Məhkəmə qərarları › İş №2(040)-744/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-744/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-744/2024 15.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Mercedes Benz E 230” markalı avtomobillə bağlı 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin naturada və ya dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” (minik) markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yevlax rayonlararası qeydiyyat-imtahan və X7 bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada və ya mümkün olmazsa dəyəri olan 9200 (doqquz min iki yüz) manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Sözügedən avtomobili 13 dekabr 2020-ci ildə 9200 (doqquz min iki yüz) manata satın almış və öz adına da sənədləşdirmişdir. Həmin avtomobili idarə etmək üçün (həmçinin avtomobilə dair sərəncam vermək üçün-hakimin qeydi) oğlu X1 adına baş etibarnamə vermişdir. X6 “Mercedes Benz E 230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoqəza törətmiş və avtoqəza nəticəsində avtomobilə maddi zərər dəymişdir. Avtomobilin təmirinə 2000 (iki min) manat lazım olmuş, oğlu Cəmaləddin bu baradə tanışları Nasir adlı şəxsə bildirəndə Nasir onlara bildirmişdir ki, Sevdimalı adlı şəxs tanıyır, istənilən şəxsə faizlə sələmə pul verir. X6 Cavabdehla danışmış, avtomobili təmir etdirmək üçün pul lazım olduğunu bildirərək 2500 (iki min beş yüz) manat sələmə pul istəmişdir. Cavabdeh oğlu Cəmaləddin qarşısında şərt qoymuşdur ki, 2500 (iki min beş yüz) manatı bu şərtlə verir ki, avtomobil Sevdimalının adına keçirilsin, Sevdimalı oğluna sürmək üçün etibarnamə versin, pulu qaytardıqdan sonra avtomobili yenidən oğlunun adına keçirsin. Oğlunun pula ehtiyacı olduğundan cavabdehə inanaraq razılaşmış, Sevdimalıdan 2500 (iki min beş yüz) manat almışdır. Eyni zamanda X6lə Cavabdeh arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban: WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E 230" (minik) markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və X7 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin vaxt avtomobilin sənədləşdirilməsi üçün oğlu Cəmaləddindən 600 (altı yüz) manat pulu geri almışdır. Pulun 500 (beş yüz) manatını isə Nasir borca istəmiş, Cəmaləddin pulun 500 (beş yüz) manatını Nasirə borc kimi vermişdir. Alğı-satqı edərkən heç bir bank hesabına pul köçürməmişlər. Cavabdeh oğlu Cəmaləddinin adına üç ay müddətinə sürmək üçün etibarnamə vermişdir. Oğlu ilə cavabdeh arasında olan borc razılaşmasına görə, 2500 (iki min beş yüz) manat pula görə hər ay 500 (beş yüz) manat olmaqla Sevdimalıya sələm verməli, 2500 (iki min beş yüz) manat borc isə tam şəkildə ödənildikdən sonra cavabdeh avtomobili oğlunun adına qaytarmalı idi (Bu faktları təsdiq edəcək “VotsApp”da səs yazıları vardır). Oğlu Cəmaləddin iki ay, hər ay üçün 500 (beş yüz) manat sələm, cəmi 1000 (min) manat sələmi vasitəçi olmuş Nəsirin vasitəsi ilə cavabdehə vermişdir. Bir ay sonra isə X6 Cavabdeh 2500 (iki min beş yüz) manatı və 500 (beş yüz) manat faizi bir dəfəyə ödəmək istədiyini bildirmiş və avtomobili geri qaytarmasını xahiş etmişdir. Lakin cavabdeh bildirmişdir ki, maşın onun mülkiyyətindədir, maşını icarəyə vermiş, maşını qaytarmayacaq və maşını alacaq. Oğlu avtomobili vermək istəmədikdə Sevdimalı avtomobili polis vasitəsi ilə almışdır. Cavabdeh avtomobili qaytarmaq əvəzinə hələ üstəlik maşına vurulmuş zərəri də oğlundan tələb etmişdir. Belə ki, Cavabdeh X2 qarşı vurulmuş zərər tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldırmışdır. X6 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ve avtomaşının qaytarılması tələbinə dair qarşılıqlı iddia təqdim etmişdir. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)- 575/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh X2 qarşı avtomobilə vurulmuş 6415 (altı min dörd yüz on beş) manat zərər tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilərək Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban nömrəsi: WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 230” (minik) markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat- İmtahan və Texnikí Baxış Şöbəsində aparılmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, avtomobil Cavabdeh alınaraq qanuni sahibinə qaytarılmışdır. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)- 75/2023 saylı qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə məhkəmədə baxılmış və Gəncə Apellyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(104)-591/2024 saylı qətnaməsinə əsasən Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban nömrəsi: WDV2100371A051397, 90-ES- 041 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 230 minik” markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X7 aparılmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qanuni sahibinə qaytarılmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qarşılıqlı iddianın təmin olunmamasına əsas kimi iddiaçı X1 mübahisə predmeti olan **-ES-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 230 minik” markalı avtomobilə dair heç bir mülkiyyət hüququnun qeydə alınmaması olmuşdur. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-75/2023 saylı qətnaməsinin iddiaçı Cavabdeh X2 qarşı avtomaşına vurulmuş 6415 (altı min dörd yüz on beş) manat zərər tələbinə dair iddiasının təmin edilməməsi hissəsi dəyişdirilməmişdir. Qeyd edir ki, X4 və Sevdimalıdan səlǝm qaydasında 2500 (iki min beş yüz) manat borc pulun alınıb Cəmaləddinə verilməsində vasitəçilik etmiş Nəsir adlı şəxsin aralarında avtomobillə və pulların ödənilməsii ilə bağlı davamlı yazışmalar aparılmış, həmin yazışmalarda Nəsir adlı şəxs Cəmaləddindən “onun Sevdimalıdan götürdüyü pulların faizlərini ödəməyi” xahiş etmişdir. Həmçinin Cavabdeh iddiasında avtomobilin özünə məxsus olmasını, icarə qaydasında Cəmaləddinə verdiyini göstərsə də, Cavabdeh Cəmaləddin Babayev və sonuncunun bibisi oğlu Elməddinin aralarında aparılan telefon və canlı danışıqların səs yazılarından görünür ki, Cavabdeh həmin danışıqlar zamanı bir dəfə də olsun satın aldığını iddia etdiyi “Mercedes Benz E 230” (minik) markalı avtomobilin özünə məxsus olması, icarəyə verməsi barədə heç bir fikir bildirməmiş, yalnız ondan Cəmaləddinin aldığı pulların qaytarılmasını istəmiş, pulunun veriləcəyi təqdirdə avtomobili sahiblərinə qaytaracağını bildirmişdir. Cavabdehla oğlu Cəmaləddin Əsədov arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Oğlu cavabdehdən sələm qaydasında aldığı 2500 (iki min beş yüz) manat pulun qaytarılmasını təmin etmək üçün bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu ǝqd kimi qiymətləndirilməlidir. Həmin əqd həqiqi alğısatqı niyyəti ilə aparılmamışdır. Tərəflər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış ǝqd əhəmiyyətsizdir. Göründüyü kimi, 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi həqiqətdə heç də avtomobil alğı-satqısı aparmaq niyyəti ilə edilməmiş, tərəflər bir-birlərinə avtomobilin dəyərini ödəməmiş, əslində isə həmin alğı-satqı Sevdimalının Cəmaləddinə verdiyi 2500 (iki min beş yüz) manat pulu pərdələmək məqsədi ilə, Cavabdeh təkidi ilə formal olaraq aparılmışdır. Ona görə də hesab edir ki, Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban nömrəsi: WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E 230" (minik) markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və X7 bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi və "Mercedes Benz E 230" markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada və ya mümkün olmazsa dəyəri olan 9200 (doqquz min iki yüz) manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş üzrə hazırlıq iclası 17 iyul 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 15 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış şöbəsinin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının qeyd etdikləri tamamilə yalandır. Belə ki, 2022-ci ildə iddiaçının oğlu Cəmaləddin onun yanına gələrək icarəyə avtomobil götürmək istədiyini bildirmiş, o isə həmin vaxt onda icarəyə verməyə avtomobil olmadığını bildirmişdir. Cəmaləddin ona onun özündə avtomobil olduğunu, həmin avtomobili ona satmağı və sonra baş etibarnamə ilə yenidən onun özünə icarəyə verməyi təklif etmişdir. Onlar qarşılıqlı olaraq razılaşmışlar və Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və X7 Cəmaləddindən aldığı avtomobili öz mülkiyyətinə keçirmiş, sonra həmin avtomobili X2 baş etibarnamə əsasında icarəyə vermişdir. Etibarnamənin vaxtı bitəndən iki ay sonra Cəmaləddinə zəng etsə də, Cəmaləddinə zəng çatmamışdır. Cəmaləddini tapa bilmədiyindən polisə məlumat vermişdir; sonradan Cəmaləddini tapsalar da, avtomobili tapa bilməmişlər. O, daha sonra Tərtər Rayon Polis Şöbəsinə müraciət etmiş, bundan sonra avtomobili tapmışlar, lakin avtomobil yararsız vəziyyətdə olmuşdur. Belə ki, Cəmaləddin həmin avtomobillə qəza etmiş və avtomobili hissə-hissə söküb satmışdır. İddia əsassızdır. İddianın rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında öz razılığı ilə ifadə verən X4 ifadəsində göstərmişdir ki, o, Sevdimalını ondan sələm götürdükdən sonra qismən tanımışdır. Belə ki, 2022-ci ildə ona avtomobilini təmir etdirmək üçün pul lazım olmuş, o, bununla bağlı yaxın ətrafına deyəndə Nəsir adlı tanışı ona bildirmişdir ki, Sevdimalı adlı şəxs sələmə pul verir, qızıl qoyaraq Sevdimalıdan sələmə pul götürmək olur. Sevdimalıya sələmlə bağlı müraciət edəndə Sevdimalı ona bildirmişdir ki, avtomobili girov qoyub sələmə pul götürə bilər. Onun pula ehtiyacı olduğundan Sevdimalı ilə razılaşmış və üç ay müddətinə qaytarmaq şərti ilə Sevdimalıdan 2500 (iki min beş yüz) manat sələmə pul götürmüşdür. Borcunu iki ay 500 (beş yüz) manat olmaqla, üüçüncü ay isə 3000 (üç min) manat ödəməklə bağlamlı idi, borcunu ödəyib qurtarandan sonra Sevdimalı avtomobili onun özünə geri qaytaracaqdı. O, iki ay 500 (beş yüz) manat pulu onunla Sevdimalı arasında vasitəçi olmuş Nəsirin kartına elektron qaydada atmış, üçüncü ay isə 3000 (üç min) manat pulu aparıb əlbəəl Nəsirə vermişdir ki, avtomobili götürsün. Lakin Sevdimalı ona bildirmişdir ki, avtomobili ona icarəyə vermişdir və ona qaytarmaq fikri yoxdur. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh X2 (qarşılıqlı iddiaçı) qarşı avtomaşına vurulmuş 6415 manat zərər tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh ilə X4 aralarında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E 230" minik markalı avtomobil ilə bağlı Yevlax rayonlararası Qeydiyyat İmtahan və X7 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, avtomaşının Cavabdeh alınaraq qanuni sahibinə qaytarılması qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli 2(104)-591/2024 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi qismən- yəni qarşılıqlı iddia tələbinin təmin edilməsi hissədə ləğv edilmiş, Cavabdeh ilə X4 aralarında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban: WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E 230" (minik) markalı avtomobilinə dair Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X7 aparılmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin Cavabdeh alınaraq qanuni sahibinə qaytarılmasına dair X1 qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş BD273704 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, “Mercedes Benz E 230 minik” markalı “**-ES-***” dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan: “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı məxsus 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E 230" minik markalı avtomobil 9000 (doqquz min) manata Cavabdeh satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsində bəyan edilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 72-сi maddəsinin 1-ci və 2-ci hissələrində bəyan edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 27-ci maddəsinin birinci (İ) hissəsinin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin müddəalarından görünür ki, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 328.2-ci maddəsinə əsasən, bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan, rədd edilməlidir. Belə ki, iddianın dəlilləri məhkəmədə öz təsdiqini tapmamış və iddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir-iddianın predmeti olan avtomobilə cavabdehin mülkiyyət hüququ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli 2(104)-591/2024 saylı qətnaməsi ilə müdafiə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar