Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1103/2023 23.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 05 avqust 2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 408,5 manat əsas, 61,2 manat cərimə, 01 oktyabr 2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 404,9 manat əsas, 60,7 manat cərimə və 11 aprel 2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 371,9 manat əsas, 55,7 manat cərimə olmaqla ümumilikdə üç müqavilə üzrə 1185,3 manat əsas, 177,6 manat cərimə cəmi 1362,9 manat borcun və ödənilmiş 33,63 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Honor markalı mobil telefon, Borofone markalı qulaqcıq və aksesuara görə 12 ay müddətinə hər ay 61 manat olmaqla cəmi 725,90 manatı, 01 oktyabr 2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Honor markalı mobil telefon və Sem markalı blenderə görə 12 ay müddətinə hər ay 45 manat olmaqla cəmi 539,90 manatı və 11 aprel 2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı Xiaomi markalı mobil telefon və Aiwa markalı qulaqlıqa görə 18 ay müddətinə hər ay 42 manat olmaqla cəmi 749,90 manatı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, ödənişləri etməmiş və üç müqavilə üzrə 1185,3 manat qalıq borcu qaytarmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Beləliklə, Cavabdeh 15 avqust 2023-cü il tarixə üç müqavilə üzrə 1185,3 manat əsas və 177,6 manat cərimə olmaqla, cəmi 1362,9 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, 05 avqust 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh Honor markalı mobil telefon, Borofone markalı qulaqcıq və aksesuar əldə edərək, ilkin ödəniş 0 manat etməklə 12 ay müddətinə hər ay 61 manat olmaqla cəmi 725,90 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 01 oktyabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, Cavabdeh Honor markalı mobil telefon və Sem markalı blender əldə edərək, ilkin ödəniş 120 manat etməklə 12 ay müddətinə hər ay 45 manat olmaqla cəmi 539,90 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 11 aprel 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, Cavabdeh Xiaomi markalı mobil telefon və Aiwa markalı qulaqlıq əldə edərək, ilkin ödəniş 0 manat etməklə 18 ay müddətinə hər ay 42 manat olmaqla cəmi 749,90 manatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 15 avqust 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 05 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 317,4 manat ödəniş etmiş, onun borcu - əsas məbləğ üzrə 408,5 manat, cərimə üzrə 61,2 manat, 01 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 135 manat ödəniş etmiş, onun borcu əsas məbləğ üzrə 404,9 manat, cərimə üzrə 60,7 manat və 11 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 378 manat ödəniş etmiş, onun borcu 371,9 manat əsas, 55,7 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə borcu 1362,9 manat (1185,3 manat əsas, 177,6 dəbbə pulu) təşkil edir. İş materiallarında olan: 22 avqust 2023-ci il tarixdə göndərilən (iş materiallarında poçt qəbzi vardır) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən üç alqı-satqı müqaviləsi üzrə yaranmış 1185,3 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə üç müqavilə üzrə hesablanmış 177,6 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 05 avqust 2022-ci il tarixli müqavilə üzrə 3 (üç) manat, 01 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 3 (üç) manat, 11 aprel 2022-ci il tarixli müqavilə üzrə 2 (iki) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 169,6 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33,63 manat dövlət rüsumunun 31,93 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməli Cavabdeh 05 avqust 2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 408,5 manat (dörd yüz səkkiz manat 50 qəpik) əsas, 3 (üç) manat cərimə, 01 oktyabr 2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 404,9 manat (dörd yüz dörd manat 90 qəpik) əsas, 3 (üç) manat cərimə və 11 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 371,9 manat (üç yüz yetmiş bir manat 90 qəpik) əsas, 2 (iki) manat cərimə olmaqla cəmi üç müqavilə üzrə 1193,3 manat (min yüz doxsan üç manat 30 qəpik) borc və ödənilmiş 31,93 manat (otuz bir manat 93 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 05 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 408,5 manat (dörd yüz səkkiz manat 50 qəpik) əsas, 3 (üç) manat cərimə, 01 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 404,9 manat (dörd yüz dörd manat 90 qəpik) əsas, 3 (üç) manat cərimə və 11 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 371,9 manat (üç yüz yetmiş bir manat 90 qəpik) əsas, 2 (iki) manat cərimə olmaqla cəmi üç müqavilə üzrə 1193,3 manat (min yüz doxsan üç manat 30 qəpik) borc və ödənilmiş 31,93 manat (otuz bir manat 93 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1103/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1103/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver