Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-107/2024 15.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1. 05 may 2019-cu il tarixli ECK5733138 nömrəli müqaviləyə əsasən 319 manat əsas, 95 manat cərimə, 2. 01 noyabr 2019-cu il tarixli ECK5793753 nömrəli müqaviləyə əsasən, 427 manat əsas, 128 manat cərimə və 3. 01 noyabr 2019-cu il tarixli ECK5793754 nömrəli müqaviləyə əsasən, 945 manat əsas, 283 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 2197 manat borcun və 42 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı ilə bağladığı 05 may 2019-cu il, 01 noyabr 2019-cu il, 01 noyabr 2019-cu il tarixli müqavilələrə əsasən, 1) Samsung Galaxy A40 markalı telefon 2) Samsung Galaxy A10S markalı telefon, 3) LG markalı televizor almış və nəticədə 2197 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: 1) 05 may 2019-cu il tarixli ECK5733138 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 840 manat olan (ilkin ödəniş 30 manat etməklə 15 ay müddətində hər ay 54 manat ödəmək şərti ilə) Samsung Galaxy A40 markalı telefon üçün 319 manat əsas, 95 manat cərimə, 2) 01 noyabr 2019-cu il tarixli ECK5793753 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 516 manat (ilkin ödəniş 30 manat etməklə 18 ay müddətində hər ay 27 manat ödəmək şərti ilə) Samsung Galaxy A10S markalı telefon üçün 427 manat əsas, 128 manat cərimə, 3) 01 noyabr 2019-cu il tarixli ECK5793754 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1056 manat olan (ilkin ödəniş 30 manat etməklə 18 ay müddətində hər ay 57 manat ödəmək şərti ilə) LG markalı televizor üçün 945 manat əsas, 283 manat cərimə məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəlikləri icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2(040)-1341/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini, üç müqavilə üzrə yaranmış 1691 manat əsas borcu imkanı olduqca ödəməyə razı olduğunu, cəriməni isə ödəməyə imkanı olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 05 may 2019-cu il tarixli ECK5733138 nömrəli müqavilədən görünür ki, Kamalov X1 Şirin Novruz oğlundən alqı-satqı qiyməti 840 manat olan Samsung Galaxy A40 markalı telefon əldə edərək, ilkin ödəniş 30 manat etməklə 15 ay müddətində hər ay 54 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 01 noyabr 2019-cu il tarixli ECK5793753 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alqı-satqı qiyməti 516 manat olan Samsung Galaxy A10S markalı telefon əldə edərək, ilkin ödəniş 30 manat etməklə 18 ay müddətində hər ay 27 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 01 noyabr 2019-cu il tarixli ECK5793754 müqavilədən görünür ki, Cavabdeh İddiaçı alqı-satqı qiyməti 1056 manat olan LG markalı televizor əldə edərək, ilkin ödəniş 30 manat etməklə 18 ay müddətində hər ay 57 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 may 2019-cu il tarixli ECK5733138 nömrəli müqavilə üzrə 319 manat əsas və 95 manat cərimə, 01 noyabr 2019-cu il tarixli ECK5793753 nömrəli müqavilə üzrə 427 manat əsas və 128 manat cərimə və 01 noyabr 2019-cu il tarixli ECK5793753 nömrəli müqavilə üzrə 945 manat əsas və 283 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 2197 manat (1691 manat əsas və 506 manat cərimə) borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş 27 oktyabr 2023-cü il tarixli pretenziyadan (poçt qəbzi var) görünür ki, Cavabdeh İddiaçı olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqavilələri üzrə yaranmış cəmi 1691 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə cəmi hesablanmış 506 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 05 may 2019-cu il tarixli ECK5733138 nömrəli müqavilə üzrə 3 (üç) manat, 01 noyabr 2019-cu il tarixli ECK5793753 nömrəli müqavilə üzrə 4 (dörd) manat və 01 noyabr 2019-cu il tarixli ECK5793754 nömrəli ikinci müqavilə üzrə 9 (doqquz) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 490 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42 manat dövlət rüsumunun 37,07 manat pul əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 may 2019-cu il tarixli ECK5733138 nömrəli müqavilə üzrə 319 (üç yüz on doqquz) manat əsas, 3 (üç) manat cərimə, 01 noyabr 2019-cu il tarixli ECK5793753 nömrəli müqavilə üzrə 427 (dörd yüz iyirmi yeddi) manat əsas, 4 (dörd) manat cərimə və 01 noyabr 2019-cu il tarixli ECK5793754 nömrəli müqavilə üzrə 945 (doqquz yüz qırx beş) manat əsas, 9 (doqquz) manat cərimə olmaqla, cəmi üç müqavilə üzrə 1707 (min yeddi yüz yeddi) manat borc və ödənilmiş 37,07 manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-107/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-107/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver