Məhkəmə qərarları › İş №2(040)-1274/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1274/2025

24.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1274/2025 24.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı oğlunun Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun idarə etdiyi “Great Vall” markalı **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomaşınına vurulan və mütəxəssis rəyi ilə qiymətləndirilən 1630 (bir min altı yüz otuz) manat zərərin və 37 (otuz yeddi) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 24 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 24 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və sənədlərinin, həmçinin dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki ərizəsi nəzərə alınmalı, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmadan geri (iddiaçıya) qaytarılmalıdır. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmadan geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə (elektron formada) Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar