkil üçün ödədiyi 50 (əlli) manat xidmət haqqının və vəkilə dair etibarnamə üçün ödədiyi 18 (on səkkiz) manat notarius rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: Cavabdeh tərəfindən yazılan qəbzdən görünür ki, “Cavabdeh İddiaçı ehtiyacı olduğu üçün 04 sentyabr 2021-ci il tarixdən 05 oktyabr 2021-ci il tarixə qədər 3200 (üç min iki yüz) manat borc pul almış, həmin borc məbləğini vaxtında çatdırmasa məsuliyyət daşıyacağını” öhdəsinə götürmüşdür”. İş materiallarında olan: Göygöl Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X2 icraatinda olan HK-1/386 saylı material əsasında 25 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh İddiaçı həqiqətən 3200 (üç min iki yüz) manat borc pul aldığı, həmin puldan 600 (altı yüz) manat hissəsini qaytardığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 2600 (iki min altı yüz) manat borc, vəkil üçün ödənilən 50 (əlli) manat xidmət haqqı xərci və vəkilə verilmiş etibarnaməyə görə ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumunun pul əvəzi tələbinə dair hissədə əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin 2600 (iki min altı yüz) manat borc hissəsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Bununla da, cavabdehin iddiaçıya 2600 (iki min altı yüz) manat borcunun olması təsdiq olunur. Belə olan halda Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul, vəkil üçün ödənilən 50 (əlli) manat xidmət haqqı xərcinin və vəkilə verilmiş etibarnaməyə görə ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə - 600 (altı yüz) manat borc pul hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən 2600 (iki min altı yüz) manatdan əlavə 600 (altı yüz) manat pul tələbinin əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh həmçinin vəkil üçün ödənilən 50 (əlli) manat xidmət haqqı xərcinin və vəkilə verilmiş etibarnaməyə görə ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1055/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1055/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver