Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-786/2023 27.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 246 (iki yüz qırx altı) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, yaşadığı Gəncə şəhəri, 1500 ailəlik məcbur köçkün qəsəbəsi, bina 1, mənzil 48-də ərzaq mağazası işlədir. Cavabdeh onunla eyni qəsəbədə yaşayır. Cavabdeh dəfələrlə onun mağazasına gəlib pulu olmadığını bildirərək ona nisyə ərzaq verməsini istəmiş və yaxın vaxtlarda pulunu ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanaraq ona nisyə ərzaq vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamışdır. Cavabdehdən nisyə götürdüyü ərzaqların pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq borcunu qaytarmır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hazırda ona 246 (iki yüz qırx altı) manat borcu vardır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 25 iyul 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 15 avqust 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 12 sentyabr və 29 sentyabr 2023-cü il tarixlərə təxirə salınmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Gəncə şəhərindəki 1500 ailəlik Yeni Qəsəbədə 1 nömrəli çoxmənzilli binanın 48-ci mənzilində məskunlaşmışdır; eyni zamanda həmin qəsəbədə ərzaq mağazası işlədir. Cavabdeh onunla eyni qəsəbədə yaşayır. Cavabdeh dəfələrlə onun mağazasına gəlib pulu olmadığını bildirərək ondan nisyə ərzaq verməsini xahiş etmiş, yaxın vaxtlarda pulunu ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanaraq cavabdehə nisyə ərzaq vermişdir. Lakin borcun qaytarılmasına vəd edilən vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona olan 246 (iki yüz qırx altı) manat borcunu qaytarmamışdır. Cavabdehin özü də ona 246 (iki yüz qırx altı) manat pul borclu olduğunu etiraf edir. Ona görə də Cavabdeh 246 (iki yüz qırx altı) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini tam qəbul edərək, iddiaçının izahatında göstərdiklərinin doğru olduğunu, iddiaçıya olan 246 (iki yüz qırx altı) manat borcunu imkanı olduqca hissə-hissə qaytaracağını bildirmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya 246 (iki yüz qırx altı) manat pul qaytarmalı olduğunu cavabdeh verdiyi yazılı izahatında etiraf etmişdir. Belə olan halda, Cavabdeh 246 (iki yüz qırx altı) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 246 (iki yüz qırx altı) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-786/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-786/2023
27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver