Məhkəmə qərarları › İş №2(040)-721/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-721/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-721/2025 30.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh Elbrus oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Elbrus oğluna qarşı “qazanca görə aliment ödənilməsinin şərtləri dəyişdirilməklə 250 manat sabit pul məbləğində ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahından 29 may 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının dörddəbir (1/4) hissəsi miqdarında təyin edilmiş alimentin dəyişdirilərək, hər ay 250 (iki yüz əlli) manat sabit məbləğdə alimentin müəyyən edilməsi və mediasiya təşkilatına ödədiyi 60 (altmış) manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 29 avqust 2019-cu il tarixdə rəsmi olaraq evlənmiş, rəsmi nikahlarından 26 may 2020-ci ildə övladı X4 doğulmuşdur. Cavabdehlə aralarında olan söz-söhbətə görə ayrılmışlar; uşaq onun himayəsində yaşayır. Cavabdehdən Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən qızı X1 üçün hər ay qazancının dörddəbir (1/4) hissəsində alimentin tutulması qət edilmişdir. Cavabdeh hərbi hissədə işləyərkən (müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən- hakimin qeydi) alimenti hər ay vaxtı-vaxtında kart vasitəsilə almışdır. Hal-hazırda cavabdeh uşağına aliment verməmək üçün özü işdən azad olmuşdur. Artıq iki ildən çoxdur ki, o, uşağın saxlaılması üçün aliment ala bilmir; cavabdeh isə uşağına könüllü olaraq heç bir maddi köməklik göstərmir. O, övladının saxlanması üçün hər ay 350 (üç yüz əlli) manatdan çox xərc çəkir. Digər tərəfdən isə, uşaq üçün çəkilən bütün əlavə xərcləri də o çəkir: uşağın məktəb xərcləri, geyim xərcləri, xəstəlik xərcləri və digər əlavə xərcləri də o təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcdə ona köməklik etmir və heç bir maddi köməklik göstərmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır. O, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının dörddəbir (1/4) hissəsi miqdarında təyin edilmiş alimentin dəyişdirilərək sabit məbləğdə aliment təyin edilməsi tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya prosesinə gəlməmiş, bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Mülki iş üzrə hazırlıq iclası 03 iyun 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 30 iyun 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, 26 may 2020-ci ildə doğulmuş övladı X4 hal-hazırda da onun himayəsindədir və cavabdeh uşağın saxlanmasında ona heç bir yardım etmir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, hazırda işləmədiyindən və maddi imkanı aşağı olduğundan, həmçinin ikinci dəfə ailə qurduğundan və ikinci evliliyindən də iki azyaşlı uşaqları olduğundan, 29 may 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment ödəyə bilər. Əlavə olaraq bildirmişdir ki, o, Gəncə Hərbi Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmünə əsasən 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hal-hazırda cəza çəkməkdə davam edir; cəza müddətinin sonu 15 may 2026-cı il tarixdə başa çatır; hazırda iş tapmaqda çətinlik çəkdiyindən, aylıq 150 (bir yüz əlli) manatdan artıq aliment ödəməyə imkanı çatmır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 iyun 2024-cü il tarixdə verilmiş “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(040)-667/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur; nikaha 09 yanvar 2024cü il tarixində xitam verilmişdir; bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 19 yanvar 2024-cü il tarixdə 07 nömrə ilə qeyd edilmişdir; nikah pozulduqdan sonra kişiyə “Quluzadə”, qadına “Quluzadə” soyadları verilmişdir İş materiallarında olan: Gəncə “ASAN xidmət” X8 tərəfindən 19 iyun 2020-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X4 19 may 2020-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2023-cü il tarixli 2(040)-667/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 29 avqust 2019-cu il tarixdə 1 saylı Gəncə Regional “ASAN xidmət” X8 tərəfindən “2029” nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 29 may 2020-ci ildə doğulmuş X2 nikah pozulduqdan sonra anası (cavabdeh) İddiaçı yanında saxlanılması, 18 iyul 2023-cü il tarixdən hesablanmaqla, 29 may 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 (M- 00185) tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli MŞG/1/2025-00094 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Gəncə Hərbi Məhkəməsinin 1- 1(095)-173/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli hökmünə əsasən 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırda cəzasını çəkməkdə davam edir. Cəza müddətinin sonu 15 may 2026-cı il tarixdə başa çatır. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, Cavabdeh 08 fevral 2024-cü il tarixdə X7 ilə ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan da iki azyaşlı övladı- 23 avqust 2020-ci ildə qeyri-rəsmi nikahdan doğulmuş X3 və 18 aprel 2024cü ildə doğulmuş X5. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(040)- 667/2023 saylı qətnaməsi ilə təyin edilmiş, 29 may 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və gəlirlərinin dörddəbir (1/4) hissəsi miqdarında tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanması üçün əlverişli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin miqdarının hesablanması dəyişdirilməli, sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(040)-667/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və gəlirlərinin dörddəbir (1/4) hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 30 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tələb edilən alimentin həmin məbləğdə tutulmasının əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini (“Dövlət rüsumu haqqında” Qanunun 9.1.20 maddəsi), cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini (“Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsi) nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 29 may 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(040)-667/2023 saylı qətnaməsi ilə Cavabdeh Elbrus oğlundan tutulmalı olan alimentin hesablanma qaydası 30 iyun 2025-ci il tarixdən etibarən dəyişdirilsin, 29 may 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, 30 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh Elbrus oğlundan İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğdə pul vəsaiti də Cavabdeh Elbrus oğlundan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin iddianın təmin edilmiş hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar