Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1076/2024 04.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş 1080 (min səksən) manat pul vəsaitinin tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1080 (min səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, övladı Şahid azyaşlı olduğuna görə atası kimi onun adından iddia qaldırmışdır. Cavabdeh onun keçmiş həyat yoldaşı olub. 5 ildən çoxdur ki, boşanmışlar. Ayrı yaşayırlar. O, Xankəndidə işləyirdi. Azyaşlı övladı Şahid pul yollamış, cavabdeh övladı Muradı aldadaraq 1080 manat pulu alıb getmişdir. Dəfələrlə zəng etsə də telefonu söndürmüşdür. Bu barədə Bərdə RPŞ-yə müraciət etmişlər. Onlar bunun mülki məsələ olduğunu bildirmişlər. Onlar dəfələrlə pullarını geri istəsələr də cavabdeh verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddiaçının ona qarşı pul tələbinə dair iddiasını qəbul etmədiyini, belə ki, uşaqdan pul almadığını, İddiaçı heç bir pul borcunun olmadığını qeyd edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, 6 ay Xankəndidə işləmiş, təxmini 2 ay olar ki, gəlmişdir. O, övladı Murada 1080 (min səksən) manat pul göndərmiş, pulu uşağın anası Cavabdeh götürmüşdür. Belə ki, oğlu Murad pulu çıxardıb anasına vermişdir. Anası da sonradan həmin pulu Murada verməmişdir. O, pulunun qaytarılmasını tələb etsə də cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Hazırda pulunu cavabdehdən tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, atası Xankəndidə işləyəndə ona pul göndərmiş, həmin vaxt anası da yanında olmuşdur, telefonda danışdıqlarını eşitmişdir, o da pulu kartdan çıxardıb anasına vermişdir. Ümumilikdə anasına 1080 (min səksən) manat pul vermişdir. Anası ona bildirmişdir ki, pulu qaytarıb özünə verəcəkdir. O, öz yaşadıqları evə gələndə anasına zəng etmiş, lakin bir neçə gün anasına zəng çatmamışdır. Anasının yanına gedəndə isə anası ona bildirmişdir ki, “çıx get, atanın yanında qal”. Onun pulunu isə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmiş, həmçinin iddiasının dəlillərini təsdiq edən sübut iş materiallarında aşkar olunmamışdır; cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. Məhkəmə hazırki halda şahidin iddiaçının övladı olması, o cümlədən Şahid hələ yetkinlik yaşına çatmamasını və atası ilə birlikdə yaşadığını nəzərə alaraq, mövcud şahid ifadəsini mötəbər sübut kimi qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1076/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1076/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver