Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-17/2024 28.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 22 iyul 2021-ci il tarixli 8133sGNDJ/21 saylı kredit müqaviləsi üzrə 1682,08 manat əsas, 34,11 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1716,19 manat borcun 0,40 manat xidmət haqqının və 37,17 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin dəftərxanasında ayrıca mülki iş kimi qeydə alınmış və işə “2(040)-693/2023” nömrəsi verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X9 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 8133sGNDJ/21 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Borcalana 22 iyun 2024-cü ilə kimi illik 26 faiz dərəcəsi ilə 1700 (min yeddi yüz) manat məbləğində kredit limiti ayrılmışdır. Borcalan isə hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürmüşdür. X9 06 noyabr 2021-ci ildə Gəncə şəhərində ölmüşdür. Gəncə şəhəri 2 saylı Notariat ofisinin 17 yanvar 2023-cü il tarixli cavab məktubu ilə X3 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Həmçinin iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 22 iyul 2021-ci il tarixli 1437nkGNDJ/21 saylı kredit müqaviləsi üzrə 4768,90 manat əsas, 37,10 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4806 manat borcun, 0,40 manat xidmət haqqının və 68,06 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin dəftərxanasında ayrıca mülki iş kimi qeydə alınmış və işə “2(040)-692/2023” nömrəsi verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X9 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 1437nkGNDJ/21 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Borcalana 21 iyul 2025-ci ilə kimi illik 20 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Borcalan isə hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürmüşdür. X9 06 noyabr 2021-ci ildə Gəncə şəhərində ölmüşdür. Gəncə şəhəri 2 saylı Notariat ofisinin 17 yanvar 2023-cü il tarixli cavab məktubu ilə X3 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Hər iki iş üzrə ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(040)-692/2023 saylı və 2(040)-693/2023 saylı qərardadları ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Hər iki iş üzrə hazırlıq iclası 10 avqust 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 05 sentyabr 2023-cü il tarixə təyin edilmişdir, prosessual zərurətlə əlaqədar 25 sentyabr 2023-cü il tarixə təxirə salınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(040)-693/2023 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “2(040)-693/2023” nömrəli mülki işin Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan “2(040)-692/2023” nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. Həmçinin Cavabdeh vəsatətinə əsasən 25 sentyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə məhkəmə icraatı dayandırılmışdır. Ekspertin rəyi məhkəməyə gəldikdən sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə iclası 28 fevral 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, 28 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" ilə mərhum oğlu X9 arasında 2021-ci ilin yay aylarında 2 (iki) kredit müqaviləsi bağlanmış, "xxxx" KB ASC tərəfindən X5 5000 (beş min) manat bir müqavilə və 1700 (min yeddi yüz) manat digər bir müqavilə üzrə, iki dəfəyə cəmi 6700 məbləğində kredit verilmişdir. Oğlu 06 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. O, 17 yanvar 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində oğlunun vərəsəliyini və “Opel Vectra” minik avtomobilindən mirası qəbul etmişdir. Lakin o, mirası formal olaraq qəbul etmiş, əslində isə həmin avtimobil mərhum oğlunun arvadının faktiki sahibliyində olmuş, yəni onun həmin avtomobilə əslində heç bir aidiyyəti yoxdur. Bundan başqa, kredit borcunu ödəməyə imkanı yoxdur, maddi imkanı çox aşağıdır, xəstə və yaşlı qadındır. Məhkəmədən bunların nəzərə almasını xahiş edir (bu barədə ərizəsini də təqdim etmişdir). İş materiallarında olan: 22 iyul 2021-ci il tarixli “8133sGNDJ/21” nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" KB ASC ilə X9 arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) cavabdehə (Borc alana) illik 26 faiz dərəcəsi ilə 22 iyun 2024-cü ilə kimi 1700 manat məbləğində kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 22 iyul 2021-ci il tarixli “1437nkGNDJ/21” nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" KB ASC ilə X9 arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) tərəfindən cavabdehə (Borc alana) illik 20 faiz dərəcəsi ilə 21 iyul 2025-ci ilə kimi 5000 manat məbləğində kredit verilmişdir. Borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 22 iyul 2021-ci il tarixli 8133sGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 1682,08 manat əsas, 34,11 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1716,19 manat borcu, 22 iyul 2021-ci il tarixli 1437nkGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 4768,90 manat əsas, 37,10 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4806 manat kredit borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 14 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: AZ-İİ 224813 saylı Ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 06 noyabr 2021-ci ildə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan: Gəncə şəhəri 2 saylı Notariat ofisinin 17 yanvar 2023-cü il tarixli 49 saylı məktubundan görünür ki, mərhum X3 vərəsələrinin Cavabdeh, X6, X7, X4 olduğu müəyyənləşdirilmiş, miras əmlak 1993-cü il olan “Opel Vectra” minik markalı **-RV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir və 07 dekabr 2022-ci il tarixdə onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin 06 sentyabr 2023-cü il tarixli 3-13-16-3/2-6018/2023 saylı məktubundan görünür ki, Opel Vectra minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 dekabr 2021-ci il tarixdə vərəsəlik ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan: Gəncə “Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən 28 noyabr 2023-cü il tarixdə verilmiş Qüsur Aktı-Rəydən görünür ki, “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri 920 (doqquz yüz iyirmi) manat məbləğində qiymətləndirilir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli 9/8248 saylı ekspert rəyindən görünür ki, 1993-cü il buraxılışlı, “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə “Avtomotoservis və Ticarət Müəssisəsinin 28 noyabr 2023-cü il tarixli Qüsur Aktında qeyd edilən nöqsanlar nəzərə alınmaqla hazırki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 1200 (min iki yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. -1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu X9 06 noyabr 2021-ci ildə vəfat etmiş, Cavabdeh ondan qalan miras “Opel Vectra” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili qanun üzrə vərəsə kimi qəbul edərək həmin avtomobilə mülkiyyət hüququ əldə etmişdir. Avtomobilin bazar qiyməti 1200 (min iki yüz) manat məbləğində müəyyən edilmiş, ona görə mərhum X3 iki kredit müqaviləsi üzrə borcları vərəsənin aldığı miras payına mütənasib surətdə ona keçməlidir. Odur ki, cavabdehdən iki müqavilə üzrə 1200 (min iki yüz) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan 5322,19 manat borc tələbi hissəsində əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 105,23 manat dövlət rüsumunun 32 (otuz iki) manatı və 0,40 manat xidmət haqqının pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı "xxxx" KB ASC-dən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat olmaqla, tərəflərdən 100 (yüz) manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 iyul 2021-ci il tarixli 8133sGNDJ/21 saylı və 22 iyul 2021-ci il tarixli 1437nkGNDJ/21 saylı kredit müqavilələri üzrə 1200 (min iki yüz) manat əsas borc, həmçinin ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumun və 0,40 manat xidmət haqqının pul əvəzi, cəmi 1232,40 manat (min iki yüz otuz iki manat-40 qəpik) pul vəsaiti tutularaq iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat olmaqla, tərəflərdən cəmi 100 (yüz) manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin “Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1: KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************” nömrəli hesabına keçirilsin Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-17/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-17/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver