Məhkəmə qərarları › İş №2(040)-1241/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1241/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1241/2023 20.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1140 (min yüz qırx) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 31 (otuz bir) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onların münasibəti qoyun alqı-satqısı ilə yaranmışdır. Cavabdeh Bərdə rayonunda “Çinqouz” adlanan yolda Pərviz adlı şəxsin qəssab mağazasında qəssabdır. Həmin mağazada xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Cavabdeh 10 iyul 2023-cü il tarixdə onun evinə gələrək ondan nisyə qoyun almaq istəmişdir. O, əvvəlcə tərəddüd etmişdir. Çünki cavabdeh bundan 3 il əvvəl ondan 2790 manat dəyərində qoyun almış, pulunu ödəmədiyinə görə cavabdehi məhkəməyə vermişdir. Məhkəmə onun xeyrinə qərar çıxarmışdır. Ancaq cavabdeh and vermişdir ki, pulunu bu dəfə ödəyəcəkdir, pulu Pərvizdədir. Cavabdehə dəyəri 1140 (min yüz qırx) manat olan 4 baş qoyun vermişdir. Babrək qoyunları taksi ilə aparmış, pulunu 2-3 günə verəcəyinə söz vermişdir. 3 gündən sonra Babrəkə zəng edərək pulunu istəmiş, Babrək pulunu verəcəyini demişdir. Lakin bugünə kimi cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmır. Cavabdehdən öz xətti ilə qəbz almışdır. Cavabdeh qəbzdə bildirir ki, “mən İddiaçı 1140 manat borcum var və hələ də verməmişəm”. Cavabdehdən polis şöbəsinə şikayət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatında da etiraf etmişdir ki, ondan aldığı qoyuna görə 1140 manat pulu verə bilməyib və 22 avqust 2023-cü il tarixdə verəcəkdir. Lakin yenə də borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, 20 dekabr 2023-cü il tarixdə məhkəməyə bildiriş (sms) göndərərək, İddiaçı həqiqətən 1140 (min yüz qırx) manat borcunun olduğunu, borclu olduğu şəxsə yaxın müddətdə borcunu ödəyəcəyini, səhhəti və maddi imkanı ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini qeyd edərək nəzərə almağı xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onların münasibəti qoyun alqı-satqısı ilə yaranmışdır. Cavabdeh Bərdə rayonunda “Çinqouz” adlanan yolda Pərviz adlı şəxsin qəssab mağazasında qəssabdır. Həmin mağazada xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Cavabdeh 10 iyul 2023-cü il tarixdə onun evinə gələrək ondan nisyə qoyun almaq istəmişdir. O, əvvəlcə tərəddüd etmişdir. Çünki cavabdeh bundan 3 il əvvəl ondan 2790 manat dəyərində qoyun almış, pulunu ödəmədiyinə görə cavabdehi məhkəməyə vermişdir. Məhkəmə onun xeyrinə qərar çıxarmışdır. Ancaq cavabdeh and vermişdir ki, pulunu bu dəfə ödəyəcəkdir, pulu Pərvizdədir. Cavabdehə dəyəri 1140 (min yüz qırx) manat olan 4 baş qoyun vermişdir. Babrək qoyunları taksi ilə aparmış, pulunu 2-3 günə verəcəyinə söz vermişdir. 3 gündən sonra Babrəkə zəng edərək pulunu istəmiş, Babrək pulunu verəcəyini demişdir. Lakin bugünə kimi cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmır. Cavabdehdən öz xətti ilə qəbz almışdır. Cavabdeh qəbzdə bildirir ki, “mən İddiaçı 1140 manat borcum var və hələ də verməmişəm”. Cavabdehdən polis şöbəsinə şikayət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatında da etiraf etmişdir ki, ondan aldığı qoyuna görə 1140 manat pulu verə bilməyib və 22 avqust 2023-cü il tarixdə verəcəkdir. Lakin yenə də borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1140 (min yüz qırx) manatın və dövlət rüsumu olaraq ödədiyi 31 (otuz bir) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Cavabdeh tərəfindən yazılan qəbzdən görünür ki, “Cavabdeh İddiaçı 2023-cü ilin yeddinci ayının 10-dan 1140 (min yüz qırx) manat borcu vardır, hələ də verməmişdir”. İş materiallarında olan: Cavabdeh Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənova verdiyi izahatın məzmunundan görünür ki, Cavabdeh 10 iyul 2023-cü il tarixdə İddiaçı dəyəri 1140 (min yüz qırx) manat olan 4 ədəd qoyunu kəsib satmaq məqsədilə almış, lakin pulunu qaytara bilməmişdir. O, 1140 (min yüz qırx) manat pulu 22 avqust 2023-cü il tarixədək qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmış, həmçinin, iddiaçının tələbini cavabdeh məhkəməyə göndərdiyi bildirişdə (sms) qeyd etdiyi izahatı ilə etiraf etmişdir. İddiaçı cavabdehin 1140 (min yüz qırx) manat borcunun olmasını iddia edir, cavabdeh isə iddianı tam qəbul edir. Bununla da, cavabdehin iddiaçıya 1140 (min yüz qırx) manat borcunun olması təsdiq olunur. Belə olan halda Cavabdeh 1140 (min yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 31 (otuz bir) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1140 (min yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh həmçinin 31 (otuz bir) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar