Məhkəmə qərarları › İş №2(040)-77/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-77/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-77/2024 24.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona toyuq satması üçün Cavabdeh qabaqcadan ödədiyi 610 (altı yüz on) manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və vəkilə çəkdiyi xərcə görə 30 manat məbləğində pulun, cəmi 670 (altı yüz yetmiş) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayında qardaşına toy şənliyi edirdi. Məclisdə toyuq əti vermək üçün toyuq ətinin satışı ilə məşğul olan Kəlbəcər rayon sakini Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq ona 100 ədəd kəsilmiş toyuq əti lazım olduğunu bildirmiş, cavabdeh də istədiyi toyuq ətini göndərə biləcəyini demişdir. Talehlə toyuğun 1 ədədini 6,10 manata (altı manat 10 qəpik) razılaşmışlar. Toy şənliyi 2022-ci ilin dekabr ayının təxminən 26-27-si olmalı idi. Beləliklə, Talehlə onun arasında şifahi alğısatqı müqaviləsi bağlanmışdır. Bu məqsədlə o əvvəlcədən 22 dekabr 2022-ci il tarixdə 400 manat, 23 dekabr 2022-ci il tarixdə isə 210 manat olmaqla cəmi 610 manat pulu Gədəbəy şəhərində yerləşən “Park market”də olan “e-manat” ödəmə terminalı vasitəsilə Cavabdeh "xxxx" ASC-yə məxsus debet kartına köçürmüşdür (ödəniş qəbzlərini ərizəsinə əlavə edir). Toy şənliyinin keçirilməsinə bir gün qalmış o cavabdehlə əlaqə saxlamış və toyuqları göndərməsini bildirmişdir. Cavabdeh toyuq ətini göndərə bilməyəcəyini, başqa yerdən toyuq əti almasını demişdir. O, məcbur qalıb başqa şəxsdən toyuq əti almışdır. Toy şənliyi qurtarandan sonra o, yenidən Cavabdehla bir neçə dəfə əlaqə saxlayaraq ona göndərdiyi 610 manat pulunu geri qaytarmasını tələb etmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. O da məcbur olub cavabdeh barəsində polisə şikayət etmişdir. Şikayəti ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsindən ona ünvanlanmış 03 fevral 2023-cü il tarixli məktubla ona bildirilmişdir ki, pul tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, 24 yanvar 2024-cü il tarixdə məhkəməyə bildiriş (sms) göndərərək, İddiaçı 610 (altı yüz on) manat borcunun olduğunu, imkanı olmadığından birdəfəlik ödəniş edə bilmədiyini, məhkəmə iclasında səhhəti ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, borcun hissə-hissə ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh hazırda 610 (altı yüz on) manat borcu ödənilməmiş qalır. Ona görə də 610 (altı yüz on) manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və vəkilə çəkdiyi xərcə görə 30 manat məbləğində pulun, cəmi 670 (altı yüz yetmiş) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 03 fevral 2023-cü il tarixli məktubun surətindən görünür ki, onun Cavabdeh kartına 610 manat pul vurması və pulu ala bilməməsi ilə bağlı tələbi mülki xarakterli olduğuna görə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmış, həmçinin, iddiaçının tələbini cavabdeh məhkəməyə göndərdiyi bildirişdə (sms) qeyd etdiyi izahatı ilə etiraf etmişdir. İddiaçı cavabdehin 610 (altı yüz on) manat borcunun olmasını iddia edir, cavabdeh isə iddianı tam qəbul edir. Bununla da, cavabdehin iddiaçıya 610 (altı yüz on) manat borcunun olması təsdiq olunur. Belə olan halda Cavabdeh 610 (altı yüz on) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi və vəkilə çəkdiyi xərcə görə 30 (otuz) manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 610 (altı yüz on) manat məbləğində əsas borc, həmçinin 30 (otuz) manat dövlət rüsumunun və 30 (otuz) manat vəkil xidməti haqqının pul əvəzi, cəmi 670 (altı yüz yetmiş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar