Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-46/2024 01.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tululması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2913,22 manat (iki min doqquz yüz on üç manat-22 qəpik) əsas borc, 70,22 manat (yetmiş manat-22 qəpik) faiz borcu olmaqla, cəmi 2983,44 manat (iki min doqquz yüz səksən üç manat-44 qəpik) məbləğində kredit borcunun və 50 (əlli) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16 mart 2015-ci il tarixli “15-xx-xx-010852” saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 2964 (iki min doqquz yüz altmış dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan kredit müqaviləsi üzrə yaranmış 2913,22 manat (iki min doqquz yüzon üç manat-22 qəpik) ABŞ dolları məbləğində qalıq borcu restrukturizasiya olunmuş və restrukturizasiya olunmuş həmin məbləğin 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə ödənilməsi barədə 18 iyun 2019cu il tarixli “15-xx-xx-088727” saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyini yerinə yetirməmişdir. 09 dekabr 2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 2913,22 manat (iki min doqquz yüz on üç manat-22 qəpik) əsas borc, 70,22 manat (yetmiş manat-22 qəpik) faiz borcu olmaqla, cəmi 2983,44 manat (iki min doqquz yüz səksən üç manat-44 qəpik) kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Cavabdeh vəsatətinə əsasən 09 oktyabr 2023-cü il tarixli məhkəmə hazırliq iclasında mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə məhkəmə icraatı dayandırılmışdır. Mülki iş 22 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən qaytarıldıqdan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası yenidən 22 fevral 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə icraatı dövründə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. 22 fevral 2024-cü il tarixli hazırlıq iclasında əsl olmayan iddiaçı- İddiaçı Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı- Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, eyni zamanda məhkəmə baxışı iclası 01 aprel 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı- Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi 29 mart 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmənin 22 fevral 2024-cü il tarixli hazırlıq iclasında iddia tələbini qəbul edərək 2913,22 manat (iki min doqquz yüz on üç manat-22 qəpik) əsas borc, 70,22 manat (yetmiş manat-22 qəpik) faiz borcu olmaqla, cəmi 2983,44 manat (iki min doqquz yüz səksən üç manat-44 qəpik) məbləğində borcu imkanı olduqca iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 18 iyun 2019-cu il tarixli “15-xx-xx-088727” saylı “Kredit müqaviləsi”ndən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən, Bank cavabdehə (“Borcalan”a) 60 ay müddətinə illik 1 faiz ilə 2913,22 manat məbləğində qalıq borcu kredit verilməyi, “Borcalan” isə həmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 09 dekabr 2022-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2913,22 manat əsas, 70,22 manat faiz olmaqla, ümumilikdə 2983,44 manat borcu qalmışdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-ci il tarixli 2-3(103)-54/2023 saylı qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən cavabdehə 13 yanvar 2023-cü il tarixdə göndərilmiş bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): 739.1-ci maddəsinə (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Cavabdeh (borcalan) kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh özü də iddianı qəbul edir. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 2913,22 manat (iki min doqquz yüz on üç manat 22 qəpik) əsas borc, 70,22 manat (yetmiş manat 22 qəpik) faiz olmaqla, cəmi 2983,44 manat (iki min doqquz yüz səksən üç manat 44 qəpik) kredit borcu və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 3033,44 manat (üç min otuz üç manat-44 qəpik) pul vəsaiti tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinин 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2913,22 manat (iki min doqquz yüz on üç manat-22 qəpik) əsas borc, 70,22 manat (yetmiş manat-22 qəpik) faiz borcu olmaqla, cəmi 2983,44 manat (iki min doqquz yüz səksən üç manat-44 qəpik) kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 3033,44 manat (üç min otuz üç manat-44 qəpik) pul vəsaiti tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-46/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-46/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver