Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-634/2023 10.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pulun və ödədiyi 50 (əlli) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 8, mənzil 47-də qeydiyyatda olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olaraq xidmət edən X5 vasitəsi ilə tanıdığı Cavabdeh 08 mart 2021-cı il tarixdə onun yaşadığı mənzilə gələrək əslən Kəlbəcər rayonundan olduğunu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olaraq xidmət etdiyini və təcili pula ehtiyacı olduğunu bildirib ondan 2800 (iki min səkkiz yüz) manat borc pul istəmişdir. Cavabdeh onu inandırmışdır ki, əgər o, Nəcəfə 2800 (iki min səkkiz yüz) manat borc pul versə, aldığı borc pulu beş ay müddətində qaytaracaqdır. O da inanıb, 08 mart 2021-ci il tarixdə Cavabdeh 2800 (iki min səkkiz yüz) manat borc pul vermişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olması barədə “AD № 0017673” nömrəli şəxsi vəsiqəsini və “AC 649142” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsini ona girov qoyaraq, öz xətti ilə “mən, Cavabdeh 2021-cı ilin 3-cü ayın 8-də X1 2800 (iki min səkkiz yüz) manat borc məqsədi ilə pul aldım, aldığım bu pulu 5 (beş) ay müddətinə qaytaracağam, yazdığım bu izahatı öz imzamla təsdiqləyirəm” məzmununda qəbz yazmışdır. O, cavabdehin istifadə etdiyi “***-***-**-**” nömrəli mobil telefonuna dəfələrlə zəng edib ondan aldığı 2800 (iki min səkkiz yüz) manat pulu geri qaytarmasını tələb etsə də, cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını bildirmiş, lakin bugünədək borcunu qaytarmamışdır. Daha sonra isə telefonları da açmamışdır. O, cavabdehin yaşadığı Göygöl rayonunun Üçtəpə kəndinə getsə də, cavabdeh ondan gizlənmişdir. Onun bildiyinə görə, cavabdeh işdən də çıxmışdır. Cavabdeh borcunu qaytarmadığına görə, o, ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh 2021-ci ilin mart ayında ona özünə toy edəcəyini və buna görə pul lazım olduğunu bildirərək, ondan 2800 (iki min səkkiz yüz) manat borc pul verməsini xahiş etmişdir. O da 2800 (iki min səkkiz yüz) manat pulu düzəldib cavabdehə vermişdir. Cavabdeh ondan aldığı borcun təminatı olaraq öz əməkhaqqı kartını və özünə aid sənədləri ona vermiş, lakin cavabdeh kartı bağlatmışdır. Cavabdehdən pulunu geri tələb edəndə, cavabdeh hər dəfə onu aldadaraq pulunu qaytarmamışdır. O, cavabdehə verdiyi pulun 500 (beş yüz) manatını məhkəməyə şahid qismində gətirdiyi Nənəxanımdan və digər 500 (beş yüz) manatını isə o biri şahid Leyladan alıb vermişdir. Cavabdeh halhazırda ona 2800 (iki min səkkiz yüz) manat borcu qalmışdır. Ona görə də Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pulun və ödədiyi 50 (əlli) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə iddiaçının ata evində qonşudurlar. Onlar öz aralarında “lotereya oyunu” oynamışlar (burada “lotereya oyunu” dedikdə, bir neçə nəfər şəxsin əvvəlcədən birgə razılaşması ilə müəyyən zaman daxilində hər bir iştirakçının eyni miqdarda təqdim etdiyi pulun cəminin növbə iştirakçılara verilməsidir-hakimin qeydi). 2021-ci ilin mart ayında, o, “lotereyanın” pulunu götürəndə Nürəstə ona demişdir ki, Nəcəf adlı şəxs var, toy edir, ona təcili pul lazımdır, pulu toydan sonra qaytaracaqdır. Nürəstə ondan 500 (beş yüz) manat pul almışdır ki, Nəcəfə versin. Nürəstə pulu Nəcəfə onun yanında verməmişdir. Lakin sonra Nəcəf pulu qaytarmayanda Nürəstə ilə birlikdə Nəcəfin evinə getmişlər. Nəcəf hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan imtina etmişdir. O, Cavabdeh iddiaçıya 2800 (iki min səkkiz yüz) manat borcunun olduğunu tərəflər arasında onun yanında olan danışıqdan bilir. Şahid qismində məhkəmə iclasında dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə iddiaçının ata evində qonşudurlar. 2021-ci ilin mar ayında qonşusu Nürəstə ondan 500 (beş yüz) manat borc pul almışdır ki, Nəcəf adlı şəxsə versin. Nəcəf də iddiaçıdan pulu aldıqdan sonra qaytarmamışdır. O, Cavabdeh iddiaçıya 2800 (iki min səkkiz yüz) manat borcunun olduğunu tərəflər arasında onun yanında olan danışıqdan bilir. İş materiallarında olan: Cavabdeh dından tərəfindən əlyazma ilə yazılmış və imza edilmiş qəbzdən görünür ki, Cavabdeh 2021-ci ilin mart ayının 8-də borc məqsədilə İddiaçı 2800 (iki min səkkiz) manat pul almış, Aldığı pulu 5 ay müddətində qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat borc almasını qəbzdə göstərmiş və imzası ilə təsdiq etmişdir. Lakin cavabdeh borcu qaytarmamış və götürdüyü öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçıya borclu olması şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-634/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-634/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver