Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-32/2024 19.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev HəsənSalman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“kredit borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra:İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15154,73 manat kredit borcu, 1464,55 manat faiz borcu və 442,53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17061,81 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 141,19 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 26 iyul 2022-ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şətləri, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizəni öz imzası ilə təstiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 48 ay müddətinə aylıq faiz dərəcəsi 1,666 olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsının tələblərini pozaraq kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 845,27 manat ödəniş etmiş, onun iddiaçıya 15154,73 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 iyun 2023-cü il tarixə hesablanmış faiz borcu 1464,55 manat və hesablanmış cərimə 442,53 manat təşkil edir. Kredit müqaviləsinə əsasən, Bank müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 19 fevral 2024-cü il il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək 15154,73 manat əsas, 1464,55 manat faiz və 442,53 manat məbləğində cərimə olmaqla, ümumilikdə 17061,81 manat kredit borcunu imkanı olduqca İddiaçı QSC-yə ödəməyə razı olduğunu bildirmişdir (bu barədə ərizəsini təqdim etmişdir). İş materiallarında olan: 26 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şətləri, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizəni öz imzası ilə təstiq edərək 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 16000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışdan görünür ki, Cavabdeh 26 iyul 2022-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 01 iyun 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 15154,73 manat, faiz borcu üzrə 1464,55 manat, cərimə üzrə 442,53 manat olmaqla,ümumilikdə 17061,81 manat təşkil edir. İş materiallarında olan: hesabdan çıxarışdan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh hesabına 16000 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan: 30 may 2023-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 141,19 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməli, cavabdehdən 15154,73 manat (on beş min yüz əlli dörd manat 73 qəpik) məbləğində əsas borc, 1464,55 manat (min dörd yüz altmış dörd manat 55 qəpik) məbləğində faiz borcu və 442,53 manat (dörd yüz qırx iki manat 53 qəpik) məbləğində cərimə olmaqla, cəmi 17061,81 manat (on yeddi min altmış bir manat 81 qəpik) məbləğində kredit borcu və ödənilmiş 141,19 manat (yüz qırx bir manat 19 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15154,73 manat (on beş min yüz əlli dörd manat 73 qəpik) məbləğində əsas borc, 1464,55 manat (min dörd yüz altmış dörd manat 55 qəpik) məbləğində faiz borcu və 442,53 manat (dörd yüz qırx iki manat 53 qəpik) məbləğində cərimə olmaqla, cəmi 17061,81 manat (on yeddi min altmış bir manat 81 qəpik) məbləğində kredit borcu və ödənilmiş 141,19 manat (yüz qırx bir manat 19 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-32/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-32/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver