Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-409/2024 25.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı (VÖEN:**********) nümayəndəsi (Abonent şöbəsinin mühəndisi) X5, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə və Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (Hüquq departamentinin Filiallara hüquqi dəstək şöbəsinin hüquqşünası) X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 23922 (iyirmi üç min doqquz yüz iyirmi iki) manat məbləğdə vəsaitin və 162 (yüz altmış iki) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 12 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Cavabdeh idarə etdiyi “Lada Niva” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində İddiaçı 253 saylı elektron avtomat telefon stansiyasının (EATS) istifadəsində olan 1 (bir) ədəd “Huawei” markalı “ONU” şkafını (əhaliyə fiber optik internet xidmətlərinin göstərilməsi üçün istifadə edilən avadanlıq) və 1 (bir) ədəd metal dirəyi zədələyərək yararsız vəziyyətə salmışdır. Hadisə nəticəsində İddiaçınə 23922 (iyirmi üç min doqquz yüz iyirmi iki) manat məbləğində maddi ziyan vurulmuş və həmin ərazidə yaşayan 233 abonəçiyə göstərilən telekommunikasiya xidmətləri tam dayandırılmışdır. Baş vermiş hadisə ilə əlaqədar 12 dekabr 2022-ci il tarixdə “Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə akt” tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş smetaya əsasən 23922 (iyirmi üç min doqquz yüz iyirmi iki) manat məbləğində maddi zərərin könüllü olaraq ödənilməsi barədə 22 may 2023-cü il tarixdə cavabdehin ünvanına rəsmi bildiriş göndərilmiş, lakin bugünədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, oğlu Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçınə maksimum 2000 (iki min) manat həddində maddi ziyan vurduğunu və 2000 (iki min) manat ziyanın əvəzini ödəməyə razı olduğunu bildirmişdir. Hazırda maddi imkanları çox aşağıdır. Ona görə də, o, cavabdehin nümayəndəsi olaraq, vurulmuş maddi ziyanın əvəzi olaraq 1000 (min) manat ödənilməsinə razıdır. Həmin məbləği özünün aldığı pensiya ilə ödəyəcəkdir; 1000 (min) manatdan artıq məbləği ödəməyə maddi imkanları çatmır. Ona görə də iddianın qismən-1000 (min) manat həddində təmin edilməsinə etiraz etmir. Əlavə olaraq, Kəlbəcər rayonundan məcburi köçkün olduqlarını, oğlu Vüsalın Vətən müharibəsində iştirak etdiyini və müharibə veteranı olduğunu, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunduğunu bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X11 məhkəmə iclasında iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi hazırlıq iclasında iddianı qismən-2000 (iki min) manat hissədə qəbul etdiyini, qalan hissədə iddia əsassız olduğundan qəbul etmədiyini bildirmişdir. Əlavə olaraq, Kəlbəcər rayonundan məcburi köçkün olduğunu, Vətən müharibəsində iştirak etdiyini və müharibə veteranı olduğunu, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunduğunu bildirmişdir. İş materiallarında olan: İddiaçı rəisi Gündüz Abbasov tərəfindən təsdiq edilmiş, Gəncə TKİ-nin hüquqşünası X7, “EATS- 253”ün mühəndisi X10, “EATS-259”un mühəndisi X8, Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X9 iştirakları ilə tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli “Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə akt”dan görünür ki, 12 dekabr 2022-ci il tarixdə saat 15:10 radələrində Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yerləşən ONU-3 şkafı və “Huawei” markalı elektrik sayğacı “Niva” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh törətdiyi hadisə nəticəsində sıradan çıxmışdır. Nəticədə 233 abunəçiyə göstərilən xidmət və 182 ADSL interneti dayanmışdır. İş materiallarında olan: İddiaçı rəisi Gündüz Abbasov tərəfindən təsdiq edilmiş 22 may 2024-cü il tarixli “Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yerləşən ərazidə baş vermiş qəza nəticəsində dəymiş maddi zərərin hesablanmasına dair Smeta”dan görünür ki, 3 saylı ONU şkafı (inventar kodu: 1415)- 20178,02 manat (iyirmi min bir yüz yetmiş səkkiz manat-02 qəpik), metal dirək- 94,87 manat (doxsan dörd manat- 87 qəpik), cəmi 20272,89 manat (iyirmi min iki yüz yetmiş iki manat-89 qəpik), 18 faiz ƏDV- 3649,12 manat, yekun: 23922,01 manat (iyirmi üç min doqquz yüz iyirmi iki manat- 01 qəpik) maddi zərər hesablanmışdır. İş materiallarında olan: Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən 29 dekabr 2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 12 dekabr 2022-ci il tarixdə Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində Cavabdeh iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir (məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, həmin qərarda İddiaçınə məxsus hər hansı əmlaka ziyan dəyməsi təsvir olunmamış və həmin məsələyə hüquqi qiymət verilməmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 24 may 2024-cü il tarixli 3-13-85/2-5124/2024 saylı məktubdan görünür ki, Cavabdeh etibarnamə ilə idarə etdiyi “Vaz 21214” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 etibarnamə ilə idarə etdiyi “Vaz 21102” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 12 dekabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar inzibati protokol tərtib olunması ilə bağlı DİN-in mərkəzləşdirilmiş elektron informasiya sistemində hər hansı məlumat yoxdur. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, İddiaçı (VÖEN:**********) təsisçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir-iddiaçı hüquqi şəxs 100 (yüz) faiz dövlət mülkiyyətindədir, iri sahibkarlıq subyektidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. -3.1-1 və 3.1-1.1-ci maddəslərindən görünür ki, iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq X4ndə mühasibat uçotu elektron formada aparılmalıdır. -6.0-cı maddəsinə əsasən, bu qanuna müvafiq olaraq Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları aşağıdakılardır: 6.0.1. bu Qanunun 8.1-ci və 12-1.1-сi maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən X1 Standartları; 6.0.2. bu Qanunun 9-cu, 10.1-ci, 10.1-1-ci və 12-1.2.1-ci maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən Kiçik və X4 üçün X1 Standartları; 6.0.3. bu Qanunun 12-1.2.2-ci və 13.1-ci maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən İctimai Sektor üçün X2 Standartları. -8.1-ci maddəsinə əsasən, ictimai əhəmiyyətli qurumlar bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını X1 Standartlarına uyğun olaraq tərtib edirlər. -8.1-1-ci maddəsinə əsasən, bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri (kredit təşkilatları istisna olmaqla) mühasibat uçotunu X1 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar. -10.1-ci maddəsinə əsasən, iri və X4: 10.1.1. maliyyə hesabatlarını Kiçik və X4 üçün X1 Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri və X4 mühasibat uçotunu Kiçik və X4 üçün X1 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya; 10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını X1 Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda mühasibat uçotunu bu Qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2017-ci il 30 yanvar tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanı, X1 Standartları əsasında hazırlanmışdır. Bu Qaydalar kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra – mühasibat uçotu subyekti) tərəfindən mühasibat uçotunun aparılmasını tənzimləyir. -2.1.8-ci bəndinə əsasən, qiymətləndirmə - maliyyə hesabatları elementlərinin maliyyə vəziyyəti haqqında hesabatda, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda tanınmalı və uçota alınmalı olduğu məbləğlərinin müəyyən edilməsi prosesidir. -2.1.9-cu bəndinə əsasən, aktivin balans dəyəri - yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin maliyyə vəziyyəti haqqında hesabatda tanınan dəyəridir. -2.1.10-cu bəndinə əsasən, qiymətdən düşmə zərəri – aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən məbləğdir. -3.1-ci bəndinə əsasən, maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarətdir: 3.1.1. Maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə); 3.1.2. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (2 nömrəli əlavə); 3.1.3. Kapitalda dəyişikliklər haqqında hesabat (3 nömrəli əlavə): 3.1.4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (4 nömrəli əlavə); 3.1.5. Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər. “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na 2 saylı əlavə doldurulması vacib olan blank formasında hazırlanmaqla “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat” adlanır, həmin sənəd dolduqulduqdan sonra müəssisənin rəhbəri və baş mühasib tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə hesab edir ki, mülki iş üzrə Mülki Prosessual Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş sübut etməkdən azad olmaq üçün əsaslar mövcud deyildir, bundan başqa, iddianın tam təmin edilməsinə əsas ola biləcək Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə uyğun mötəbər sübutlar-yəni iddia olunan yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus əmlakın zədələnməsində cavabdehin təqsirli hərəkətləri, habelə dəymiş ziyanın məbləği ilə bağlı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2017-ci il 30 yanvar tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na uyğun əldə edilmiş sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia tələbi qismən- cavabdeh tərəfindən qəbul edilən 2000 (iki min) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə olan halda 12 dekabr 2022-ci il tarixdə İddiaçınə vurulmuş (vurulduğu iddia edilən) maddi ziyanın əvəzi olaraq Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə - 21922 (iyirmi bir min doqquz yüz iyirmi iki) manat pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından və həmin hissədə etiraf olunmadığından, həmin qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 162 (yüz altmış iki) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsinin pul əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçınə 12 dekabr 2022-ci il tarixdə vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2000 (iki min) manat, həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin pul əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğində pul vəsaiti tutulub İddiaçınə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-409/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-409/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver