Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-197/2024 27.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xalası oğlu Müşfiq Mikayılovun vasitəsi ilə tanımışdır. 2021-ci ilin əvvəllərində cavabdehlə görüşmüşdür. Elsevər bildirmişdir ki, tibb-ekspert komissiyasında tanışı vardır, 3000 (üç min) manat versə onu komissiyadan keçirdəcəkdir. O, isə razılaşmış və Müşfiqin iştirakı ilə 3000 (üç min) manat pulu “Kapital Bank” vasitəsilə Elsevərə göndərmişdir. Təqaüdü dayandığına görə başa düşmüşdür ki, cavabdeh onu aldadıbdır. Cavabdehdən pulunu geri tələb etmiş, lakin nəticəsi olmadığına görə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X4 30 iyul 2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və tələbin mülki xarakterli olması ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh borcunu etiraf edir, ancaq telefon zənglərinə cavab vermir, pulunu qaytarmır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə hazırlıq iclası 30 yanvar 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 27 fevral 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı 27 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasından qəsdən yayındığına görə mülki işə qiyabi icraat qaydasında baxıb, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 238-ci maddəsinin tələblərini rəhbər tutaraq və iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab еtmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ondan 3000 (üç min) manat məbləğində pul almış və indiyədək aldığı puldan heç bir məbləğ qaytarmamışdır. Cavabdehin hazırda ona 3000 (üç min) manat məbləğində borcu vardır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. Cavabdeh Dilqəmdən pulu hissə-hissə götürmüşdür. Cavabdeh 2021-ci ildə əvvəlcə Dilqəmdən 500 (beş yüz) manat, sonra 1000 (min) manat, daha sonra yenə 1000 (min) manat, sonra 500 (beş yüz) manat olmaqla, cəmi 3000 (üç min) manat pul almışdır. Cavabdeh həmin pulu alaraq əri İddiaçı pensiyasının bərpa edilməsinə köməklik edəcəyini bildirmişdir. Cavabdeh həqiqətən İddiaçı 3000 (üç min) manat borcu olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Cavabdeh tanımasa da, onun İddiaçı 3000 (üç min) manat borcunun olduğunu bilir. İddiaçı həmin 3000 (üç min) manat pulu cavabdehə hissə-hissə vermişdir. İş materiallarında olan: Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X5 tərəfindən qəbul edilmiş 30 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Kərimov X2 Dilqəm Hüseyn oğlundan 3000 (üç min) manat borc formasında (şifahi) pul almışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı 11 noyabr 2023-cü il tarixli məktubunda müraciətinin mülki xarakterli olması nəzərə alınaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsindən görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. -1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin: -238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.2-ci maddəsinə əsasən, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. -241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. -244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. -252-ci maddəsinə əsasən, qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 3000 (üç min) manat borcunun olduğu təsdiq olunmuşdur. Ona görə də, Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 238, 242, 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh, qiyabi qətnamənin surətinin оnа rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Kəlbəcər Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Kəlbəcər Rаyоn Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-197/2024
Kəlbəcər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(040)-197/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver