Məhkəmə qərarları › İş №2(040)-751/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-751/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-751/2023 20.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənеtdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək,1) 28 iyul 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən JBL Go üçün 78,25 manat ödənilməmiş hissə, 7,75 manat cərimə 2) 08 iyun 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann LED TV üçün 77,15 manat ödənilməmiş hissə, 7,85 manat cərimə 3) 30 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən Samsung Galaxy A10 markalı telefon üçün 90,2 manat ödənilməmiş hissə, 9,8 manat cərimə və 4) 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann ətçəkən üçün 69,5 manat ödənilməmiş hissə, 6,5 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 347 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh,"xxxx" MMC ilə bağladığı 28 iyul 2019-cu il tarixli, 08 iyun 2019-cu il tarixli, 30 may 2020-ci və 24 dekabr 2019-cu il tarixli müqavilələrə əsasən, JBL Go, Hoffmann LED TV, Samsung Galaxy A10 markalı telefon, Hoffmann ətçəkən almışdır. Bu dörd müqavilə 20 mart 2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmiş və restrukturizaya edildikdən sonra dörd müqavilə üzrə cəmi 347 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 28 iyul 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 103,5 manat (ilkin ödəniş 3,45 manat etməklə, 29 ay müddətinə hər ay 3,45 manat ödəmək şərti ilə), JBL Go üçün 78,25 manat ödənilməmiş hissə, 7,75 manat cərimə 2) 08 iyun 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 157,36 manat (ilkin ödəniş 11,24 manat etməklə, 13 ay müddətində hər ay 11,24 manat ödəmək şərti ilə) olan Hoffmann LED TV üçün 77,15 manat ödənilməmiş hissə, 7,85 manat cərimə, 3) 30 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 183,82 manat (ilkin ödəniş 13,13 manat etməklə, 13 ay müddətinə hər ay 13,13 manat ödəmək şərti ilə) olan, Samsung Galaxy A10 markalı telefon üçün 90,2 manat ödənilməmiş hissə, 9,8 manat cərimə və 4) 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 142,38 manat (ilkin ödəniş 10,17 manat etməklə,13 ay müddətinə hər ay 10,17 manat ödəmək şərti ilə) olan, Hoffmann ətçəkən üçün 69,5 manat ödənilməmiş hissə, 6,5 manat cərimə olmaqla, cəmi dörd müqavilə üzrə 347 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 271,96 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh dörd müqavilə üzrə öhdəlikləri icra etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 28 iyul 2019-cu il tarixli 00810653 saylı müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 103,5 manat olan JBL Go əldə edərək, həmin məbləği ilkin ödəniş 3,45 manat etməklə, 29 ay müddətinə hər ay 3,45 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 08 iyun 2019-cu il tarixli 00711549 saylı müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 157,36 manat olan Hoffmann LED TV əldə edərək, ilkin ödəniş 11,24 manat etməklə, 13 ay müddətində hər ay 11,24 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 30 may 2020-ci il tarixli 20318825 saylı müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 183,82 manat olan Samsung Galaxy A10 markalı telefon əldə edərək, həmin məbləği ilkin ödəniş 13,13 manat etməklə, 13 ay müddətinə hər ay 13,13 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 24 dekabr 2019-cu il tarixli 01153345 saylı müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqavilədən və müqaviləyə Əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 142,38 manat olan Hoffmann ətçəkən əldə edərək, həmin məbləği ilkin ödəniş 10,17 manat etməklə,13 ay müddətinə hər ay 10,17 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh dörd müqavilə üzrə cəmi 271,96 manat ödəniş etmiş, onun: 1) 28 iyul 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqavilə üzrə 78,25 manat ödənilməmiş hissə, 7,75 manat cərimə borcu, 2) 08 iyun 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqavilə üzrə 77,15 manat ödənilməmiş hissə, 7,85 manat cərimə 3) 30 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 90,2 manat ödənilməmiş hissə, 9,8 manat cərimə və 4) 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 69,5 manat ödənilməmiş hissə, 6,5 manat cərimə olmaqla, ümumilikdə dörd müqavilə üzrə 347 manat (315,1 manat əsas və 31,9 manat cərimə) borcu vardır. İş materiallarında olan: 28 iyul 2019-cu il tarixli, 08 iyun 2019-cu il tarixli, 30 may 2020-ci və 24 dekabr 2019-cu il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən JBL Go, Hoffmann LED TV, Samsung Galaxy A10 markalı telefon, Hoffmann ətçəkəni tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: 01 fevral 2023-cü il tarixdə göndərilmiş (poct qəbzi var) xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; -601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; -601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; -385.1-ci maddəsinə əsasən: öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən dörd alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 28 iyul 2019-cu il tarixli, 08 iyun 2019-cu il tarixli, 30 may 2020-ci və 24 dekabr 2019-cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, 28 iyul 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat, 08 iyun 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat, 30 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat, 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 1 (bir) manat məbləğində müəyyən olunmalıdır. Qalan hissədə - 27,9 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hakim hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 iyul 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 78,25 manat (yetmiş səkkiz manat 25 qəpik) əsas, 1 (bir) manat cərimə, 08 iyun 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 77,15 manat (yetmiş yeddi manat 15 qəpik) əsas, 1 (bir) manat cərimə, 30 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 90,2 manat (doxsan manat 20 qəpik) əsas, 1 (bir) manat cərimə, 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 69,5 manat (altmış doqquz manat 50 qəpik) əsas, 1 (bir) manat cərimə borcu olmaqla, cəmi 319,10 manat (üç yüz on doqquz manat 10 qəpik) borc, həmçinin 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətеtdim: İddia qismən təmin edilsin. Cavabdeh 28 iyul 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 78,25 manat (yetmiş səkkiz manat 25 qəpik) əsas, 1 (bir) manat cərimə, 08 iyun 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 77,15 manat (yetmiş yeddi manat 15 qəpik) əsas, 1 (bir) manat cərimə, 30 may 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 90,2 manat (doxsan manat 20 qəpik) əsas, 1 (bir) manat cərimə, 24 dekabr 2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 20 mart 2021-ci il tarixli müqaviləsi üzrə 69,5 manat (altmış doqquz manat 50 qəpik) əsas, 1 (bir) manat cərimə borcu olmaqla cəmi 319,10 manat (üç yüz on doqquz manat 10 qəpik) borc, həmçinin 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Bu qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rаyon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar