Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-35/2024 15.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7023,83 manat əsas borcun, 1086,61 manat məbləğində faiz borcunun, 233,99 manat cərimə borcunun, cəmi 8344,43 manat kredit borcunun və ödənilmiş 104 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli kredit sazişinə əsasən Bank Borcluya 48 ay müddətinə, illik 18,5 faiz olmaqla 8300 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh vəsatətinə əsasən 24 oktyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə məhkəmə icraatı dayandırılmışdır. Ekspertin rəyi məhkəməyə gəldikdən sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə iclası 25 yanvar 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı məhkəmə baxışı iclası 15 fevral 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi 15 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh 12 fevral 2024-cü il tarixində məhkəmənin dəftərxanasına təqdim etdiyi ərizədə iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh (borcalan) Cavabdeh arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli CC/05046/84/29 saylı kredit sazişindən görünür ki, Bank Cavabdeh 48 ay müddətinə, illik 18,5 faiz olmaqla 8300 manat məbləğində kredit vermiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC-nin 06 avqust 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 06 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7023,83 manat əsas, 1086,61 manat faiz, 233,99 manat cərimə borcu olmaqla, cəmi 8344,43 manat kredit borcu vardır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli 9/8867 saylı ekspert rəyindən görünür ki, 06 dekabr 2021-ci il tarixli CC/05046/84/29 saylı kredit sazişi üzrə Cavabdeh 06 dekabr 2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu: 7022,72 manat əsas, 1089,89 manat faiz, 233,90 manat cərimə olamaqla cəmi 8346,5 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan: 06 dekabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 8300 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: cavabdehə göndərilmiş 13 iyun 2023-cü il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və buna görə borcu yaranmışdır. Lakin iddia ərizəsində cavabdehin borcu 7023,83 əsas, 1086,61 manat faiz, 233,99 manat cərimə, cəmi 8344,43 manat göstərilsə də, ekspert rəyində 06 dekabr 2021ci il tarixli CC/05046/84/29 saylı kredit müqaviləsi üzrə borcları 7022,72 manat əsas, 1089,89 manat faiz, 233,90 manat cərimə, cəmi 8346,5 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq 06 dekabr 2021-ci il tarixli CC/05046/84/29 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 7022,72 manat, cərimənin məbləği 233,90 manat məbləğində müəyyən edilməli, faiz borcunun məbləği isə dəyişdirilmədən iddia tələbində olduğu kimi 1086,61 manat məbləğində saxlanmalıdır. Bununla belə iddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 233,90 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 3,90 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 230 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 104 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi- 101,13 manat (yüz bir manat 13 qəpik) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin Cavabdeh 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh 7022,72 manat (yeddi min iyirmi iki manat 72 qəpik) əsas, 1086,61 manat (min səksən altı manat 61 qəpik) faiz, 3,90 manat (üç manat 90 qəpik) cərimə olmaqla, cəmi 8113,23 manat (səkkiz min yüz on üç manat 23 qəpik) kredit borcu və 101,13 manat (yüz bir manat 13 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin Cavabdeh 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7022,72 manat (yeddi min iyirmi iki manat 72 qəpik) əsas, 1086,61 manat (min səksən altı manat 61 qəpik) faiz, 3,90 manat (üç manat 90 qəpik) cərimə olmaqla, cəmi 8113,23 manat (səkkiz min yüz on üç manat 23 qəpik) kredit borcu və ödənilmiş 101,13 manat (yüz bir manat 13 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin “Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1: KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************” nömrəli hesabına keçirilsin Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-35/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-35/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver