Məhkəmə qərarları › İş №2(040)-394/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-394/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-394/2024 24.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 12 oktyabr 2016-cı ildə doğulmuş X8 və 25 fevral 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2015-ci ildə ailə qurmuş, nikahlarını 16 mart 2015-ci ildə Gəncə “ASAN xidmət” mərkəzində rəsmiləşdirmişlər. Birgə nikahdan 12 oktyabr 2016-cı ildə X8 və 25 fevral 2019-cu ildə X9 adlı övladları doğulmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədirlər. Cavabdehlə aralarında olan rəsmi nikah qeydi Kəlbəcər Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən X5 və X2 üçün hər ay hər uşaq üçün 150 (bir yüz ǝlli) manat olmaqla, cəmi 300 manat alimentin Cavabdeh alınıb ona ödǝnilməsi qət edilmişdir. Cavabdeh uşaqlarının saxlanılmasında iştirak etmir. O, çox çətinliklə uşaqlarını saxlayır. Ancaq təkbaşına uşaqlarını saxlaya bilmir. Uşaqlar tez-tez xəstələnirlər. O, Mediasiya şurasına müraciət etmiş, könüllü alimentin ödənilməsini, uşaqların daha yaxşı yaşamaları üçün kəsilən alimentin miqdarının artırılmasını istəmişdir. O, hər uşaq üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdan alınıb ona ödənilməsini istəyir. Cavabdehin uşaqlarını saxlamaq borcudur. Cavabdeh fərdi əməklə məşğul olur qazancı qənaətbəxşdir. Uşaqlarını saxlamaq üçün kifayət qədər maddi qazancı vardır. Ona görə də cavabdehdən övladlarımız X5 və X1 üçün hər uşaq üçün hər ay 250 manat olmaqla, comi 500 manat sabit pul məbləğində məbləğində alimentin tutulmasını istəyir. Alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etsə də cavabdeh mediasiya prosesinə gəlməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2015-ci ildə ailə qurmuş, nikahlarını 16 mart 2015-ci ildə Gəncə “ASAN xidmət” mərkəzində rəsmiləşdirmişlər. Birgə nikahdan 12 oktyabr 2016-cı ildə X8 və 25 fevral 2019-cu ildə X9 adlı övladları doğulmuşdur. Cavabdehlə aralarında yaranmış narazılıqlardan sonra ayrılmışlar. Kəlbəcər Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən X5 və X2 üçün hər ay hər uşaq üçün 150 (bir yüz ǝlli) manat olmaqla, cəmi 300 manat alimentin Cavabdeh alınıb ona ödǝnilməsi qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, hər ay hər uşağa görə 250 manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı çatmır. Maddi vəziyyəti aşağıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 dekabr 2016cı il tarixdə verilmiş AZ-İİİ № 688946 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası-Cavabdeh, anası- X3r. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 avqust 2022-ci il tarixli 2(040)-625/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından 12 oktyabr 2016-cı ildə doğulmuş X8 və 25 fevral 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 08 dekabr 2017-ci tarixli 2(040)-2388/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 130 manat və 24 iyul 2019-cu il tarixli 2(040)-614/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 50 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşağa görə150 (yüz əlli) manat sabit pul məbləğində aylıq alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli MŞG/MT007/2024-00205 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 12 oktyabr 2016-cı ildə doğulmuş X8 və 25 fevral 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 12 oktyabr 2016-cı ildə doğulmuş X8 və 25 fevral 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(040)-625/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 200 (iki yüz) manatdan artıq olan 50 (əlli) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 12 oktyabr 2016-cı ildə doğulmuş X8 və 25 fevral 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(040)-625/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın, 12 oktyabr 2016-cı ildə doğulmuş X8 və 25 fevral 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar