Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-47/2024 22.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (sonradan verdiyi dəqiqləşmə ərizəsi də nəzərə alınmaqla) Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13000 (on üç min) manat əsas borc, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə 200 (iki yüz) manat pulun və 120 (yüz iyirmi) manat dövlət rüsumunun, cəmi 13320 (on üç min üç yüz iyirmi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əvvəldən tanıdığı və münasibəti olduğu Kəlbəcər rayonunun Milli kəndinin sakini olan cavabdeh Elsüvər Kərimov bir gün ona müraciət edərək bildirmişdir ki, lizinqə traktor götürür, 10000 (on min) manat borc pula ehtiyacı vardır. O, cavabdehin sözünü səmimi qəbul etmiş, biraz fikirləşib ona bir cavab deyəcəyini bildirmişdir. O, cavabdehin təklifi ilə razılaşıb “ASAN xidmət”də notariat qaydasında borc verə biləcəyini demişdir. Cavabdehlə razılaşıb notariat xidmətinə gedib müqavilə bağlamışlar, cavabdehə 9800 (doqquz min səkkiz yüz) manat borc vermişdir. Borc verdiyi müqavilənin əsli ondadır. Bir müddət keçdikdən sonra cavabdehin ehtiyacı olduğuna görə 3200 (üç min iki yüz) manat cavabdehə pul vermişdir. Cavabdeh X2 verdiyi sözə əməl etməmiş, ondan aldığı borcu geri qaytarmamışdır. O, dəfələrlə cavabdehə telefonla zəng edərək, pula ehtiyacı olduğunu bildirmiş, cavabdeh isə pulu qaytarmayacağını bildirmişdir. O, qərara gəlmişdir ki, məsələ mülki qaydada olduğu üçün məhkəməyə müraciət etsin. İddiaçı olaraq bildirir ki, pedaqoqdur; bu işlə bağlı əsəbdən səhhətində ciddi xəstəliklər baş qaldırmışdır. Cavabdeh X1 notariat qaydasında aldığı 9800 (doqquz min səkkiz yüz) manat, əlavə 3200 (üç min iki yüz) manat pulun ona qaytarılıb verilməsində köməklik edilməsini xahiş edir. Cavabdeh 18 dekabr 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində (etiraz hissəsində) İddiaçı ilə aralarında olan 10000 (on min) manat pul borcunun 5500 (beş min beş yüz) manatını terminal, bank və əlyazma ilə qaytardığını, təkcə 1500 manatı onun şəxsiyyət vəsiqəsi ilə iddiaçının Türkiyəyə oğlu Bayrama göndərdiyini, yerdə qalan 4500 manatı Ağdam rayonunun Quzanlı kəndində əlbəəl iki nəfər şahidin yanında iddiaçıya verdiyini, iddiaçının sadəcə olaraq onu şərlədiyini qeyd etmişdir. Mülki iş üzrə hazırlıq iclası 09 oktyabr 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 01 noyabr və 20 noyabr 2023-cü il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 14 dekabr 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 22 yanvar 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər 22 yanvar 2024-cü il tarixli məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə heç bir məhkəmə iclasında iştirak etməmiş, 18 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikası müstəqilliyi uğrunda gedən döyüşlərdə sağlamlığını itirdiyini, 1-ci dərəcəli Qarabağ müharibəsi əlili olduğunu bildirərək, məhkəmə iclasına gələ bilməməsinin üzürlü sayılmasını xahiş etmişdir. İddiaçı ilə aralarında olan 10000 (on min) manat pul borcunun 5500 (beş min beş yüz) manatını terminal, bank və əlyazma ilə qaytardığını, təkcə 1500 manatı onun şəxsiyyət vəsiqəsi ilə iddiaçının Türkiyəyə oğlu Bayrama göndərdiyini, yerdə qalan 4500 manatı Ağdam rayonunun Quzanlı kəndində əlbəəl iki nəfər şahidin yanında iddiaçıya verdiyini, iddiaçının sadəcə olaraq onu şərlədiyini qeyd etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (oğlu) X3 iştirak etdiyi 14 dekabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: 02 dekabr 2022-ci ildə İddiaçı və Cavabdeh tərəfindən imza edilmiş və Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən notarial qaydada təsdiq edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, Cavabdeh 02 dekabr 2022-ci il tarixdə İddiaçı 9800 (doqquz min səkkiz yüz) manat borc pul almış, borcu 02 iyul 2023-cü il tarixədək notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: cavabdeh tərəfindən məhkəməyə göndərilmiş “Mpay” ödəniş portalı tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən İddiaçı hesabına 2500 (iki min beş yüz) manat karta mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə hesab edir ki, iddia tələbi qismən-7300 (yeddi min üç yüz) manat məbləğində əsas borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 93,40 manat (doxsan üç manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 7393,40 manat (yeddi min üç yüz doxsan üç manat-40 qəpik) pul vəsaitinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 9800 (doqquz min səkkiz yüz) manat pul verilməsi iş materiallarında olan 02 dekabr 2022-ci il tarixli kredit müqaviləsi ilə öz təsdiqini tapmış, iddiaçının sonradan cavabdehə 3200 (üç min iki yüz) manat borc pul verməsi öz təsdiqini tapmamışdır. Cavabdeh isə iddiaçıya olan borcunu tam qaytardığını məhkəməyə göndərdiyi ərizəsində qeyd etsə də, ərizəyə əlavə olunan sənədlərdə cavabdehin iddiaçıya yalnız 2500 (iki min beş yüz) manat pul qaytarıldığı öz təsdiqini tapır. Belə olan halda, Cavabdeh 7300 (yeddi min üç yüz) manat məbləğində əsas borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 93,40 manat (doxsan üç manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilməlidir. Qalan hissədə- 7300 (yeddi min üç yüz) manatdan artıq olan 5700 (beş min yeddi yüz) manat əsas, borcu gecikdirməklə ondan faydalanmağa görə 200 manat pul və 26,60 manat (iyirmi altı manat 60 qəpik) dövlət rüsumunun pul əvəzi tələbinə dair hissədə iddia əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə 9800 (doqquz min səkkiz yüz) manatdan əlavə 3200 (üç min iki yüz) manat pul tələbinin əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7300 (yeddi min üç yüz) manat məbləğində əsas borc, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 93,40 manat (doxsan üç manat-40 qəpik) hissəsinin pul əvəzi, cəmi 7393,40 manat (yeddi min üç yüz doxsan üç manat-40 qəpik) məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-47/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-47/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver