Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-800/2023 24.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsinə əsasən 08 oktyabr 2015-ci il doğumlu X1 üçün cavabdehdən hər ay tutulan aylıq 100 (yüz) manat alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməsi və ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 30 may 2014-cü ildə el adəti üzrə evlənərək nikaha daxil olmuş, birgə nikahlarından 08 oktyabr 2015-ci ildə Nurlan adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə, nikahları 2016-cı ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahlarından doğulmuş Nurlanın saxlanılması üçün cavabdehdən onun xeyrinə əvvəlcə 80 manat, daha sonra 90 manat, sonuncu dəfə isə Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsi ilə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşağın saxlanılması üçün heç bir köməklik etmir. Uşaq böyüyür, tələbatları artır. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyil, cavabdeh fərdi əməklə məşğul olur, onun kifayət qədər qazancı var və normal aliment ödəmək iqtidarındadır. Alimentin miqdarının artırılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Ona görə də mediator bu barədə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış vermiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət edərək Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə təyin edilmiş 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 250 (iki yüz əlli) manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı X2 iddia tələbi təmin olunmamalı, aliment 100 manat saxlanılmalıdır. Ona görə ki, alimentin bu məbləğdə tutulması, onun maddi imkanı xaricindədir. Belə ki, o, özünün aylıq gəliri barədə çıxarış təqdim edir; aylıq gəliri 350-400 manat arası dəyişir. Bu nikahdan başqa, daha 3 (üç) uşaq üçün aylıq 320 (üç yüz iyirmi) manat aliment ödəyir. Bundan başqa, onun bel-oma fəqərələrində qabarmalar və yırtıqlar mövcudur- bu səbəbdən iş qabiliyyətini tam həddə həyata keçirə bilmir. Bel-oma nahiyəsində olan qabarmalar və yırtıqlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının arayışları ilə təsdiq olunur. Onun anası X8 onkoloji və QİÇS xəstəsidir, hal-hazırda onun himayəsindədir, anası daim müayinə və müalicə olunur, müalicəsi ilə əlaqədar bahalı dərmanlar qəbul edir, onunla birlikdə Göygöl şəhərindəki “130 ailəlik binada” yaşayır. Ailəsi aztəminatlı ailələr kateqoriyasına mənsubdur. Alimentin miqdarının müəyyən edilməsi zamanı uşağın ilkin vəziyyəti nəzərə alınmalıdır. O, gücü çatan səviyyədə ailəsini dolandırmışdır, dəbdəbəli həyat sürməmişdir. Bu səbəbdən də uşaqlarının əvvəlki dolanışıq səviyyəsində saxlamağa maddi durumu imkan verər. Belə bir çətin maddi durumda olduğu halda, iddiaçı heç bir mötəbər sübut gətirmədən bir uşaq üçün 250 (iki yüz əlli) manat aliment tələb edir. Bu, həqiqətə uyğun olmayan yanlış bir tələbdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini, uşaqlarının saxlanması üçün aylıq qazancının 25 faizi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə hazırlıq iclası 31 iyul 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 16 avqust 2023-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 24 avqust 2023-cü il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə 30 may 2014-cü ildə el adəti üzrə evlənərək nikaha daxil olmuş, birgə nikahlarından 08 oktyabr 2015-ci ildə Nurlan adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə nikahları 2016-cı ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahlarından doğulmuş Nurlanın saxlanılması üçün cavabdehdən onun xeyrinə əvvəlcə 80 manat, daha sonra 90 manat, sonuncu dəfə isə Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsi ilə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ona aliment pulundan başqa uşağın saxlanılması üçün heç bir köməklik etmir. Cavabdehin ödədiyi aliment uşağın baxılması üçün yetərli deyil, cavabdeh fərdi əməklə məşğul olur, onun kifayət qədər qazancı var və o, normal aliment ödəmək iqtidarındadır. Hal-hazırda aldığı aliment çox azdır; uşaq böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; özü isə heç yerdə işləmir, maddi imkanı çox aşağıdır. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir, iddiaçı X2 iddia tələbi təmin olunmamalı, aliment 100 manat miqdarında qalmalıdır. Ona görə ki, alimentin tələb edilən məbləğdə tutulması, onun maddi imkanı xaricindədir. Belə ki, o, özünün aylıq gəliri barədə çıxarış təqdim edir: aylıq gəliri 350- 400 manat arası dəyişir. Bu uşaqdan başqa, daha 3 (üç) uşaq üçün aylıq cəmi 320 (üç yüz iyirmi) manat aliment ödəyir. Bundan başqa, onun bel-oma fəqərələrində qabarmalar və yırtıqlar mövcudur- bu səbəbdən iş qabiliyyətini tam həddə həyata keçirə bilmir. Bel-oma nahiyəsində olan qabarmalar və yırtıqlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının arayışları ilə təsdiq olunur. Onun anası X8 onkoloji və QİÇS xəstəsidir, hal-hazırda onun himayəsindədir, anası daim müayinə və müalicə olunur, müalicəsi ilə əlaqədar bahalı dərmanlar qəbul edir, onunla birlikdə Göygöl şəhərindəki “130 ailəlik binada” yaşayır. Ailəsi aztəminatlı ailələr kateqoriyasına mənsubdur. Alimentin miqdarının müəyyən edilməsi zamanı uşağın ilkin vəziyyəti nəzərə alınmalıdır. O, gücü çatan səviyyədə ailəsini dolandırmışdır, dəbdəbəli həyat sürməmişdir. Bu səbəbdən də uşaqlarının əvvəlki dolanışıq səviyyəsində saxlamağa maddi durumu imkan verər. Belə bir çətin maddi durumda olduğu halda, iddiaçı heç bir mötəbər sübut gətirmədən bir uşaq üçün 250 (iki yüz əlli) manat aliment tələb edir. Bu, həqiqətə uyğun olmayan yanlış bir tələbdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini tələb edir və ya uşaqlarının saxlanması üçün aylıq qazancının 25 faizi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsinə etiraz etmir. Artıq aliment ödəməyə imkanı yoxdur. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 oktyabr 2015ci il tarixdə verilmiş AZ-İİİ № 575648 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 08 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh,anası- X3r. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 08 oktyabr 2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(040)-632/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, cavabdehdən 90 (doxsan) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli PHŞ-6-42/3-887/2023 saylı arayışdan görünür ki, Cavabdeh 23 avqust 2023-cü il tarixdə Göygöl Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Poliklinika şöbəsində həkim-nevropatoloq tərəfindən müayinə olunmuş və “L2-L3 fəqərələrinin protuziyası”, “Diskogen radikulopatiya” diaqnozları təyin olunmuşdur. İş materiallarında olan: Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli X4 Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyətli Cəmiyyətində mütəxəssis işləməklə 589 manat əmək haqqı alır. İş materiallarında olan: Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “Azad Kommersiya Tikinti” Məhdud Məsuliyətli Cəmiyyətində xadimə işləməklə 120 manat əmək haqqı alır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00177) X7 tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 01915 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 08 oktyabr 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşağın mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin 160 (yüz altmış) manatdan artıq olan 90 (doxsan) manat aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tələb edilən alimentin həmin məbləğdə tutulmasının əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırki iş üzrə tərəflərin dövlət rüsumunu ödəməkdən azad edildiyini (Dövlət rüsumu haqqında Qanunun 9.1.2 və 9.1.20-ci maddəsi) və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini (Mediasiya haqqında Qanunun 36.5-ci maddəsi) nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 08 oktyabr 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(040)-296/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarı artırılsın, 08 oktyabr 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 55 (əlli beş) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-800/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-800/2023
24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver