Məhkəmə qərarları › İş №2(040)-1071/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1071/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1071/2024 17.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4080 (dörd min səksən) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 61 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə Bərdə şəhəri, Mehdizadə küçəsində kirayədə yaşayarkan qonşusu olan Mübariz Əliyev yaxınlıqdakı evdə ailə üzvləri və ata-anası ilə birlikdə yaşayırdılar, indi də həmin evdə yaşayır. Qonşu kimi onunla və ailə üzvləri ilə yaxşı münasibətləri var idi, bir-birilərinə inanıb etibar edirdilər. 2020-ci ilin iyun ayında Mübariz Əliyev öz həyat yoldaşı Nailə Əliyeva və Cavabdeh ilə birlikdə onun evinə gəldilər və Mübariz ona bildirdi ki, Cəsarətin həyat yoldaşı ağır xəstədir, o, təcili olaraq Bakı şəhərinə xəstəxanaya aparılmalıdır, lakin maddi imkanı yoxdur, ona 600 manat borc pul versin, narahat olmasın, Cəsarət yaxşı adamdır, o, cavabdehdir ki, pulunu 6 aya qaytaracaqdır. Odur ki, o, Mübariz Əliyevin sözlərinə inanıb xx.xx.2020-ci il tarixdə Cavabdeh 600 manat pulu 6 ay müddətinə qaytarmaq şərti ilə borc olaraq vermişdir. Həmin vaxt Cavabdeh onun yaşadığı evdə öz xətti ilə yazaraq ona aşağıdakı məzmunda yazılı qəbz verdi: “Mən Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 600 manatı 6 ay müddətinə borc aldım. Verməsəm cinayətkaram aa ******* imza (imza var) İlyasov Cəsarǝt. X3 (imza var) Əliyeva Nailə (imza var)". Qəbzdəki imzalar həmin şəxslərin özləri tərəfindən imza edilmişdir. Təxminən 10-15 gün sonra, yəni 2020-ci ilin iyun ayının sonlarında Cavabdeh onun evinə gəlib bildirdi ki, 600 manat həyat yoldaşının müalicəsinə bəs etmədi və çox xahiş etdi ki, ona daha 700 manat borc pul versin və and içib onu inandırdı ki, xx.xx.2020-ci ildə ondan borc aldığı 600 manatla birlikdə onu da qaytaracaqdır. Cavabdeh borc pulu həyat yoldaşının ağır xəstəliyi adı ilə istədiyinə görə bir qadın kimi ona yazığı gəldi və köməklik etmək istədi. Odur ki, onun xahişini rədd etmədi və gətirib 700 manat verdi. Lakin bu barədə ondan heç bir yazılı qəbz və ya iltizam almadı. Çünki, bir neçə gün əvvəl ondan 600 manat alanda Mübariz və həyat yoldaşı Nailə Cavabdeh ona yaxşı adam və öz yaxınları kimi tanıtmışdılar. 2020-ci ilin avqust ayının ilk günlərində Cavabdeh yenidən onun evinǝ gəlib bildirdi ki, günəbaxan tumu alveri ilə məşğul olur, ona təcili olaraq 2500 manat pul lazımdır ki, günəbaxan tumunu aldığı adamların pulunu ödəsin və məhsulu Bakı şəhərinə aparıb şirkətə nəğd pula satıb qazanc əldə etsin və həmin qazancla həm 2500 manatı, həm də əvvəl aldığı 600 və 700 manatı qaytarsın. Bu dəfə də Cavabdeh sözlərinə və andlarına inanmış, odur ki, xx.xx.2020-ci il tarixdə öz yaşadığı evdə ona daha 2500 manat borc pul vermişdir. Həmin vaxt Cavabdeh ona aşağıdakı məzmunda qəbz də yazıb verdi: "Mən İlyasov X1 Gülayǝ Elman qızından 2500 manat borc aldım. xx.xx.2020-ci il tarixində aldım. xx.xx.2020-ci il tarixində qaytaracam. Qaytarmasam məsuliyyət daşıyıram. X2 İmza: Cavabdeh (imza var) AA ******* Quliyeva Gülayǝ Elman qızı İmza (imza var)". Bu qəbzdə olan imzaları Cavabdeh özü və onun özü tərəfindən imza edilmişdir. xx.xx.2020-ci ildə isə Cavabdeh yenidən onun evinə gəlib xahiş etdi ki, ona daha 500 manat borc pul versin, çünki, günəbaxan tumu alveri ilə məşğul olmaq üçün ondan borc aldığı 2500 manat bəs etməmişdir, tum sahiblərinə borcu qaldığı üçün məhsulu götürüb apara bilmir və and içdi ki, 500 manatı da borc verərsə bütün işləri qaydaya düşəcək və ondan borc aldığı bütün pulları tumun pulunu şirkətdən alan kimi gətirib verəcəkdir. O, çarəsizlikdən, yəni, Cavabdeh əvvəl verdiyi pullarını qaytarması xatirinə, həm də yenə onun sözlərinə və and vədlərinə inanıb ona 500 manat da borc vermişdir. Həmin pulu ondan alarkən Cavabdeh ona aşağıdakı məzmunda qəbz yazıb verdi: "Mən Cavabdeh, Quliyeva Gülayǝ Elman qızından 700 və 500 manat aldım xx.xx.2020-ci il tarixində 3 aya verəcəm. Verməsəm cinayət daşıyaram. İmza (imza var) Gülayǝ imza: (imza var)". Bu qəbzdə olan imzalar da özləri, yəni Cavabdeh və onun tərəfindən imza edilmişdir. Bu qəbzdə göstərilmiş 700 manat isə Cavabdeh 2020-ci ilin iyun ayının sonlarında ondan borc aldığı, lakin bu barədə qəbz almadığı 700 manatdır. Verdiyi vədlǝrǝ, andlara və yazılı qəbzlərə baxmayaraq xx.xx.2020-ci il tarixǝdǝk Cavabdeh ona olan borcundan 1 manat da qaytarmamışdır. Pulunu qaytarmasını istədikdə isə ona bildirmişdir ki, birgə olaraq günəbaxan tumu alveri etdiyi şəriki onu aldadıb, pulu götürüb, aradan çıxıb, odur ki, həmin şərikini məhkəməyə verib, məhkəmə yolu ilə pulunu alan kimi onun pulunu gətirib qaytaracaqdır. Odur ki, Cavabdeh inanmaqdan başqa əlacı qalmamışdır. 2021-ci il ərzində dəfələrlə həm üzbəüz, həm də onun mobil telefon nömrələrinə zənglər etməklə Cavabdeh tələb etmişdir ki, pulunu qaytarsın. O isə hər dəfə vəd verirdi ki, az qalıb bir az da gözləsin, məhkəmə onun pulunu şərikindən alıb verəcəkdir. 2021-ci ilin sonlarında isə Cavabdeh onun adına bank hesabı açdırmış və ona demişdir ki, pulunu həmin hesaba köçürəcəkdir. Bundan sonra, 2022-ci ilin ortalarınadək olan müddətdə Cavabdeh həmin bank kartına 150+150+200+100 manat olmaqla cəmi 600 manat pul köçürmüş və o, həmin pulları almışdır. Ancaq 2022-ci ilin ortalarında Cavabdeh ondan 250 manat da borc pul aldı, bildirdi ki, Bakıda iş tapmışdır, onu işə çağırırlar, gedib işləyəcək və aldığı maaşdan har ay ona 500+500 manat olmaqla 1000 manat göndərərək, beləliklə 4 aya ona olan borcunu bağlayacaq. Bu dəfə də Cavabdeh inanmış və heç bir qəbz olmadan ona 250 manat borc pul vermişdir. X4 2-3 dəfə özü Bakıdan ona zəng edib bildirdi ki, tikintidə usta kimi işə düzəlib, yüksək əmək haqqı alacaq, bir az səbr etsin və ondan xahiş etdi ki, ona kəsilmiştəmizlənmiş vəziyyətdə ördək və qaz əti göndərsin, onların da pulunu ona ümumi borcuna hesablayıb verəcəkdir. Odur ki, yaşadığı həyətdə saxladığı ördək və qazlardan cəmi 60 manat dəyərində 4 ədəd ördəyi və cəmi 70 manat dəyərində 4 ədəd qazı kəsib-təmizləyib Bakıya gedən taksi maşınları ilə müxtəlif vaxtlarda Cavabdeh göndərmişdir. Bundan Cəsarətin ona 130 manat əlavə borcu da yaranmışdır. 1-2 ay da gözləyib Cavabdeh dəfələrlə zəng etmişdir ki, pulunu qaytarmasını tələb etsin. Ancaq onun mobil nömrəsini blok etdiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Nəhayət, başqa bir mobil nömrə ilə zəng etdikdə nömrəni tanımadığı üçün telefonu açdı. Ona dedi ki, “sənin yanında üzü qara oldum, vədimə əməl edə bilmədim, Bakıdakı işim alınmadı, deyilən əmək haqqını vermədilər, ancaq narahat olma Kəlbəcər rayonunda tikinti bərpa işləri açılıb, mən də ev təmiri və kafel-metlax ustası kimi ora işləməyə gedəcəyəm, orda çox yüksək əmək haqqı alacağam, 2-3 ayın əmək haqqı ilə sənə olan borcumu tam ödəyib qutaracağam”. Yenə and içdi, yalan demədiyini bildirdi. Bir neçə ay onu bu qaydada aldatdı. Axırıncı dəfə Cavabdehla telefon əlaqəsi saxlayıb pulunu istədikdə isə onu ən ağır söyüşlə söyüb təhqir etdi və dedi ki, “məni get ver məhkəməyə. Məhkəmə mənə nə edəcək ki? Uzaq başı məhkəmənin qərarı ilə sənə verəcəyim pulu ayda 15 manat olmaqla ödəyəcəyəm, mənə heç nə edə bilməzsən”. Artıq tam əmin oldu ki, Cavabdeh ona borclu olduğu 4080 manat (600+700+2500+500+250+130-4680-600=4080) pulu qaytamaqdan qəsdən imtina edir və məhkəmə qərarı olmazsa onun pulunu heç vaxt qaytarmayacaq. O isə yaşlı, əlil, xəstə və tənha qadındır, odur ki, məhkəmə müdafiəsinə ehtiyacı vardır. Yuxarıda şərh etdiyi səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir və bu müraciətini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq cəmi 4080 (dörd min səksən) manat pul vermişdir. Cavabdehin özü də ona pul borclu olduğunu etiraf etmişdir. Cavabdeh ona olan 4080 (dörd min səksən) manat borcunu indiyədək qaytarmamışdır. Ona görə də Cavabdeh 4080 (dörd min səksən) manat pulun və ödədiyi 61 (altmış bir) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 20 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iş materiallarında olan hər üç ədəd əlyazma qəbz şəxsən onun tərəfindən yazılmışdır. Bir qəbzdə 600 (altı yüz) manat, digər qəbzdə 2500 (iki min beş yüz) manat borc, o biri qəbzdə isə 700 (yeddi yüz) manat və 500 (beş yüz) manat borc aldığı göstərilmişdir. Qeyd edir ki, 700 manat 2500 manatın üzərindədir, yəni, cəmi 2500 (iki min beş yüz) manatdır. Bununla yanaşı qeyd edir ki, bu pulları o, Bakıda “milliön” aparatı vasitəsilə (ünvan Zabrat dairəsi və Ayxan market), eyni zamanda, “Ayna Sultanova”da yerləşən “Azərpoçt” vasitəsilə ödəmişdir. Hal-hazırda onun 500 (beş yüz) manat borcu qalmışdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Cavabdeh adından yazılmış qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh İddiaçı 11 iyun 2020-ci il tarixdə 600 manat 6 ay müddətinə borc aldım. Verməsəm cinayətkaram. AA*******”. X3, Əliyeva Nailə. İş materiallarında olan: Cavabdeh adından yazılmış qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh İddiaçı 2500 manat borc aldım. 05 avqust 2020-ci il tarixdə aldım. 31 dekabr 2020-ci il tarixdə qaytaracam. Qaytarmasam məsuliyyət daşıyıram”. X2. İş materiallarında olan: Cavabdeh adından yazılmış qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh İddiaçı 700 və 500 manat aldım. 18 avqust 2020-ci il tarixdə. 3 aya verəcəm. Verməsəm cinayət daşıyıram”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq edilmiş, cavabdeh iddiaçıdan borca 4300 (dörd min üç yüz) manat (600+2500+700+500) pul almasını, iş materiallarında olan qəbzlərin həqiqətən onun tərəfindən yazılmasını etiraf etmiş, aldığı borcun bir qismini, yəni 3800 (üç min səkkiz yüz) manatını qaytardığını, iddiaçıya hazırda 500 (beş yüz) manat borcunun qaldığını bildirmiş, lakin borcun bir hissəsini qaytarmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdehin hazırda ona 4080 (dörd min səksən) manat borcunun qaldığını bildirmişdir. Belə olan halda, Cavabdeh 4080 (dörd min səksən) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4080 AZN (dörd min səksən manat) əsas borc və iddiaçı tərəfindən ödənilmiş 61 AZN (altmış bir manat) dövlət rüsumunun pul əvəzi, cəmi 4141 AZN (dörd min bir yüz qırx bir manat) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar