Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-509/2023 06.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 476 (dörd yüz yetmiş altı) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 476 manat pul almışdır ki, xəstəsi vardır, gətirib verəcəkdir. Amma cavabdeh ondan aldığı pulu qaytarmamışdır. Cavabdehin səs yazıları vardır, həmçinin, cavabdehin daimi qeydiyyatda olduğu Milli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 fevral 2023-cü il tarixli 15 nömrəli arayışı ilə də öz təsdiqini tapmışdır. O, dəfələrlə cavabdehdən ona çatası 476 (dörd yüz yetmiş altı) manat pulu istəsə də, cavabdeh həmin məbləği verməkdən imtina etmişdir. İş üzrə hazırlıq iclası 08 may 2023-cü il tarixdə iddiaçının iştirakı ilə keçirilmiş, məhkəmə baxışı iclası 06 iyun 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 06 iyul 2023-cü il tarixə təxirə salımışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı 06 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasından qəsdən yayındığına görə mülki işə qiyabi icraat qaydasında baxıb, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 238-ci maddəsinin tələblərini rəhbər tutaraq və iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab еtmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, Ağdam rayonundan məcburi köçkün olmaqla Bərdə rayonunda məskunlaşmışdır; cavabdeh də Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayonda məskunlaşmışdır. Cavabdehlə bir-birlərini 2014-cü ilin əvvəllərindən tanıyırlar: belə ki, Bərdə şəhərindəki mərkəzi bazarda yerləşən təsərrüfat malları mağazasında 2014-cü ilin əvvəllərindən 2015-ci ilin əvvəllərinədək birlikdə fəhlə işləmişlər. Cavabdeh birgə işlədikləri müddət ərzində öz anasını müalicə etdirmək adı ilə ondan ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla cəmi 700 (yeddi yüz) manat borc pul almış və bildirmişdir ki, borcunu tezliklə qaytaracaqdır, lakin cavabdeh aldığı borcdan 224 (iki yüz iyirmi dörd) manatını qaytarmış, qalan 476 (dörd yüz) manatı isə hələ də qaytarmamışdır. Onda bununla bağlı cavabdehin səs yazıları olan CD-disk vardır və məhkəməyə təqdim etmişdir. İddianın təmin edilməsini xahiş edir. Audioyazıların məhkəmədə tədqiqi: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd elektron daşıyıcıya (CDdisk) məhkəmə iclasında baxış keçirilmişdir: elektron daşıyıcıda 3 (üç) audioyazı vardır: 1) “Ses 001”)-2999 KB, 2) “Səs 003”-4416 KB, 3) “Səs 004”-6748 KB. Həmin audioyazılara məhkəmə iclasında baxış keçirilərkən (dinlənilərkən) bir-birlərini “Sakin” və “Elsevər” kimi adlandıran şəxslər arasında telefon danışıqları vardır, həmin danışıqlardan “Elsevər”in “Sakin”ə olan pul borcunun qaytarılmamasından yaranan məsələ müzakirə olunur, həmçinin “Səs 004” kimi qeyd olunmuş audioyazıdan belə başa düşülür ki, tərəflər aralarında razılaşırlar ki, “Elsevər”in “Sakin”ə 496 (dörd yüz doxsan altı) manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci iltarixli qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Mülki Prosessual Məcəllənin: -238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.2-ci maddəsinə əsasən, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. -241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. -244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. -252-ci maddəsinə əsasən, qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 476 (dörd yüz yetmiş altı) manat borcunun olduğu təsdiq olunmuşdur. Ona görə də, Cavabdeh 476 (dörd yüz yetmiş altı) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini (“Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1.20 maddəsi) nəzərə alaraq hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1ci maddəsinə əsasən, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd CD-disk, iş üçün sübut əhəmiyyəti daşıdığından, iş materiallarına əlavə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 238, 242, 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 476 (dörd yüz yetmiş altı) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd CD-disk maddi sübut qismində mülki iş materiallarına əlavə edilsin. Cavabdeh, qiyabi qətnamənin surətinin оnа rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Kəlbəcər Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Kəlbəcər Rаyоn Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-509/2023
Kəlbəcər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(040)-509/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver