Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-670/2024 27.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “10200 (on min iki yüz) manat məbləğdə pul borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10200 (on min iki yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təxminən bir il yarım bundan əvvəl cavabdeh ona müraciət edərək, ondan borc pul istəmiş, o cavabdehə etibar edərək ona əvvəlcə 5000 (beş min) manat notariusda, daha sonra 4000 (dörd min) manat əlavə olaraq nağd şəkildə pul vermişdir. O, bu pulları kredit götürərək cavabdehə vermiş və razılaşmışlar ki, cavabdeh kreditlərin faizini də ödəyəcəkdir. Beləliklə, cavabdeh ona ümumilikdə 12600 (on iki min altı yüz) manat pulu 1 il ərzində ödəməli idi. Lakin cavabdeh onu aldatmış və o məcbur qalaraq Bakı şəhəri Binəqədi rayon polis idarəsinə müraciət etmişdir. Orada müstəntiq Emin Musayev araşdırma aparmış və cavabdehin izahatını almışdır. Cavabdeh borcunu tam etiraf etmiş və söz vermişdir ki, ayda 800 (səkkiz yüz) manat olmaqla borcunu qaytaracaqdır. Lakin təxminən bir il keçməsinə baxmayaraq cavabdeh borcundan cəmi 2400 (iki min dörd yüz) manat pul ödəmişdir. Son aylar cavabdeh onun zənglərinə cavab vermir. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ona olan ümumi 12600 (on iki min altı yüz) manat borcundan 2400 (iki min dörd yüz) manatını qaytarmış, qalan borcunu isə qaytarmaqdan yayınmışdır. Cavabdehin hazırda ona 10200 (on min iki yüz) manat borcu vardır. Cavabdehdən 10200 (on min iki yüz) manat borcunu tələb edir və iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən icraatında olan HK-1-391 nömrəli material əsasında qəbul edilmiş 28 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən də görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında ona 12600 (on iki min altı yüz) manat borcunun olması və bu barədə qəbz yazdığını etiraf etmişdir. İş materiallarında olan: 15 sentyabr 2022-ci ildə borcverən İddiaçı və borcalan Cavabdeh tərəfindən imzalanmış və Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən notarial qaydada təsdiq edilmiş (reyestr № 3M-1204) “Kredit müqaviləsi”ndən görünür ki, Cavabdeh 15 sentyabr 2022-ci il tarixdə İddiaçı 4000 (dörd min) manat borc pul almış, borcu 15 sentyabr 2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 148x210 mm ölçülü 1 (bir) vərəq damalı şagird dəftəri vərəqində Cavabdeh adından əlyazma ilə yazılmış qəbzdə “mən Cavabdeh İddiaçı 12600 AZN xx.xx.2022-ci il tarixdə borc aldım. O pulu xx.xx.2023-cü il tarixdə qaytaracağıma söz verirəm. Əks halda hüquq mühafizə orqanlarına müraciət etməyinə etiraz etmirəm. Yazılanları özüm yazdım və öz imzamla təsdiq edirəm. İmza Abdulov.E AZE №0*******” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsindən görünür ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 4000 (dörd min) manat pul verilməsi iş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi ilə, cavabdehin ümumilikdə iddiaçıya 27 dekabr 2022-ci il tarixdə 12600 (on iki min altı yüz) manat borclu olması iş materiallarında olan qəbzdə öz təsdiqini tapmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla belə, iddiaçı cavabdehin ona olan borcundan 2400 (iki min dörd yüz) manat ödədiyini və hazırda cavabehin ona 10200 (on min iki yüz) manat borcunun qaldığını bildirmişdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Belə olan halda Cavabdeh 10200 (on min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10200 (on min iki yüz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-670/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-670/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver