Məhkəmə qərarları › İş №2(040)-694/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-694/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-694/2023 11.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 942,57 manat əsas, 13,28 manat faiz, 0 manat cərimə və 0 manat komisyon haqqı olmaqla, cəmi 955,85 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X1 Məhəmməd oğlu arasında bağlanmış 03 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, ona 84 ay müddətinə, illik faiz dərəcəsi 27 faiz olmaq şərti ilə 100 manat məbləğdə kredit limiti ayrılmış, ona bank hesabı açılmış və kredit kartı təqdim edilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə, borcverən kredit limitini heç bir əlavə sənədləşmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. X3 Xidmət Mərkəzi Notariat ofisinin 10 yanvar 2023-cü il tarixli cavab məktubu ilə Əzimov Nurəddin Məhəmməd oğlunun vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. X1 Məhəmməd oğlunun kredit müqaviləsi üzrə"xxxx" KB ASC-yə 942,57 manat əsas, faiz borcu üzrə 13,28 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 955,85 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, 03 aprel 2014-cü il tarixli“280tkBRD/14” nömrəli“Kredit və Bank hesabı müqaviləsi”ndən görünür ki, iddiaçı"xxxx" ASC X1 Məhəmməd oğluna 84 ay müddətinə, illik faiz dərəcəsi 27 faiz olmaq şərti ilə 100 manat məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari ssuda) açır və ödəniş kartı təqdim edir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Əzimov Nurəddin Məhəmməd oğlunın 03 aprel 2014-cü il tarixli “280tkBRD/14” nömrəli kredit müqaviləsi üzrə həmin tarixə borcu - əsas məbləğ üzrə 942,57 manat, faiz borcu üzrə 13,28 manat, cərimə üzrə 0 manat olmaqla ümumilikdə 955,85 manat təşkil edir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən göndərilmiş (poçt qəbzi var) 14 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: AZ-İ 975427 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzimov Nurəddin Məhəmməd oğlu 31 dekabr 2018-ci ildə Bərdə rayonu Zümürxan kəndində ölmüşdür. İş materiallarında olan: X3 Xidmət Mərkəzi Notariat ofisinin 10 yanvar 2023-cü il tarixli 63/2023 saylı məktubundan və "Elektron Notariat" Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, Əzimov Nurəddin Məhəmməd oğlunun adına miras qalmış Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumi sahəsi 0,11 hektar olan torpaq sahəsi və buraxılış ili 1989-cu il olan VAZ 21063 minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh qanun üzrə vərəsə kimi mərhumun mirasını qəbul etdiyindən X1 Məhəmməd oğlunun kredit müqaviləsi üzrə borcları vərəsənin aldığı miras payına mütənasib surətdə ona keçməlidir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hakim hesab edir ki, iddia təmin edilməli, 03 aprel 2014-cü il tarixli “280tkBRD/14” nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 942,57 manat (doqquz yüz qırx iki manat 57 qəpik) əsas borc, 13,28 manat (on üç manat 28 qəpik) faiz, 0 (sıfır) manat cərimə olmaqla cəmi 955,85 manat (doqquz yüz əlli beş manat 85 qəpik) borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 942,57 manat (doqquz yüz qırx iki manat 57 qəpik) əsas borc, 13,28 manat (on üç manat 28 qəpik) faiz borcu olmaqla, cəmi 955,85 manat (doqquz yüz əlli beş manat 85 qəpik) kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar