Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-17/2025 23.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilk iddiası, Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 1776,02 manat əsas, 19,35 manat faiz, 1,72 manat cərimə borcu olmaqla, cəmi 1797,09 manat borcun və 37,98 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Borcalana 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5858,93 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri ”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Bu müqavilənin 3.5.1-ci maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank borcun qaytarılmasını “Müştəri”dən tələb edə bilər. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 13 mart 2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1776,02 manat əsas, 19,35 manat faiz, 1,72 manat cərimə olmaqla cəmi 1797,09 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(040)-507/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 2(040)-507/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə məhkəmə icraatının dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası 02 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə1 17 dekabr 2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək "xxxx" KB ASC tərəfindən təqdim edilən 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" KB ASC-dən qeyd olunan 5858,93 manat məbləğdə krediti götürməmişdir. Daha əvvəl bankdan 7000 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas hissəsini ödəmiş, faiz hissəsini isə pandemiya ilə əlaqədar ödəyə bilməmişdir. Pandemiyadan sonra bank əməkdaşları ona kredit borcu ilə əlaqəli köməklik edəcəklərini bildirib sənədlər imzalatmışlar. Həmin kredit müqaviləsində cavabdehə 5858,93 manat kredit verildiyi yazılsa da hər hansı məbləğ ödənilməmişdir. İmzalanmış fərmanla kreditlərin faiz borcu silinməli olsa belə, əvvəlki kreditə görə ödənilən 7000 manat qanunsuz olaraq faiz borcundan silinib və yenidən həmin kreditə görə əlavə 5858,93 manat kredit yazılmışdır.İddiaçı bankın əməkdaşları onu aldatmışdır. Ona görə də qeyd olunan kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 7000 manat kredit verilmişdir. Cavabdeh həmin kreditin əsas hissəsini ödəmiş, faiz hissəsini isə pandemiya ilə əlaqədar ödəyə bilməmişdir. Yeni bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh heç bir pul vəsaiti verilməmişdir. Cənab Prezidentin fərmanı ilə kredit borcu silinməli olsa belə silinməmişdir. Onlar 7000 (yeddi min) manat əsas borcu ödəmişlər. Lakin bank ödənilən məbləği faiz borcuna hesablamışdır. Odur ki, "xxxx" KB ASC tərəfindən verilmiş iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 nömrəli “Güzəştli kredit və bank hesabı müqaviləsi”ndən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) cavabdehə (Borc alana) illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 5858,93 manat məbləğində kredit verir, Borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 nömrəli kredit müqaviləsi üzrə 1776,02 manat əsas, 19,35 manat faiz, 1,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1797,09 manat kredit borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 28 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/6095/2024 saylı ekspert rəyindən görünür ki, 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 18 mart 2024-cü il tarixə "xxxx" KB ASC-yə olan borcu 1759,23 manat əsas, 4,69 manat faiz borcu olmaqla, cəmi 1763,92 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. - 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. -337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 1,72 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 1 (bir) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 0,72 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin, hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən hallar sübut edilməmiş, məhkəmə araşdırması nəticəsində iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli 1379rstKPZ/19 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas verəcək hallar aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37,98 manat dövlət rüsumunun 37,64 manat (otuz yeddi manat 64 qəpik) hissəsinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin ekspertiza xərci olaraq tərəflərdən müştərək qaydada 100 (yüz) manat (iddiaçı "xxxx" KB ASC-dən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat) pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə 1759,23 AZN (bir min yeddi yüz əlli doqquz manat 23 qəpik) əsas borc, 04,69 AZN (dörd manat 69 qəpik) faiz borcu, 01 (bir) manat cərimə borcu olmaqla, cəmi 1764,92 manat (bir min yeddi yüz altmış dörd manat 92 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37,64 (otuz yeddi manat 64 qəpik) hissəsinin pul əvəzi, cəmi 1802,56 AZN (min səkkiz yüz iki manat-56 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat olmaqla, tərəflərdən cəmi 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin "büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************" nömrəli hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-17/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-17/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver