Məhkəmə qərarları › İş №2(040)-1262/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1262/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1262/2025 08.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı “Bank olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı (iddia ərizəsində yanlış olaraq cavabdehin ata adı “Əliş” kimi qeyd edilmişdir-hakimin qeydi) iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə BOKT İddiaçı arasında bağlanılmış 08 noyabr 2019-cu il tarixli 229 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 03 sentyabr 2025-ci il tarixinə günün əvvəlinə 5000 AZN (beş min manat) əsas borc, 294,08 AZN (iki yüz doxsan dörd manat-08 qəpik) faiz borcu olmaqla, ümumilikdə 5294,08 AZN (beş min iki yüz doxsan dörd manat-08 qəpik) kredit borcu və ödənilmiş 72,94 AZN (yetmiş iki manat-94 qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı ilə cavabdeh Qasımova (Əlişova) İlhamə Şahmar qızı arasında bağlanmış 04 sentyabr 2013cü il tarixli 31-13/Fi saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 36 (otuz altı) faiz ödəmək şərti ilə 5000 AZN (beş min manat) aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasıinda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tedbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Qasımova (Əlişova) İlhamə Şahmar qızı arasında 08 noyabr 2019-cu il tarixli 229 nömrəli restrukturizasiya kredit müqaviləsi başlanılmışdır. Həmin müqaviləyə əsasən 03 iyun 2019-cu il tarixinə olan 5000 AZN (beş min manat) məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə cavabdeh Qasımova (Əlişova) İlhamə Şahmar qızı arasında bağlanılmış 08 noyabr 2019-cu il tarixli 229 nömrəli restrukturizasiya müqaviləsi üzrə ödəniş olunmamışdır. Cavabdeh Qasımova (Əlişova) İlhamə Şahmar qızı ilə Bank Olmayan Kredit Teskilatı İddiaçı arasında bağlanılmış 08 noyabr 2019-cu il tarixli 229 nömrəli kredit (restrukturizasiya) müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Qasımova (Əlişova) İlhamə Şahmar qızı arasında bağlanılmış 08 noyabr 2019-cu il tarixli 229 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, restrukturizasiya müqaviləsi üzrə ayliq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, “Kreditor” bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Hal-hazırda cavabdeh Qasımova (Əlişova) İlhamə Şahmar qızının BOKT İddiaçı ilə aralarında bağlanılmış 08 noyabr 2019-cu il tarixli 229 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 03 sentyabr 2025-ci il tarixinə günün əvvəlinə 5000 AZN (beş min manat) əsas borcu, 294,08 AZN (iki yüz doxsan dörd manat-08 qəpik) faiz borcu olmaqla, ümumilikdə 5367,02 AZN (beş min üç yüz altmış yeddi manat-02 qəpik) məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 08 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməyin mümkün olmadığını bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 08 noyabr 2019-cu il tarixli 229 saylı kredit (restrukturizasiya) müqaviləsindən və görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) tərəfindən cavabdehə (Borc alana) illik 1 faiz ödəmək şərtilə 5 il (1 il güzəşt) müddətinə 5000 manat məbləğində güzəştli kredit verilmişdir, borcalan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: BOKT "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli maliyyə arayışı və ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh 08 noyabr 2019-cu il tarixli 229 saylı restrukturizasiya kredit müqaviləsi üzrə borcu 5000 manat əsas, 294,08 manat faiz olmaqla, cəmi 5294,08 manat təşkil edir. İş materiallarında olan: 12 iyun 2025-ci il tarixli (poçt qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-yə olan kredit borcunu 5 (beş) iş günü müddətində bağlamağı tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X1 Portalının 04 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 72,94 AZN (yetmiş iki manat-94 qəpik) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 72,94 AZN (yetmiş iki manat-94 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 5000 AZN (beş min manat) əsas borc və 294,08 AZN (iki yüz doxsan dörd manat-08 qəpik) faiz borcu olmaqla cəmi 5294,08 AZN (beş min iki yüz doxsan dörd manat-08 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 72,94 AZN (yetmiş iki manat-94 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 5367,02 AZN (beş min üç yüz altmış yeddi manat-02 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə 08 noyabr 2019-cu il tarixli 229 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 5000 AZN (beş min manat) əsas borc və 294,08 AZN (iki yüz doxsan dörd manat-08 qəpik) faiz borcu olmaqla cəmi 5294,08 AZN (beş min iki yüz doxsan dörd manat-08 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 72,94 AZN (yetmiş iki manat-94 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 5367,02 AZN (beş min üç yüz altmış yeddi manat-02 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar