Məhkəmə qərarları › İş №2(040)-255/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-255/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-255/2024 25.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8379,50 manat (səkkiz min üç yüz yetmiş doqquz manat 50 qəpik) məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh qəsdən 02 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində ona məxsus Yevlax rayonu, H.Əliyev prospektində yerləşən Aran mehmanxanasının binasının birinci mərtəbəsində yerləşən ərzaq mağazasının qapısının kilidini zor tətbiq etməklə sındırmaq yolu ilə qanunsuz olaraq mağazaya daxil olub səhər saatlarınadək olan müddət ərzində saxlanc yeri hesab edilən həmin mağazanın içərisindən hər biri 500 manat olmaqla ümumi dəyəri 1000 manat olan 2 ədəd "Uğur-600" markalı soyuducuların mühərriklərini, 1 ədəd 200 manat dəyərində "BK-1500" markalı kondisionerin mühərrikini, 1 ədəd 200 manat dəyərində "Canon İ- SENSVS MF-3010" markalı kserokopiya aparatını, 1 ədəd 950 manat dəyərində iki qapılı «Kola» markalı soyuducunun mühərrikini, 1 ədəd 950 manat dəyərində bir qapılı «Kola» markalı soyuducunun mühərrikini, 1 ədəd 50 manat dəyərində elektron tərəzini, 1 ədəd 400 manat dəyərində "Merkuri-İll" markalı kassa aparatını, 1 ədəd 350 manat dəyərində "Mitsubishi Pajero" markalı avtomobilin işlək vəziyyətdə olan radiatorunu, 1 ədəd 300 manat dəyərində "Mitsubishi Pajero" markalı avtomobilin işlək vəziyyətdə olan işə salıcı qurğusunu (starterini), hər biri 7 manat olmaqla ümumi dəyəri 42 manat olan 6 ədəd şüşə çaynikləri, bir qutusunun dəyəri 15 manat olmaqla hər qutusunun içərisində 6 ədəd 100 qramlıq rumkalar olan ümumi dəyəri 75 manat olan cəmi 5 qutu rumkaları, hər biri 5 manat olmaqla ümumi dəyəri 25 manat olan 5 ədəd fənərləri, hər biri 3 manat olmaqla ümumi dəyəri 30 manat olan 10 ədəd qaz yandırmaq üçün çaxmaqları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 ədəd dəmir qaşıqları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 ədəd dəmir çəngəlləri, hər biri 5 manat olmaqla ümumi dəyəri 15 manat olan 3 ədəd böyük dəmir qaşıqları, hər biri 5 manat olmaqla ümumi dəyəri 15 manat olan dəmir 3 ədəd makkaşları, 1 ədəd 120 manat dəyərində 8 pilləli isidici yağ radiatorunu, 1 ədəd 20 manat dəyərində "Pioner" markalı səsgücləndiricini, 1 ədəd 17 manat dəyərində pena-üz sabununu, hər biri 1 manat 80 qəpik olmaqla ümumi dəyəri 18 manat olan 10 ədəd kişi üçün üz kremlərini, hər biri 4 manat olmaqla ümumi dəyəri 16 manat olan 4 ədəd qaralüllə markalı odekalonları, hər biri 2 manat olmaqla ümumi dəyəri 6 manat olan 3 ədəd "Bayram" markalı kremləri, hər biri 5 manat olmaqla ümumi dəyəri 30 manat olan 6 ədəd uşaq toplarını, hər topu 8 manat olmaqla ümumi dəyəri 16 manat olan 2 top dəmir banka qapaqlarını, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dǝyǝri 30 manat olan 20 ədəd 200 qramlıq çay stəkanlarını, hər biri 5 manat olmaqla ümumi dəyəri 10 manat dəyərində 2 ədəd elektron hesablayıcı aparatları, 1 ədəd 3 manat dəyərində taxta metrəni, hər biri 60 qəpik olmaqla ümumi dəyəri 12 manat olan 20 ədəd lüstur lampalarını, 1 ədəd 15 manat dəyərində «Sonprul» markalı elektrik rozetkasını, hər biri 1 manat olmaqla ümumi dəyəri 5 manat dəyərində 5 ǝdǝd elektrik vilkalarını, 1 ədəd 7 manat 50 qəpik dəyərində elektrik uzadıcı-traynikini, hər biri 7 manat olmaqla ümumi dəyəri 210 manat dəyərində 30 ədəd «dollar» markalı kişi üçün ətirləri, hər biri 60 qəpik olmaqla ümumi dəyəri 10 manat 80 qəpik olan 18 ədəd qalın yorğan saplarını, hər biri 2 manat olmaqla ümumi dəyəri 40 manat olan otağı havalandırmaq üçün 20 ədəd ətirləri, hər biri 3 manat olmaqla ümumi dǝyǝri 60 manat olan 20 ədəd «Palit» markalı saç rəngi qutularını, hər biri 2 manat olmaqla ümumi dəyəri 40 manat olan 20 ədəd yapışqan sarğıları, hər biri 30 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 50 ədǝd «Super Rover» markalı saat batareya daşlarını, hər biri 30 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 50 ədǝd «Super Rover» markalı pult batareya daşlarını, hər qutusu 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 24 manat olan 10 qutu «Ynthia» markalı şamları, hər biri 50 qəpik olmaqla ümumi dəyəri 25 manat olan 50 ədəd böyük şamları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 30 manat olan 20 ədəd salfet kağızları qutusunu, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 30 manat olan 20 ədəd 3 dənəlik salfet qutularını, 1 ədəd 15 manat dəyərində nəm salfeti, hər biri 1 manat olmaqla ümumi dəyəri 15 manat olan 15 ədəd dırnaqtutanları, hər biri 1 manat dəyərində ümumi dəyəri 36 manat olan 36 ədəd böyük ölçülü saç yığanları (broşka), hər biri 70 qəpik olmaqla ümumi dəyəri 25 manat 20 qəpik olan 36 ədəd kiçik ölçülü saçyığanları (broşka), hər biri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan 2 ədəd alışqan doldurmaq üçün qaz balonlarını, hər biri 3 manat olmaqla ümumi dəyəri 18 manat olan 6 ədəd şam qablarını, hər biri 2 manat olmaqla ümumi dəyəri 10 manat olan 5 ədǝd say şotkalarını, 1 ədəd 10 manat dəyərində say çöpünü, hər biri 2 manat olmaqla ümumi dəyəri 10 manat olan 5 ədəd uşaq üçün kauçuk materialdan olan su qablarını, hər biri 20 qəpik olmaqla ümumi dəyəri 20 manat olan 100 ədəd 18 vərəqli nazik üzlü dəftərləri, hər biri 3 manat 40 qəpik olmaqla ümumi dəyəri 51 manat olan 15 ədəd 40 vərəqli şəkil üçün dəftərləri, hər qutusu 3 manat olmaqla ümumi dəyəri 60 manat olan 20 qutu «Glottio» markalı rəngli karandaşları, hər biri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 22 manat olan 10 ədəd «Qama» markalı plastilin qutularını, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 ədəd gündəlikləri, hər biri 3 manat olmaqla ümumi dəyəri 15 manat olan 5 ədəd kitab formalı dəftərləri, hər biri 3 manat olmaqla ümumi dəyəri 15 manat olan 5 ədəd dominoları, hər biri 1 manat 50 qəpik olan 15 manat dəyərində olan 10 qutu «Rapira» markalı lezvaları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 qutu «Sputnik» markalı lezvaları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 qutu «Derbi» markalı lezvaları, 1 ədəd 55 manat dəyərində «EURONET-HD+» markalı müşahidə kamerasının aparatını, hər biri 2 manat olmaqla ümumi dəyəri 10 manat olan 5 ədəd motosiklet modelli stolüstü saatları, hər biri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 75 manat olan 30 ədəd «Colgate» markalı diş pastalarını, hər biri 5 manat olmaqla ümumi dəyəri 50 manat olan 10 ədəd qapı kilidlərini, 1 ədəd ümumi dǝyǝri 100 manat olan otaq taxta qapısını, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dǝyǝri 30 manat olan balaca formalı 20 ədəd «Fairy» markalı qab şampunlarını, hər biri 1 manat 70 qəpik olmaqla ümumi dəyəri 51 manat olan 30 ədəd paltar sabunlarını, 1 ədəd 7 manat dəyərində yolka işığını, hər biri 300 manat olmaqla ümumi dəyəri 1200 manat olan 4 ədəd 2,50x2,70 ölçüdə olan mağazanın aliminum pəncərələrini, 120 manat dəyərində olan 100 metr uzunluqda elektrik kabelini, 1 ədəd 35 manat dəyərində 5 litr su tutumlu aliminium materialdan elektrik çaydanını, 1 ədəd 70 manat dəyərində dəmir çarpayını, 1 ədəd 6 manat dəyərində 10 litr su tutumlu aliminium lǝyəni, hər biri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 12 manat olan 10 ədəd ağcaqanad məhvedici aparatı, 1 ədəd 7 manat dəyərində balaca ölçülü aliminium setka qabı, 1 ədəd 5 manat dəyərində 200 qram su tutan aliminium stəkanı, 250 manat dəyərində mağazanın tavanının lambirinlərini, 1 ədəd 70 manat dəyərində 042721- 166980 kodlu üzərində sərinləyicisi olan çilçırağı (lüstur), 1 ədəd 250 manat dəyərində köhnə formada olan işlək vəziyyətdə olan 54 diaqonallı «Samsunq» markalı televizoru, 1 ədəd 70 manat dəyərində «Super- Max» markalı krosnu aparatını çanağı ilə birlikdə, hər biri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 25 manat olan parlaq dəmirdən olan 10 ədəd qayçıları, hər bir topu 5 manat olmaqla ümumi dəyəri 20 manat olan 4 top qırmızı və qara lentləri, hər biri 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 12 manat olan 5 qutu "Astara" markalı siqaretləri gizli yolla talayaraq ona cəmi 8379 manat 50 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Yevlax Rayon Məhkəməsinin №1(039)-124/2023 nömrəli 26 oktyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3 vǝ 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Ona görə də dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında şəxsən və ya nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 28 mart 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh 02 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində ona məxsus Yevlax rayonu, H.Əliyev prospektində yerləşən Aran mehmanxanasının binasının birinci mərtəbəsində yerləşən ərzaq mağazasının qapısının kilidini zor tətbiq etməklə sındırmaq yolu ilə qanunsuz olaraq mağazaya daxil olub ona cəmi 8379,50 manat (səkkiz min üç yüz yetmiş doqquz manat 50 qəpik) ziyan vurmaqla oğlurluq etmişdir. Yevlax Rayon Məhkəməsinin №1(039)-124/2023 nömrəli 26 oktyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3 vǝ 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə də Cavabdeh 8379,50 manat (səkkiz min üç yüz yetmiş doqquz manat 50 qəpik) pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(039)-124/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd edilmişdir ki, Cavabdeh 02 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində ona məxsus Yevlax rayonu, H.Əliyev prospektində yerləşən Aran mehmanxanasının binasının birinci mərtəbəsində yerləşən ərzaq mağazasının qapısının kilidini zor tətbiq etməklə sındırmaq yolu ilə qanunsuz olaraq mağazaya daxil olub səhər saatlarınadək olan müddət ərzində saxlanc yeri hesab edilən həmin mağazanın içərisini gizli yolla talayaraq zərərçəkmiş şəxs İddiaçı cəmi 8379 manat 50 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh iddiaçıya dəymiş ziyana görə 8379,50 manat (səkkiz min üç yüz yetmiş doqquz manat 50 qəpik) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 103,80 manat (yüz üç manat 80 qəpik) dövlət rüsumunun və 40 qəpik xidmət haqqının pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya dəymiş ziyana görə 8379,50 manat (səkkiz min üç yüz yetmiş doqquz manat 50 qəpik), həmçinin, iddiaçı tərəfindən ödənilmiş 103,80 manat (yüz üç manat 80 qəpik) dövlət rüsumunun və 40 qəpik xidmət haqqının pul əvəzi, cəmi 8483,70 (səkkiz min dörd yüz səksən üç manat 70 qəpik) pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar