Məhkəmə qərarları › İş №2(040)-64/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-64/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-64/2024 13.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş olan 74000 (yetmiş dörd min) manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (cinayət işi üzrə təqsirləndirilən şəxs) ona məxsus olan əmlakı hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində donuz alveri ilə məşğul olmaq adı ilə hissə-hissə ümumilikdə 74000 (yetmiş dörd min) manat dəyərində donuzları nisyə alqı-satqı qaydasında alıb, baha qiymətə satıb, pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə onu inandırıb etibarından sui-istifadə etmişdir. Belə ki, Cavabdeh etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək Gəncə şəhərinin müxtəlif yerlərində donuzları ələ keçirib ona 74000 (yetmiş dörd min) manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Cavabdeh uzun müddətdir ki, tanıyır. Onunla əvvəllər heç bir düşmənçiliyi və yaxud hər hansı bir ədavəti olmamışdır. Cavabdehla birlikdə donuz alveri etmək, donuzları saxlayıb bəsləmək barədə razılaşmışlar. Belə ki, 2019-cu ilin təxminən sentyabr ayında “Bank of Baku”nun Gəncə filialından 10000 (on min) manat, “Access Bank”ın Gəncə şəhər filialından isə 15000 (on beş min) manat götürüb Cavabdehla birlikdə Oğuz və Qax rayonlarından donuzlar alıb Avtozavod qəsəbəsi zibilliklərində saxlamağa başlamışlar. Aralarında olan razılaşmaya görə donuzlardan gələn qazancdan hər ikisinin xeyri çıxıldıqdan sonra əldə olunan pul həmin bankların ödənişlərinə verilməli idi. Cavabdehla 3- 4 ay bu qaydada işləmiş, sonra Daşkəsən rayonunda olan donuz fermasından 181 ədəd donuz gətirib onu da həmin zibilliyə düşürmüşlər. Cavabdeh bildirmişdir ki, donuzları lazımı yerə satıb pulunu ona verəcəkdir. Cavabdeh ona məxsus donuzları Daşkəsən rayonundan Rövşən adlı şəxsin idarə etdiyi “Qazel” markalı avtomobillə gətirib həmin zibilliyə tökmüşdür. Sonradan Cavabdeh ona demişdir ki, donuzların alqı-satqısı ilə o özü məşğul olsun, onunla şərik işləmək istəmir, donuzları satıb pullarını verəcəkdir. Belə olan halda, Cavabdeh pul götürdüyü bankların pulunu necə qaytaracaqlarını soruşduğu zaman Cavabdeh bu barədə narahat olmamasını və həmin bankların kreditini özü ödəyəcəyini demişdir. Belə olan halda, o, Cavabdeh sözünə etibar etmiş və razılaşmışdır. Bundan sonra, Cavabdeh təxminən 4-5 ay bankların kredit pulunu ödəmiş, lakin sonradan ödənişi dayandırmışdır. Artıq bankların hər gün onu narahat etməsini görüb bankların kreditini özü ödəməyə başlamışdır. Cavabdeh fermada olan donuzların bir hissəsini Gəncə şəhəri ərazisində donuz əti satışı ilə məşğul olan Alim adlı şəxsin adını bilmədiyi övladları ilə gəlib, kəsib, ət şəklində aparmışdır. Cavabdeh 2022-сi ilin mart ayına kimi donuz alverindən arada-sırada ona qazanc olaraq pul vermiş, axırıncı hesabatda Cavabdeh ona donuz alverindən 60000 (altmış min) manat borcu olduğunu demiş və həmin vaxt onu mobil telefonla videoya çəkmişdir. Onu da qeyd edir ki, Cavabdeh ona olan borcunun əvəzinə “Mercedes Benz” markalı avtomobil vermiş, lakin sonradan həmin avtomobilin Sədi adlı şəxsə məxsus olmasını bilmiş, həmin şəxs də gəlib avtomobilini aparıb getmişdir. Cavabdeh ona nə donuz alverindən qazanc vermədiyi, birgə alver məqsədi ilə öz adına banklardan götürdüyü pulların kreditini ödəmədiyi, eyni zamanda, Cavabdeh ayrı-ayrı şəxslərə qarşı dələduzluq etdiyi üçün polis tərəfindən tutulduğunu görüb Gəncə şəhər prokurorluğuna gedib Cavabdeh birgə donuz alveri edən zaman ona qarşı etdiyi dələduzluğa görə qanuni tədbir görülməsi məqsədilə şikayət edib və ona dəymiş olan 74000 (yetmiş dörd min) manat məbləğində maddi ziyanın geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Bildirir ki, təqsirləndirilən şəxs Cavabdeh qeyd olunan cinayət əməlini törətməsini özü qismən etiraf etmiş, eyni zamanda, məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri əsasında təqsirləndirilən şəxs Cavabdeh yol verdiyi qanunsuzluq öz təsdiqini tapmışdır. Bildirmək istəyir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-111/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023cü il tarixli, 1(100)-111/2023 saylı hökmündən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(104)- 250/2023 nömrəli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-111/2023 saylı hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilməmişdir. Lakin etibarından sui-istifadə ilə müşayiət olunan, aldatma yolu ilə onun əmlakını ələ keçirən, əmlak hüququnu əldə edən cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən hələ də ona dəymiş olan 74000 (yetmiş dörd min) manat məbləğində maddi ziyan geri qaytarılmamışdır. Odur ki, Cavabdeh tərəfindən ona dəymiş olan 74000 (yetmiş dörd min) manat məbləğində maddi ziyanın geri qaytarılmasını qanunamüvafiq hesab edir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona dəymiş olan 74000 (yetmiş dörd min) manat məbləğində maddi ziyanın və dövlət rüsumu olaraq ödədiyi 312,47 manat (üç yüz on iki manat 47 qəpik) pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında şəxsən və ya nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək ona 74000 (yetmiş dörd min) manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-111/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh qeyd olunan cinayət əməlini törətməsini özü qismən etiraf etmiş, eyni zamanda, məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri əsasında təqsirləndirilən şəxs Cavabdeh yol verdiyi qanunsuzluq öz təsdiqini tapmışdır. Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Cavabdeh tərəfindən hələ də ona dəymiş olan 74000 (yetmiş dörd min) manat məbləğində maddi ziyan geri qaytarılmamışdır. Ona görə də Cavabdeh tərəfindən ona dəymiş olan 74000 (yetmiş dörd min) manat məbləğində maddi ziyanın və dövlət rüsumu olaraq ödədiyi 312,47 manat (üç yüz on iki manat 47 qəpik) pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-111/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdə qeyd edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə tanışı İddiaçı əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədilə İddiaçı ilə aralarında yaranan etibarlı münasibətdən sui-istifadə edərək 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində donuz alveri ilə məşğul olmaq adı ilə hissə-hissə ümumilikdə 74000 (yetmiş dörd min) manat dəyərində donuzları nisyə alqı-satqı qaydasında alıb, baha qiymətə satıb, pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək Gəncə şəhərinin müxtəlif yerlərində donuzları ələ keçirib zərərçəkmiş şəxsə 74000 (yetmiş dörd min) manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(104)-250/2023 nömrəli qərarının surətindən görünür ki, məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(100)-111/2023 saylı hökmünün məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 74000 (yetmiş dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 312 (üç yüz on iki) manat dövlət rüsumunun və 0,47 manat (qırx yeddi qəpik) bank komissiya xərcinin pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 74000 (yetmiş dörd min) manat və iddiaçı tərəfindən ödənilmiş 312 (üç yüz on iki) manat dövlət rüsumunun, 0,47 manat (qırx yeddi qəpik) bank komissiya xərcinin pul əvəzi, cəmi 74312,47 manat (yetmiş dörd min üç yüz on iki manat 47 qəpik) pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar