Məhkəmə qərarları › İş №2(040)-635/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-635/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-635/2023 16.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7400 (yeddi min dörd yüz) manat məbləğində əsas borc pulun, 1500 (min beş yüz) manat əlavə dəymiş zərərin əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2019-cu ildə Bakı şəhərinin 8-ci km qəsəbəsində yerləşən, cavabdehə məxsus “Stil” kişi geyimləri salonu”nda tanış olmuş və aralarında dostluq əlaqəsi yarandığından, cavabdehin daimi müştərisi olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə məxsus olan obyektləri göstərmiş və ondan həmin obyektləri işlətmək üçün borc pul verməsini xahiş etmişdir. O, cavabdehin səmimiyyətinə inanaraq razılaşmış, cavabdeh ondan 2022-ci ilin aprel və may aylarında hissə-hissə olmaqla 2000 (iki min manat), 3500 (üç min beş yüz manat), 1400 (min dörd yüz) manat, ümumilikdə 7400 (yeddi min dörd yüz) manat pul borc almış və 2022-ci ilin avqust ayında qaytaracağını, hətta ona əlavə pul yardımı köməkliyi edəcəyini bildirmişdir. Cavabdehin vaxtında pulu qaytarmaması səbəbindən ona əlavə olaraq 1500 (min beş yüz) manat əlavə zərər dəymişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.Cavabdeh əlyazması və öz imzası ilə borc aldığını təsdiq etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etdiyinə görə, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət etmiş, cavabdeh polis bölməsində araşdırma zamanı borc pul aldığını etiraf etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 08 iyun 2023-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 05 iyul 2023, 27 iyul 2023-cü il tarixə təxirə salınmış və məhkəmə baxışı iclası 16 avqust 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişdir. O, 16 avqust 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə imzalayacağını bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin vəkillə müqavilə bağlaması üçün əvvəldən kifayət qədər vaxtı olduğunu nəzərə alaraq və həmin teleqramın göndərilməsini məhkəmənin vaxtının lüzumsuz olaraq uzadılmasına xidmət etməsi kimi qiymətləndirmiş və məhkəmə iclasının təxirə salınmasından imtina etmiş, cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2019-cu ildə Bakı şəhərinin 8-ci km qəsəbəsində yerləşən, cavabdehə məxsus “Stil” kişi geyimləri salonu”nda tanış olmuş və aralarında dostluq əlaqəsi yarandığından, cavabdehin daimi müştərisi olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə məxsus olan obyektləri göstərmiş və ondan həmin obyektləri işlətmək üçün borc pul verməsini xahiş etmişdir. O, cavabdehin səmimiyyətinə inanaraq razılaşmış, cavabdeh ondan 2022-ci ilin aprel və may aylarında hissə-hissə olmaqla 2000 (iki min manat), 3500 (üç min beş yüz manat), 1400 (min dörd yüz) manat, ümumilikdə 7400 (yeddi min dörd yüz) manat pul borc almış və 2022-ci ilin avqust ayında qaytaracağını, hətta ona əlavə pul yardımı köməkliyi edəcəyini bildirmişdir. Cavabdehin vaxtında pulu qaytarmaması səbəbindən ona əlavə olaraq 1500 (min beş yüz) manat əlavə zərər dəymişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.Cavabdeh əlyazması və öz imzası ilə borc aldığını təsdiq etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etdiyinə görə, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət etmiş, cavabdeh polis bölməsində araşdırma zamanı borc pul aldığını etiraf etmişdir. Məhkəmədən iddianın təmin edilməsini, Cavabdeh 7400 (yeddi min dörd yüz) manat məbləğində əsas borc pulun, 1500 (min beş yüz) manat əlavə dəymiş zərərin əvəzinin və dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 27 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıdan 2022-ci ilin mart ayında əvvəlcə 1250 (min iki yüz əlli) manat, daha sonra 2000 (iki min) manat pul almışdır. Aldığı hər min manata görə 15 faiz ödəməli olmuşdur. İddiaçıdan götürdüyü cəmi 3250 (üç min iki yüz əlli) manat pula görə bugünədək 3850 manat pul ödəmişdir. Pulu İddiaçı kart hesabına ödəmişdir. Yəni, o iddiaçıdan aldığı pulu artıqlaması ilə iddiaçının özünə qaytarmışdır. Hal-hazırda iddiaçıya heç bir borcu yoxdur (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən icraatinda olan HK-1-783 saylı material əsasında 26 mart 2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, izahatı alınan Cavabdeh X1 3250 (üç min iki yüz əlli) manat pul borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, iddia qismən-3250 (üç min iki yüz əlli) manat pulun tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan 3250 (üç min iki yüz əlli) manat borc almasını etiraf etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan 3250 (üç min iki yüz əlli) manat borcunu ödədiyini bildirsə də, borcun qaytarılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda Cavabdeh 3250 (üç min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qalan hissədə- iddianın təmin edilmiş 3250 (üç min iki yüz əlli) manatdan artıq 5650 (beş min altı yüz əlli) manat hissədə isə qanunun tələbi pozulduğuna (yazılı formada borc müqaviləsi bağlanmadığına) görə və iddia tələbinin əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə həmin hissədə iddia rədd edilməlidir. Bundan başqa, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq, 52,50 manat (əlli iki manat 50 qəpik) dövlət rüsumunun pul əvəzi də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3250 (üç min iki yüz əlli) manat məbləğdə pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 52,50 manat (əlli iki manat 50 qəpik) dövlət rüsumunun pul əvəzi də tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar