Məhkəmə qərarları › İş №2(040)-393/2024

Kəlbəcər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(040)-393/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-393/2024 04.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16850 (on altı min səkkiz yüz əlli) manat məbləğində pulun və ödədiyi 141 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 2020-ci ilin yanvar ayı ərzində 26300 (iyirmi altı min üç yüz) manat nağd pul şəklində ticarət etmək məqsədilə borc pul almışdır. Həmin ayın xeyiri olan 3700 manat pulu götürmədiyi üçün cavabdehin ona 30000 (otuz min) manat borcu yaranmışdır. Bundan sonra cavabdeh ona fevral, mart, aprel və may ayları ərzində 8000 (səkkiz min) manat ödəniş etmişdir. Həmin tarixdən cavabdeh ona 3650 manat ödəməklə cəmi 12550 manat pul qaytarmışdır. Yerdə qalan 17450 manat pulu isə 15 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 300 manat ödəməklə 15 sentyabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu barədə öz əlyazması və imzası ilə təsdiq edilmiş qəbz də yazmışdır. Həmin qəbzi də ərizəsinə əlavə edir. Cavabdehin ona borclu olduğu 17450 manat puldan cəmi 600 manatı ödəmişdir. Yerdə qalan 16850 manat pulun verilməsini təkidlə ondan tələb etsə də bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə hazırlıq iclası 02 aprel 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 02 may 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 04 iyun 2024-cü il tarixə təxirə salınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı 04 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasından yayındığına görə mülki işə qiyabi icraat qaydasında baxıb, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 238-ci maddəsinin tələblərini rəhbər tutaraq və iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab еtmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ondan 2020-ci ilin yanvar ayı ərzində 26300 (iyirmi altı min üç yüz) manat nağd pul şəklində ticarət etmək məqsədilə borc pul almışdır. Həmin ayın xeyiri olan 3700 manat pulu götürmədiyi üçün cavabdehin ona 30000 (otuz min) manat borcu yaranmışdır. Bundan sonra cavabdeh ona fevral, mart, aprel və may ayları ərzində 8000 (səkkiz min) manat ödəniş etmişdir. Həmin tarixdən cavabdeh ona 3650 manat ödəməklə cəmi 12550 manat pul qaytarmışdır. Yerdə qalan 17450 manat pulu isə 15 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 300 manat ödəməklə 15 sentyabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu barədə öz əlyazması və imzası ilə təsdiq edilmiş qəbz də yazmışdır. Həmin qəbzi də ərizəsinə əlavə etmişdir. Cavabdehin ona borclu olduğu 17450 manat puldan cəmi 600 manatı ödəmişdir. Yerdə qalan 16850 (on altı min səkkiz yüz əlli) manat pulun verilməsini təkidlə ondan tələb etsə də bir nəticəsi olmamışdır. Cavabdehin hazırda ona 16850 (on altı min səkkiz yüz əlli) manat məbləğində borcu vardır. İddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Cavabdeh adından yazılan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2020-ci ilin yanvar ayı ərzində 26300 (iyirmi altı min üç yüz) manat nağd pul şəklində ticarət etmək məqsədilə borc pul almış və həmin ayın xeyri olan 3700 (üç min yeddi yüz) manat pulu götürmədiyi üçün cəmi 30000 (otuz min) manat aralarında pul olduğunu, fevral, mart, aprel və may ayları ərzində 8900 (səkkiz min doqquz yüz) manat ödəniş etdiyini, həmin tarixdən bugünə qədər cəmi 3650 (üç min altı yüz əlli) manat ödədiyini, cəmi 12550 (on iki kin beş yüz əlli) manat pul ödənildiyini, aralarında qalan 17450 (on yeddi min dörd yüz əlli) manat pulu isə 15 sentyabr 2022-ci il tarixdən başlayaraq 1 ay ərzində minimum 300 manat ödəməklə 15 sentyabr 2023-cü ilə qədər 17450 (on yeddi min dörd yüz əlli) manat borcu bağlayacağını öhdəsinə götürmüş, ödəmədiyi təqdirdə məsuliyyətə cəlb olunmağa razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin: -238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.2-ci maddəsinə əsasən, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. -241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. -244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. -252-ci maddəsinə əsasən, qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 16850 (on altı min səkkiz yüz əlli) manat borcunun olduğu təsdiq olunmuşdur. Ona görə də, Cavabdeh 16850 (on altı min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 141 (yüz qırx bir) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 238, 242, 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 16850 (on altı min səkkiz yüz əlli) manat məbləğdə əsas borc və iddiaçı tərəfindən ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun pul əvəzi, cəmi 16991 (on altı min doqquz yüz doxsan bir) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh, qiyabi qətnamənin surətinin оnа rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Kəlbəcər Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Kəlbəcər Rаyоn Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar