Məhkəmə qərarları › İş №2(040)-1096/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1096/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1096/2023 15.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Bank “VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank “VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2021-ci il tarixli 328728-CNS-25099 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 608,49 manat məbləğində əsas, 105,27 manat məbləğində faiz, 78,05 manat məbləğində cərimə olmaqla, cəmi 791,81 manat borcun, 2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli 328728-CNS-26546 saylı “Nəğd pul krediti müqaviləsi” üzrə 1632,91 manat məbləğində əsas borc, 73,31 manat faiz, 48,25 manat cərimə olmaqla cəmi 1754,47 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45,46 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2021-ci il tarixli 328728-CNS-25099 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1100 manat məbləğində kredit verilmişdir. Həmçinin Bank ilə Cavabdeh arasında bağlanılmış 14 sentyabr 2021-ci il tarixli 328728-CNS-26546 saylı “Nəğd pul krediti müqaviləsi”nə əsasən cavabdehə illik 23 faiz hesablanması şərti ilə 48 ay müddətinə 1920 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka 09 avqust 2021ci il tarixli 328728-CNS-25099 saylı “Nağd pul krediti müqaviləsi” üzrə ümumilikdə 791,81 manat, eləcə də 14 sentyabr 2021-ci il tarixli 328728-CNS-26546 saylı “Nəğd pul krediti müqaviləsi” üzrə ümumilikdə 1754,47 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 09 avqust 2021-ci il tarixli “328728-CNS-25099” nömrəli “Nağd pul krediti müqaviləsi”ndən görünür ki, Bank "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1100 manat məbləğində kredit verilmişdir. Borcalan isə alınan vəsaitlərin müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində Bank "xxxx" (Azərbaycan) ASCyə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 14 sentyabr 2021-ci il tarixli 328728-CNS-26546 saylı “Nəğd pul krediti müqaviləsi”ndən görünür ki, Bank "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə 48 ay müddətinə 1920 manat məbləğində kredit verilmişdir. Borcalan isə alınan vəsaitlərin müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində Bank "xxxx" (Azərbaycan) ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 18 iyul 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 09 avqust 2021-ci il tarixli 328728-CNS- 25099 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 608,49 manat məbləğində əsas borc, 105,27 manat məbləğində faiz, 78,05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 791,81 manat məbləğində borcu, 14 sentyabr 2021-ci il tarixli 328728-CNS- 26546 saylı “Nəğd pul krediti müqaviləsi” üzrə 1632,91 manat məbləğində əsas borc, 73,31 manat faiz, 48,25 manat cərimə olmaqla, ümumilikdə 1754,47 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan: hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına 09 avqust 2021-ci il tarixdə 1100 manat, 14 sentyabr 2021-ci il tarixdə 1920 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan: 19 iyul 2023-cü il tarixdə göndərilmiş (poçt qəbzi var) pretenziyadan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 739-cu maddəsindən görünür ki: 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə iki müqavilə üzrə hesablanmış 126,30 manat məbləğində cərimə tənasübdən artıq hesablanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimə borcu azaldılmalı, cavabdehin üzərində 09 avqust 2021-ci il tarixli “328728-CNS-25099” nömrəli kredit müqaviləsi üzrə 6 (altı) manat, 14 sentyabr 2021-ci il tarixli 328728-CNS-26546 saylı kredit müqaviləsi üzrə 8 (səkkiz) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia qalan hissədə - 112,3 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45,46 manat dövlət rüsumunun 44,33 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh 09 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 608,49 manat (altı yüz səkkiz manat 49 qəpik) əsas, 105,27 manat (yüz beş manat 27 qəpik) faiz, 6 (altı) manat cərimə olmaqla, cəmi 719,76 manat (yeddi yüz on doqquz manat 76 qəpik) borcun, 14 sentyabr 2021-ci il tarixli krediti müqaviləsi üzrə 1632,91 manat (min altı yüz otuz iki manat 91 qəpik) əsas, 73,31 manat (yetmiş üç manat 31 qəpik) faiz, 8 (səkkiz) manat cərimə olmaqla, ümumilikdə 1714,22 manat (min yeddi yüz on dörd manat 22 qəpik) məbləğində kredit borcu, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 44,33 manat (qırx dörd manat 33 qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Bank “VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 avqust 2021-ci il tarixli 328728-CNS-25099 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 608,49 manat (altı yüz səkkiz manat 49 qəpik) əsas, 105,27 manat (yüz beş manat 27 qəpik) faiz, 6 (altı) manat cərimə olmaqla, ümumilikdə 719,76 manat (yeddi yüz on doqquz manat 76 qəpik) kredit borcu, 14 sentyabr 2021-ci il tarixli 328728- CNS-26546 saylı “Nəğd pul krediti müqaviləsi” üzrə 1632,91 manat (min altı yüz otuz iki manat 91 qəpik) əsas, 73,31 manat (yetmiş üç manat 31 qəpik) faiz, 8 (səkkiz) manat cərimə olmaqla, ümumilikdə 1714,22 manat (min yeddi yüz on dörd manat 22 qəpik) məbləğində kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 44,33 manat (qırx dörd manat 33 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı Bank “VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar