Məhkəmə qərarları › İş №2(040)-1133/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1133/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1133/2023 21.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 65 (altmış beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh qohumları vasitəsilə 2022-ci ilin əvvəlindən tanıyır. 16 dekabr 2022-ci il tarixində cavabdeh ondan şəxsi işləri ilə bağlı özünün əlyazması ilə qəbz əsasında 4200 (dörd min iki yüz) manat məbləğində borc almış, sonradan ona zəng edərək 300 (üç yüz) manat da əlavə borc verməsini xahiş etmişdir. O, da “Kapital bank” kartından cavabdehin kartına 300 (üç yüz) manat əlavə pul göndərmişdir. Beləliklə cavabdehin ona 4500 (dörd min beş yüz) manat borcu yaranmışdır. Razılaşmalarına əsasən cavabdeh 01 fevral 2023-cü il tarixdə borcunu tam şəkildə qaytarmalı olsa da bugünə kimi vədinə əməl etməmiş, pulu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınır. Belə olan halda, pulun məcburi qaydada cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, tələbi əsaslı olduğundan iddiası təmin edilməli, cavabdehdən ödəməli olduğu pulun və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı 20 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməsə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 20 noyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh qohumları vasitəsilə 2022-ci ilin əvvəlindən tanıyır. 16 dekabr 2022-ci il tarixində cavabdeh ondan şəxsi işləri ilə bağlı özünün əlyazması ilə qəbz əsasında 4200 (dörd min iki yüz) manat məbləğində borc almış, sonradan ona zəng edərək 300 (üç yüz) manat da əlavə borc verməsini xahiş etmişdir. O, da “Kapital bank” kartından cavabdehin kartına 300 (üç yüz) manat əlavə pul göndərmişdir. Beləliklə cavabdehin ona 4500 (dörd min beş yüz) manat borcu yaranmışdır. Razılaşmalarına əsasən cavabdeh 01 fevral 2023-cü il tarixdə borcunu tam şəkildə qaytarmalı olsa da bugünə kimi vədinə əməl etməmiş, pulu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınır. Ona görə də Cavabdeh 4500 (dörd min beş yüz) manatın və dövlət rüsumu olaraq ödədiyi 65 (altmış beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 16 dekabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılan qəbzdən görünür ki, “Cavabdeh İddiaçı şəxsi işləri ilə əlaqədar, yəni, ehtiyacı olduğu üçün 4200 (dörd min iki yüz) manat borc pul almış, həmin borc məbləğini 01 fevral 2023-cü il tarixə qədər geri qaytaracağını” öhdəsinə götürmüşdür”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 4200 (dörd min iki yüz) manat borc və 62 (altmış iki) manat dövlət rüsumunun tələbinə dair hissədə əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin 4200 (dörd min iki yüz) manat borc hissəsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Bununla da, cavabdehin iddiaçıya 4200 (dörd min iki yüz) manat borcunun olması təsdiq olunur. Belə olan halda Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 65 (altmış beş) manat dövlət rüsumunun 62 (altmış iki) manat pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir.İddia tələbi qalan hissədə - 300 (üç yüz) manat borc pul və 3 (üç) manat dövlət rüsumunun pul əvəzi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə 4200 (dörd min iki yüz) manatdan əlavə 300 (üç yüz) manat pul tələbinin əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh həmçinin 62 (altmış iki) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar