Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-259/2024 03.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona vurduğu zərərə görə 5450 (beş min dörd yüz əlli) manat məbləğində pulun və 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, övladları ilə birlikdə qərara gəlmişdir ki, bankdan kredit alıb cücə saxlayıb satmaqla ailəsinin maddi ehtiyacını təmin etsin. Bu məqsədlə o özü 5450 (beş min dörd yüz əlli) manat, oğlu X1 da 4450 (dörd min dörd yüz əlli) manat bankdan kredit pul götürüb cücə almışlar. Cavabdeh onların uzaq qohumudur. Cavabdeh onların cücə saxlamaq fikrini bilib onu da şərik etmələrini xahiş etmişdir. Beləliklə pulu onlar qoysalar da cavabdehi də özlərinə şərik edib cücə alıb saxlamışlar. Cücələri satan vaxt satış pulunu cavabdeh özündə saxlamışdır. Cücəni satıb qurtarandan sonra satışdan əldə olunmuş 5450 (beş min dörd yüz əlli) manat pulu cavabdeh götürüb qaçmışdır. Onlar nə qədər ondan pulu tələb etsələr də cavabdeh pulu qaytarmamış və onlardan qaçıb gizlənmişdir. Beləliklə, cavabdeh onların etibarından sui-istifadə edib bankdan aldıqları pulla saxladıqları cücənin satış pulunu götürüb qaçmışdır. Bununla da onlara həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Eləcə də cavabdeh pulu götürüb özündə saxlamaqla adi dövriyyədən əldə edəcəkləri fayda əllərindən çıxmışdır. Həmçinin, onlar havayı yerdən banka faiz ödəməyə məcbur olmuşlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı 28 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, yaşı və səhhətilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh 28 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, İddiaçı 5525 (beş min beş yüz iyirmi beş) manat borcunun olduğunu, imkanı olduqca borcunu hissə-hissə ödəyəcəyini qeyd edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 28 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbini cavabdeh izahatı ilə etiraf etmişdir. İddiaçı cavabdehin 5450 (beş min dörd yüz əlli) manat borcunun olmasını iddia edir, cavabdeh isə iddianı tam qəbul edir. Bununla da, cavabdehin iddiaçıya 5450 (beş min dörd yüz əlli) manat borcunun olması təsdiq olunur. Belə olan halda Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 75 (yetmiş beş) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat məbləğində əsas borc, həmçinin 75 (yetmiş beş) manat dövlət rüsumunun pul əvəzi, cəmi 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-259/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-259/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver