Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-590/2024 20.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdeh tərəfindən vurulmuş 16000 (on altı min) manat məbləğdə maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “Mercedes Benz E240 minik” markalı **-GT- *** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb verilməsi, avtomobil olmadıqda isə dəyəri olan 16000 (on altı min) manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus “Mercedes Benz E240 minik” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə verərək Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsindəki “Xaşaxuna bağları”nda 0,06 hektar torpaq sahəsini almağı cavabdehlə razılaşmışlar. Lakin cavabdeh onları aldadıb başqa şəxsə məxsus torpağı onlara satmışdır. Onlar həmin yerdə ev tikmək istəyərkən Zöhrab adlı şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, həmin torpaq sahəsi sənədlə ona məxsusdur. 2021-ci ildən bugünədək onlar cavabdehdən nə verdikləri avtomobili, nə də onun dəyərini ala bilməmişlər. Bu barədə Xəzər Rayon Polis İdarəsinə vermiş olduqları şikayətlərdən sonra Rafiq yenə onları aldadaraq bildirmişdir ki, guya torpaq əvəzinə onlardan aldığı avtomobilin eyni modelini 01 fevral 2024-cü il tarixədək alıb onlara verəcəkdir; cavabdehin verdiyi vaxt və müddət keçsə də, cavabdeh onları yenə də aldatmışdır. Avtomobili mütəxəssis rəyi ilə qiymətləndirmişlər: avtomobilin hazırkı bazar qiyməti 16000 (on altı min) manatdır. Cavabdeh tərəfindən onlara vurulan maddi ziyanın əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, digər iddiaçı Elməddin Mehtiyev onun oğludur. Cavabdehlə aralarında olan şifahi razılaşma ilə Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsindəki “Xaşaxuna bağları”nda yerləşən və cavabdehin faktiki sahibliyində olan 0,06 hektar torpaq sahəsini almağı və bunun müqabilində onlara məxsus “Mercedes Benz E240 minik” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə verməyi razılaşmışlar. Lakin cavabdeh onları aldadıb başqa şəxsə məxsus torpağı onlara qeyri-rəsmi satmışdır. Onlar həmin yerdə ev tikmək istəyərkən Zöhrab adlı şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, həmin torpaq sahəsi sənədlə ona məxsusdur. 2021-ci ildən bugünədək onlar cavabdehdən nə verdikləri avtomobili, nə də avtomobilin dəyərini ala bilməmişlər. Bu barədə Xəzər Rayon Polis İdarəsinə vermiş olduqları şikayətlərdən sonra Rafiq yenə onları aldadaraq bildirmişdir ki, torpaq əvəzinə onlardan aldığı avtomobilin eyni modelini guya 01 fevral 2024-cü il tarixədək alıb onlara verəcəkdir, lakin yenə də vədinə əməl etməmişdir. Avtomobili mütəxəssis rəyi ilə qiymətləndirmişlər, avtomobilin hazırkı bazar qiyməti 16000 (on altı min) manatdır. Ona görə də cavabdehdən “Mercedes Benz E240 minik” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb verilməsinə, avtomobil olmadıqda isə dəyəri olan 16000 (on altı min) manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, onlar iddiaçı olaraq cavabdeh tərəfindən təklif edilən 10000 (on min) manata da razıdırlar. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etmiş və İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçılara 10000 (on min) manat pul ödəməyə razıdır, ona görə də iddianın həmin etiraf olunan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 10000 (on min) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan-yəni həmin hissədə iddia etiraf olunduğundan, həmin hissədə təmin edilməlidir. Belə olan halda Cavabdeh 10000 (on min) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. İddia qalan hissədə - 6000 (altı min) manat pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından və həmin hissədə etiraf olunmadığından, həmin qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, hər iki tərəf məcburi köçkün statusunda olduqlarından, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, tərəflərin məhkəmələrə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azad olunmalarını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılara vurulmuş maddi ziyanın əvəzi olaraq 10000 (on min) manat pul vəsaiti tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-590/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-590/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver