Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-592/2024 07.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 10 avqust 2010-cu ildə doğulmuş X7 və 09 fevral 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(045)-216/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh hər ay hər uşağa görə 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 60 (altmış) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikahından 10 avqust 2010cu ildə X7 doğulmuşdur. Aralarında olan narazılığa görə nikahları 27 mart 2013-cü il tarixdə pozulmuş və uşağın saxlanması üçün 100 manat məbləğində aliment kəsilmişdir. Sonradan cavabdehlə barışıb birlikdə yaşamışlar və 09 fevral 2018-ci ildə X8 adlı övladları doğulmuşdur, cavabdeh uşağına atalıq vermişdir. Lakin yenə də cavabdehlə münasibətləri alınmadığından ayrılmışlar və Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(045)-216/2022 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər uşaq üçün 130 manat aliment tutulması qət edilmişdir. Hazırda cavabdehin verdiyi alimentlə uşaqların yaşaması çox çətindir, onların maddi tələbatını ödəmir. Hazırda uşaqlar böyüyür, xərcləri artır. O, uşaqlarını saxlamaqda, onların aylıq xərclərini ödəməkdə çətinlik çəkir. Özü ağır ürək əməliyyatı keçirmişdir, işləyə bilmir. Alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etsə də cavabdeh mediasiya prosesinə gəlməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 23 may 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, odur ki, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 23 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022ci il tarixli 2(045)-216/2022 saylı qətnaməsinə əsasən, X3 və X1 üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin Cavabdeh alınıb ona ödǝnilməsi qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 oktyabr 2012ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 avqust 2010-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh, anası- X5r. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 mart 2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 yanvar 2022-ci il tarixli 2(045)-216/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından 10 avqust 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Verdiyeva (Mehdiyeva) Nahibə Əli qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməsi, 09 fevral 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 11 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru X6 tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli MŞG/MT/032/2024-00354 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 10 avqust 2010-cu ildə doğulmuş X7 və 09 fevral 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən 130 (yüz otuz) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 10 avqust 2010-cu ildə doğulmuş X7 və 09 fevral 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(045)-216/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- 200 (iki yüz) manatdan artıq olan 50 (əlli) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Məhkəmə hazırki iş üzrə iddiaçı tərəfindən 60 (altmış) manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 10 avqust 2010-cu ildə doğulmuş X7 və 09 fevral 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(045)-216/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın, 10 avqust 2010-cu ildə doğulmuş X7 və 09 fevral 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment, həmçinin, 60 (altmış) manat mediasiya xərcinin pul əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Bu qətnamə üzrə alimentin ödənilməsi bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-592/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-592/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver